https://sputnik.az/20250128/rusiya-federasiyasinin-xahisi-ile-kecmis-hakim-bakida-saxlanilib-470237993.html
Bakıda saxlanan keçmiş hakim Rusiyaya ekstradisiya ediləcək
Bakıda saxlanan keçmiş hakim Rusiyaya ekstradisiya ediləcək
Sputnik Azərbaycan
Keçmiş hakim Yelena Xaxalyeva saxtakarlıqda şübhəli bilinir. 28.01.2025, Sputnik Azərbaycan
2025-01-28T13:10+0400
2025-01-28T13:10+0400
2025-01-28T13:08+0400
rusiya
azərbaycan xəbərləri
tbilisi
krasnodar
istintaq
https://cdnn1.img.sputnik.az/img/07e9/01/1c/470252214_0:0:600:338_1920x0_80_0_0_118d1b7e75475bede25f24d9e05f2c93.jpg
BAKI, 28 yanvar — Sputnik. Yanvarın 27-də Bakıda saxlanılan rusiyalı keçmiş məhkəmə hakimi Yelena Xaxalyeva ölkəsinə ekstradisiya ediləcək.Bu barədə RİA “Novosti” mənbəyə istinadən məlumat yayıb.Bakıda saxlanılan sabiq hakim məhkəmənin qərarından sonra Rusiyaya ekstradisiya olunacaq.Qeyd edək ki, Rusiya tərəfi bir müddət əvvəl onun barəsində dələduzluq və xidməti vəzifəsindən sui-istifadə ittihamları ilə axtarış elan edib və Rostov-na-Don məhkəməsi qiyabi həbs qərarı çıxarıb. Xaxalyevanın hava limanında saxlanılmasından Rusiyanın müvafiq orqanlarından onun ekstradisiyası üçün zəruri sənədlər istənilib. İstintaqın versiyasına görə, o, hiylə ilə təxminən 1,2 milyon rubl ələ keçirib, həmçinin iş saatlarının uçotu ilə bağlı sənədləri saxtalaşdırıb. Rusiyanın İstintaq Komitəsi Xaxalyevanın barəsində həbs qərarı çıxarıb və onu beynəlxalq axtarışa verib, 2022-ci il mayın 17-də ona qarşı dələduzluq və vəzifə saxtakarlığı ittihamları irəli sürülüb.27.01.25, 17:15Rusiya Federasiyasının xahişi ilə keçmiş hakim Bakıda saxlanılıbKeçmiş hakim Yelena Xaxalyeva Rusiya Federasiyasının xahişi ilə Bakıda saxlanılıb. Bu barədə "REN TV" öz mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunur ki, qadın hava limanında saxlanılıb. Rusiya onu dələduzluqda və vəzifə saxtakarlığında ittiham edir. Xaxaleva 2017-ci ilin iyulunda qızı üçün 2 milyon dollarlıq toy təşkil edərək məşhurlaşıb. Qalmaqal fonunda məlum olub ki, qadın Tbilisi Universitetində saxta təhsil diplomu alıb. 2016-cı ildən 2019-cu ilə qədər Xaxalyeva Krasnodar Regional Məhkəməsinin İnzibati İşlər üzrə Kollegiyasının sədri vəzifəsində çalışıb. 2022-ci ildə o, 1 milyon rublu mənimsədiyinə görə qiyabi olaraq həbs edilib. İstintaq qeyd edib ki, 2023-2024-cü illərdə təqsirləndirilən şəxs öz vəzifələrini faktiki olaraq icra etmədən statistik fəaliyyət göstəricilərini yaxşılaşdırmaq niyyətində olub. İstintaq Komitəsinin məlumatına görə, icraçı icra sənədlərinə qəsdən yanlış məlumatlar əlavə edib, habelə icra işlərinin bitməsi barədə qanunsuz qərarlar çıxarıb.
tbilisi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/1c/470252214_148:0:600:339_1920x0_80_0_0_a354658ab56ab1972197999f29472821.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, tbilisi, krasnodar, istintaq
rusiya, tbilisi, krasnodar, istintaq
Bakıda saxlanan keçmiş hakim Rusiyaya ekstradisiya ediləcək
Keçmiş hakim Yelena Xaxalyeva saxtakarlıqda şübhəli bilinir.
BAKI, 28 yanvar — Sputnik. Yanvarın 27-də Bakıda saxlanılan rusiyalı keçmiş məhkəmə hakimi Yelena Xaxalyeva ölkəsinə ekstradisiya ediləcək.
Bu barədə RİA “Novosti” mənbəyə istinadən məlumat yayıb.
Bakıda saxlanılan sabiq hakim məhkəmənin qərarından sonra Rusiyaya ekstradisiya olunacaq.
Qeyd edək ki, Rusiya tərəfi bir müddət əvvəl onun barəsində dələduzluq və xidməti vəzifəsindən sui-istifadə ittihamları ilə axtarış elan edib və Rostov-na-Don məhkəməsi qiyabi həbs qərarı çıxarıb. Xaxalyevanın hava limanında saxlanılmasından Rusiyanın müvafiq orqanlarından onun ekstradisiyası üçün zəruri sənədlər istənilib.
İstintaqın versiyasına görə, o, hiylə ilə təxminən 1,2 milyon rubl ələ keçirib, həmçinin iş saatlarının uçotu ilə bağlı sənədləri saxtalaşdırıb. Rusiyanın İstintaq Komitəsi Xaxalyevanın barəsində həbs qərarı çıxarıb və onu beynəlxalq axtarışa verib, 2022-ci il mayın 17-də ona qarşı dələduzluq və vəzifə saxtakarlığı ittihamları irəli sürülüb.
Rusiya Federasiyasının xahişi ilə keçmiş hakim Bakıda saxlanılıb
Keçmiş hakim Yelena Xaxalyeva Rusiya Federasiyasının xahişi ilə Bakıda saxlanılıb.
Bu barədə "REN TV" öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, qadın hava limanında saxlanılıb. Rusiya onu dələduzluqda və vəzifə saxtakarlığında ittiham edir.
Xaxaleva 2017-ci ilin iyulunda qızı üçün 2 milyon dollarlıq toy təşkil edərək məşhurlaşıb. Qalmaqal fonunda məlum olub ki, qadın Tbilisi Universitetində saxta təhsil diplomu alıb. 2016-cı ildən 2019-cu ilə qədər Xaxalyeva Krasnodar Regional Məhkəməsinin İnzibati İşlər üzrə Kollegiyasının sədri vəzifəsində çalışıb. 2022-ci ildə o, 1 milyon rublu mənimsədiyinə görə qiyabi olaraq həbs edilib.
İstintaq qeyd edib ki, 2023-2024-cü illərdə təqsirləndirilən şəxs öz vəzifələrini faktiki olaraq icra etmədən statistik fəaliyyət göstəricilərini yaxşılaşdırmaq niyyətində olub. İstintaq Komitəsinin məlumatına görə, icraçı icra sənədlərinə qəsdən yanlış məlumatlar əlavə edib, habelə icra işlərinin bitməsi barədə qanunsuz qərarlar çıxarıb.