Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərb Rusiyaya iqtisadi təzyiqləri qismən aradan qaldıra bilər - Narışkin

© Sputnik / Рамиль Ситдиков / Mediabanka keçidNarışkin
Narışkin - Sputnik Azərbaycan, 1920, 28.01.2025
Abunə olmaq
Narışkin bildirib ki, Qərbdə sanksiyaların ən qızğın lobbiçiləri etiraf edirlər ki, Rusiya iqtisadiyyatı yeni şərtlərə uyğunlaşıb və davamlı inkişaf edir.
BAKI, 28 yanvar — Sputnik. Qərb Rusiyaya iqtisadi təzyiqləri ya artıra, ya da qismən aradan qaldıra bilər, hər şey Qərb paytaxtlarının nəyi əsas tutacağından asılıdır. Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin RİA Novosti-yə müsahibəsində bildirib.
"Rusiyaya qarşı iqtisadi təzyiqlərin də artırılması mümkündür. Hər şey Qərb paytaxtlarınıdan asılıdır: ya rusofobiyaya əsaslanan davranışlarının irrasionallığı, ya da sağlam düşüncə və hesablama ilə rəhbər tutulacaq", - Narışkin bildirib.
Onun sözlərinə görə, Rusiya iqtisadi sahədə təcrid oluna bilməz:

"Qlobal çoxluq Moskva ilə ticarət əməliyyatlarını davam etdirməkdə maraqlı olduqlarını başa düşürlər və hətta Qərbdə sanksiyaların ən aktiv lobbiçiləri də etiraf edirlər ki, Rusiya iqtisadiyyatı yeni şərtlərə uyğunlaşıb və durmadan inkişaf edir".

Narışkin bildirib ki, Qərbdə sanksiyaların ən qızğın lobbiçiləri etiraf edirlər ki, Rusiya iqtisadiyyatı yeni şərtlərə uyğunlaşıb və davamlı inkişaf edir.
"Qərb blokunun Rusiyaya qarşı aqressiv iqtisadi siyasəti xüsusi hərbi əməliyyat başlamazdan çox-çox əvvəl, Ukraynada münaqişənin qaynar mərhələsi başlamazdan əvvəl başlayıb. Amma digər sual ondan ibarətdir ki, onlar bütün arzularını və bütün planlarını nə dərəcədə uğurla həyata keçirə biliblər", – Narışkin bildirib.
Xəbər lenti
0