https://sputnik.az/20250128/serbiyanin-bas-naziri-milos-vucevic-istefa-verib-470261802.html
Serbiyanın Baş naziri Miloş Vuçeviç istefa verib
Serbiyanın Baş naziri Miloş Vuçeviç istefa verib
Sputnik Azərbaycan
Serbiyalı siyasətçi ölkədəki etirazlar fonunda istefa vermək qərarına gəlib. 28.01.2025, Sputnik Azərbaycan
2025-01-28T21:50+0400
2025-01-28T21:50+0400
2025-01-28T21:50+0400
serbiya
dünya xəbərləri
miloş vuçeviç
aleksandr vuçiç
serbiya respublikasının prezidenti aleksandr vuçiç
https://cdnn1.img.sputnik.az/img/07e9/01/1c/470261635_0:0:3072:1728_1920x0_80_0_0_63d6afbd829eefa4cb4a1891566fc419.jpg
BAKI, 28 yanvar — Sputnik. Serbiyanın Baş naziri Miloş Vuçeviç Baş nazir vəzifəsini tərk etdiyini açıqlayıb. Siyasətçi qərarını bu gün keçirdiyi təcili mətbuat konfransında açıqlayıb. "Mənim dönməz qərarım Serbiya Respublikasının Baş naziri vəzifəsindən istefa verməkdir", Vuçeviç jurnalistlər üçün keçirdiyi brifinqdə qeyd edib. Siyasətçi həmçinin bildirib ki, o, artıq səhər saatlarında respublika Prezidenti Aleksandr Vuçiçlə danışıb və qərarını ona deyib. Respublika rəhbəri Baş nazirin istefasını qəbul edib. Vuçeviç daha sonra vurğulayıb ki, siyasətçilər seçildiklərinə görə məsuliyyət daşımalıdırlar. Xatırladaq ki, Vuçeviç davam edən tələbə etirazları fonunda Serbiya nazirlərinin yarıdan çoxunun öz vəzifələrini tərk edəcəyini bildirib. Bu yaxınlarda bildirilib ki, Belarus lideri Aleksandr Lukaşenko Serbiya və Slovakiyadakı etiraz aksiyaların ABŞ tərəfindən idarə edildiyi qeyd edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/1c/470261635_188:0:2919:2048_1920x0_80_0_0_d9447a889e4527b3e922860f57ef3a89.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
serbiya, miloş vuçeviç , aleksandr vuçiç, serbiya respublikasının prezidenti aleksandr vuçiç
serbiya, miloş vuçeviç , aleksandr vuçiç, serbiya respublikasının prezidenti aleksandr vuçiç
Serbiyanın Baş naziri Miloş Vuçeviç istefa verib
Serbiyalı siyasətçi ölkədəki etirazlar fonunda istefa vermək qərarına gəlib.
BAKI, 28 yanvar — Sputnik. Serbiyanın Baş naziri Miloş Vuçeviç Baş nazir vəzifəsini tərk etdiyini açıqlayıb. Siyasətçi qərarını bu gün keçirdiyi təcili mətbuat konfransında açıqlayıb.
"Mənim dönməz qərarım Serbiya Respublikasının Baş naziri vəzifəsindən istefa verməkdir", Vuçeviç jurnalistlər üçün keçirdiyi brifinqdə qeyd edib.
Siyasətçi həmçinin bildirib ki, o, artıq səhər saatlarında respublika Prezidenti Aleksandr Vuçiçlə danışıb və qərarını ona deyib. Respublika rəhbəri Baş nazirin istefasını qəbul edib. Vuçeviç daha sonra vurğulayıb ki, siyasətçilər seçildiklərinə görə məsuliyyət daşımalıdırlar.
Xatırladaq ki, Vuçeviç davam edən tələbə etirazları fonunda Serbiya nazirlərinin yarıdan çoxunun öz vəzifələrini tərk edəcəyini bildirib. Bu yaxınlarda bildirilib ki, Belarus lideri Aleksandr Lukaşenko Serbiya və Slovakiyadakı etiraz aksiyaların ABŞ tərəfindən idarə edildiyi qeyd edib.