DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ gizli şəkildə Qrenlandiya ilə xammal tərəfdaşlığını gücləndirməyi müzakirə edir

© Getty Images / Christophe BoisvieuxGreenland
Greenland - Sputnik Azərbaycan, 1920, 29.01.2025
Abunə olmaq
Rəsmilər əlavə ediblər ki, Aİ illərlə fəaliyyətsiz qaldıqdan sonra "Tramp bunu gündəmə gətirdiyi üçün" təəssüratından yayınmaq istəyir.
BAKI, 29 yanvar — Sputnik. Aİ, Danimarka və Qrenlandiya rəsmiləri gizli şəkildə Aİ-nin mühüm xammal və enerji hasilatı sahəsində Arktika adası ilə tərəfdaşlığını necə gücləndirə biləcəyini müzakirə edirlər.
Bu barədə "Financial Times" müzakirələrlə tanış olan avropalı rəsmilərə istinadən yazıb.

"Pərdə arxasında Brüssel, Kopenhagen və Qrenlandiyanın paytaxtı Nuukda yüksək vəzifəli məmurlar blokun mühüm xammal və enerji hasilatı sahəsində Qrenlandiya ilə tərəfdaşlığını necə gücləndirə biləcəyini müzakirə edirlər", - nəşr yazıb.

"Qrenlandiya ilə əməkdaşlığı necə gücləndirə biləcəyimizi görmək üçün pərdə arxasında çoxlu iş gedir", - Avropalı rəsmilərdən biri bildirib.
Bununla belə rəsmilər əlavə ediblər ki, Aİ illərlə fəaliyyətsiz qaldıqdan sonra "Tramp bunu gündəmə gətirdiyi üçün" təəssüratından yayınmaq istəyir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 7-də Qrenlandiyanın ABŞ-ın bir hissəsinə çevrilməli olduğunu deyib və onun milli təhlükəsizlik və "azad dünya"nın, o cümlədən Çin və Rusiyadan qorunması üçün strateji əhəmiyyətini vurğulayıb. Qrenlandiyanın baş naziri Mute Eqede isə öz növbəsində adanın satılmadığını və heç vaxt satılmayacağını bildirib. Eyni zamanda Tramp Qrenlandiya üzərində nəzarəti bərqərar etmək üçün hərbi gücdən istifadə etməyəcəyinə söz verməkdən imtina edib.
2024-cü ilin sonunda Tramp ABŞ-ın İsveçdəki keçmiş səfiri və sahibkar Ken Haueri ABŞ-ın Danimarkadakı yeni səfiri təyin etmək qərarını şərh edərək, ABŞ-ın Qrenlandiyaya sahib olmasını "mütləq zərurət" adlandırıb.
Qrenlandiya 1953-cü ilə qədər Danimarka koloniyası olub. O, krallığın bir hissəsi olaraq qalır, lakin 2009-cu ildə özünü idarə etmək və daxili siyasətdə müstəqil seçim etmək imkanı ilə muxtariyyət qazanıb. Onu da qeyd edək ki, hələ 2019-cu ildə Trampın Qrenlandiyanı almağı düşünməsi ilə bağlı bir sıra media xəbərləri çıxmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0