Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan-Çin dostluğunun möhkəmləndirilməsi üçün birgə səylər davam etdiriləcək - Əliyev

© Official website of President of Azerbaijan RepublicAstanada İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü, arxiv
Astanada İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü, arxiv  - Sputnik Azərbaycan, 1920, 29.01.2025
Abunə olmaq
Prezident bildirib ki, Azərbaycan Çin ilə sağlam təməllər üzərində qurulmuş əməkdaşlığın hərtərəfli inkişafına böyük önəm verir.
BAKI, 29 yanvar - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin təqvimi ilə yeni ilin başlaması münasibətilə Çin Xalq Respublikasının Sədri Si Cinpini təbrik edib. Bu barədə Azərtac xəbər yayıb.
Bildirilir ki, dövlətimizin başçısı çinli həmkarına ünvanlandığı təbrik məktubunda bildirib:

“Çin təqvimi ilə yeni ilin qədəm basmasını qeyd edən, təbiətin oyanışının və həyatın yenidən canlanmasının rəmzi olan Çuntsze bayramının bütün xalqınıza xoş əhvali-ruhiyyə, bol ruzi-bərəkət və rifah bəxş etməsini arzulayıram", - dövlət başçısı bildirib.

Azərbaycan-Çin dövlətlərarası əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin məmnunluq doğurduğunu nəzərə çatdıran prezident Azərbaycanın Çin ilə sağlam təməllər üzərində qurulmuş, qarşılıqlı inam və etimada əsaslanan əməkdaşlığımızın hərtərəfli inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb:

"Əminəm ki, dostluq münasibətlərimizin və qarşılıqlı fəaliyyətimizin xalqlarımızın iradəsinə uyğun olaraq daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik”.

Prezident İlham Əliyev bu bayram münasibətilə Si Cinpini bir daha ürəkdən təbrik edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0