Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Nəhayət: Rusiya Yaponiya ilə ərazi problemlərini həll etdi

© Getty Images / Astromujoffjapan
japan - Sputnik Azərbaycan, 1920, 28.01.2025
Abunə olmaq
Yaponiyanın Rusiyaya qarşı siyasətinin sərtləşməsinə cavab olaraq Moskva Kuril adalarının aqibəti ilə bağlı danışıqları birdəfəlik qapatdı.
BAKI, 28 yanvar — Sputnik. Sergey Lavrov jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Moskva Yaponiya ilə sülh müqaviləsi ilə bağlı dialoqun mümkünlüyünü görmür, çünki - və bu, artıq Rusiya prezidentinin mətbuat katibinin sözləridir - Tokio ölkəmizə qarşı "açıq - aşkar dost olmayan mövqe" tutur.
Bu, Rusiyanın Yaponiyanın Baş naziri Şigeru Isiba hökumətinin iki ölkənin ərazi problemlərinin həllinə yönəldilməsi və sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsinə dair son açıqlamalarına rəsmi reaksiyasıdır. Amma Moskvanın mövqeyi yalnız sözlərlə məhdudlaşmır. Tokioda Yaponiya mərkəzlərinin Rusiyadakı fəaliyyətinə dair memorandumların ləğvi ağrılı qəbul edildi. Yaponiya hökumətinin baş katibi ötən həftə birtərəfli qaydada qəbul edilmiş Moskvanın bu qərarını "qəbuledilməz"adlandırıb.
Analitiklər bu addımı sanksiya siyasətinin növbəti mərhələsinə cavab hesab edirlər: bir neçə gün əvvəl Tokio məhdudlaşdırıcı siyahıları 11 fiziki və 51 hüquqi şəxs, habelə Rusiyadan olan üç bankı ələvə etməklə genişləndirdi. Ancaq baş verən proseslərin mahiyyəti daha dərin və daha maraqlıdır: Yaponiya nümunəsində Rusiyanın qonşularla münasibətlərdə keyfiyyətcə yeni yanaşması özünü maksimal dərəcədə aydın görünür.
Son onilliklərdə Rusiya Avrasiya məkanında təhlükəsiz, ahəngdar, dost və qarşılıqlı faydalı tərəfdaşlıq sistemi qurmaq ideyası ilə sözün əsl mənasında aludə olub. Moskva qitənin bütün ölkələri ilə əziyyətli işlərdə inanılmaz səbr göstərdi, müxtəlif quruluş və təşkilatların başlanğıcında dayandı, ciddi kompromislərə hazır oldu, böyük xərclər çəkdi və hətta bəzən özü üçün çox da faydalı olmayan razılaşmalara razılıq verdi. Və çox şey həqiqətən alındı: Çin, İran və Hindistanla strateji tərəfdaşlıq, ŞƏT, "Şimal - Cənub" nəqliyyat dəhlizi – siyahını daha çox uzatmaq olar.
Yaponiya bu prosesin bir hissəsi idi. Qarşılıqlı faydalı mehriban qonşuluq naminə Moskva iki ölkənin ərazi mübahisəsinin kəskinliyini yumşaltmağa və nəticədə sülh müqaviləsi bağlamağa imkan verəcək əməkdaşlıq variantları axtarırdı. Əsas milli maraqlardan imtina etməyə hazır olmayan Rusiya, buna baxmayaraq Yapon tərəfdaşlarına doğru ciddi addımlar atırdı: Kuril adalarında, balıqçılıq da daxil olmaqla, ortaq iqtisadi fəaliyyət, Yaponiya vətəndaşları üçün adaları ziyarət etmək üçün vizasız rejim, yapon biznesi üçün əlverişli fəaliyyət rejimi.
Rusiya üçün bu, çox vacib bir qonşu ilə strateji tərəfdaşlıq qurmaq üçün bir başlanğıc idi. Alınsaydı, hər şeyin dəyəri ödənilərdi. Təəssüf ki, alınmadı: Tokio Moskvanın bütün addımlarını yalnız Rusiyanı əsas qərara - Kuril adalarından imtina edilməsi istiqamətində körpünün qurulması üçün bir imkan kimi qiymətləndirirdi. Belə olan halda bunun nə dərəcədə yapon elitalarının öz mövqeyi və ya nə dərəcədə iradəsi pozulmuş bir vassal tərəfindən öz ağasının mövqeyinin yayımlanmasının olması artıq o qədər də vacib deyil.
Əhəmiyyətli olan odur ki, Yaponiyanın Amerika strategiyasına təmənnasız sadiqliyi Moskvanın əl-qolunu açdı və ona Tokioya Rusiya xarici siyasətinin yeni, daha xoşagəlməz tərəfini göstərməyə imkan verdi: "hər kəs öz qərarları və hərəkətlərinə görə məsuliyyət daşıyır".
Tokio Rusiya üçün ən xoşagəlməz sanksiyaları (məsələn, yüksək texnologiyaların idxalına qadağanı) çoxdan tətbiq etsə də, Moskva onlara uyğunlaşıb və hətta onlardan faydalanmağı da öyrənib. İndiki vaxtda Yapon məhdudiyyətləri "ağcaqanadın dişləməsi" xarakteri daşıyır. Amma buna cavab olaraq, Moskva heç də "dişləmir" – o, Yapon siyasətçilərinin və diplomatlarının onilliklər ərzində gördükləri işlərin üzərindən xətt çəkərək, Günəş Çıxan ölkənin siyasi, ideoloji və hətta geosiyasi təsirini heçə endirir.
Son illərdəki hərəkətləri ilə Yaponiya inanılmaz nəticə əldə edib: Rusiya üçün onunla ərazi mübahisəsi artıq mövcud deyil. Ölkənin bütün ərazisi kimi, Kuril adalarının da Rusiya mənsubiyyəti konstitusiya ilə təsbit edilib. Sosial-iqtisadi inkişafı ilə bütün ölkənin fəal məşğul olduğu adalar. Rusiya üçün mühüm müdafiə funksiyasını daşıyan adalar. Bu, sadəcə rus torpağıdır - və belə də qalacaq. Bu barədə Yaponiyada nə düşünüldüyü, Rusiya üçün sadəcə maraqlı deyil.
Gec-tez iki ölkə arasında böhran aradan qaldırılacaq. Bu baş verən zaman yaponlar anlayacaq ki, Kuril məsələsində çox geri düşüblər. Bu geriləmə nə 2013-cü il, nə 1991-ci il, nə də sülh müqaviləsi təsdiqləndikdən sonra dörd adadan ikisinin Tokioya verilməsini nəzərdə tutan Moskva bəyannaməsi imzalanan 1956-cı il ilə kifayətlənməyərək, birbaşa 1945-ci ilədək gedəcək.
Xəbər lenti
0