Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN-in yetkilisi Azərbaycanın Moskvadakı səfiri ilə görüşüb

© Sputnik / Murad OrujovRusiya və Azərbaycan bayraqları
Rusiya və Azərbaycan bayraqları - Sputnik Azərbaycan, 1920, 28.01.2025
Abunə olmaq
Rusiya xarici işlər nazirinin müavini Azərbaycan Respublikasının Moskvadakı səfiri ilə Azərbaycan Hava Yolları (AZAL) təyyarəsinin Qazaxıstanda qəzaya uğraması ilə bağlı məsələni müzakirə edib.
BAKI, 28 yanvar - Sputnik. Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Rəhman Mustafayevlə görüşüb.
Söhbət zamanı diplomatlar Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı müzakirələr aparıblar.
Tərəflər rəsmi araşdırmanın başa çatdırılmasının və nəticələrinin ictimaiyyətə açıqlanmasının vacibliyini vurğulayıblar.

“Azərbaycan Hava Yollarına məxsus təyyarənin 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması mövzusu müzakirə edilərkən, faciənin bütün hallarının aydınlaşdırılması üçün rəsmi araşdırmanın başa çatdırılması və onun nəticələrinin dərc edilməsinin zəruriliyi vurğulanıb” - Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Mixail Qaluzin bəzi Azərbaycan KİV-lərində Rusiyaya qarşı irəli sürülən ittihamların əsassız olduğunu da qeyd edib.

"Son vaxtlar Azərbaycan mətbuatında Rusiya əleyhinə olan silsilə yazılar, eləcə də Bakıda "Rus Evi"nə qarşı dezinformasiya kampaniyası ilə bağlı çaşqınlıq ifadə olunub. İttihamların tamamilə əsassız olduğu qeyd edilib" - XİN-dən bildirilib.

Məlumata əlavə edilib ki, Rusiya tərəfi Rusiya ilə Azərbaycan arasında münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda qurulmasının mütləq əhəmiyyətini vurğulayıb.
Xəbər lenti
0