Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın Cinayət-Prosessual Məcəlləsinə yeni dəyişikliklər təklif edilib

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidRusiya İstintaq Komitəsinin avtomobili, arxiv
Rusiya İstintaq Komitəsinin avtomobili, arxiv - Sputnik Azərbaycan, 1920, 28.01.2025
Abunə olmaq
Rusiyanın Ədliyyə Nazirliyi təklif edib ki, hamilə qadınlar və uşaqları tək tərbiyə edən atalar həbs olunmasın.
BAKI, 28 yanvar — Sputnik. Rusiya Ədliyyə Nazirliyi yüngül cinayətlərdə təqsirləndirilən hamilə qadınlara qarşı həbs qətimkan tədbirinin tətbiqi qaydalarının dəyişdirilməsini təklif edib. Rusiya Federasiyasının Cinayət-Prosessual Məcəlləsinə müvafiq düzəlişlər artıq aidiyyəti qurumlar tərəfindən nəzərdən keçirilib. Təklif olunan dəyişikliklərə əsasən, hamilə qadınların, eləcə də azyaşlı uşaq analarının və uşaqları tək tərbiyyə edən valideynlərin həbsi yalnız ağır və ya xüsusilə ağır cinayətlərə görə ittiham olunduğu halda mümkün olacaq.
Rusiya Federasiyasının Cinayət-Prosessual Məcəlləsinin hazırkı versiyasında bu cür güzəştlər yalnız yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulub. Lakin təklif olunan dəyişikliklər ciddi qətimkan tədbiri tətbiq edilə bilməyən şəxslərin kateqoriyalarının siyahısını genişləndirir. Hamilə qadının və ya azyaşlı uşaq anasının Rusiyada daimi yaşayış yerinin olmadığı, istintaqdan gizləndiyi və ya əvvəllər daha yüngül həbs-qətimkan tədbirinin şərtlərini pozduğu hallarda istisnalar ediləcək.
Ağır cinayətlərə görə 10 ilədək azadlıqdan məhrum etmə cəzası, xüsusilə ağır cinayətlər üçün isə 10 ildən artıq həbs cəzası nəzərdə tutulur. Yeni qanun layihəsi artıq Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Federal Penitensiar Xidmət, Gömrük Xidməti, Federal Vəkillər Palatası və Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən dəstəklənib. Lakin Daxili İşlər Nazirliyi və İstintaq Komitəsi dəyişikliklərə qarşı çıxıb.
Rusiya Hüquqşünaslar Assosiasiyasının İdarə Heyətinin sədri Vladimir Qruzdevin sözlərinə görə, düzəlişlər cinayət prosesinin humanistləşdirilməsinə yönəlib. O, sənədin qəbul edildiyi təqdirdə hamilə qadınların və uşaqları tək tərbiyyə edən valideynlərin həbsinin yalnız müstəsna hallarda, hətta zorakılıq tətbiq etmə və ya zorakılıq hədəsi ilə əlaqəli orta ağır dərəcəli cinayətlərdə ittiham olunsalar belə mümkün olacağını bildirib.
Əvvəllər Dövlət Dumasının Dövlət Quruculuğu və Qanunvericilik Komitəsi yetkinlik yaşına çatmayanları cinayət fəaliyyətinə cəlb etməyə görə cəzanın gücləndirilməsini təklif edib. Parlament üzvləri bu cür cinayətə görə maksimum həbs müddətini 8 ildən 10 ilə qədər artıran təşəbbüsün təsdiqlənməsini tövsiyə ediblər.
Xəbər lenti
0