https://sputnik.az/20250128/neft-qiymetleri-ardicil-dorduncu-heftedir-yukselir---sebeb-nedir-470042454.html
Azərbaycan neftinin qiyməti üzüaşağı gedir
Azərbaycan neftinin qiyməti üzüaşağı gedir
Sputnik Azərbaycan
Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,02 ABŞ dolları və ya 1,27% azalaraq 79,48 ABŞ dollarına enib. 28.01.2025, Sputnik Azərbaycan
2025-01-28T10:51+0400
2025-01-28T10:51+0400
2025-01-28T10:51+0400
neft-qaz
neft
qiymət
birja
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/1f/468418852_0:160:3071:1887_1920x0_80_0_0_d00149ca3f8ff6f3ee91e33b080f06ad.jpg
BAKI, 28 yanvar — Sputnik. Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,02 ABŞ dolları və ya 1,27% azalaraq 79,48 ABŞ dollarına enib.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 80,5 ABŞ dolları təşkil edib.Xatırladaq ki, 2024-cü il ərzində dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta illik ixrac qiyməti bəlli olub. Ötən il ərzində Azərbaycan neftinin orta qiyməti 82,87 dollar olub. 2024-cü ildə Azərbaycan neftinin ən yüksək göstərici 94,73 dollar təşkil edib, ən minimal göstəricisi isə 71,87 dollar səviyyəsində olub. Ötən il Azərbaycanın dövlət büdcəsində bir barel neftin orta illik ixrac qiyməti 75 dollardan hesablanıb. Cari ildə isə neftin bir barelinin orta illik ixrac qiyməti 70 dollar səviyyəsində götürülüb.18.01.25, 12:11Dünya bazarlarında neft qiymətləri yenidən üzüaşağı gedirÖtən gün dünya bazarlarında neft yenidən ucuzlaşıb.ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin mart müqaviləsinin dəyəri 0,62% və ya 0,50 dollar azalaraq 1 barelə görə 80.79 ABŞ dolları təşkil edib.Nyu-Yorkun NYMEX əmtəə birjasında isə 2025-ci ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 1,02% və ya 0,80 dollar azalaraq 1 barelə görə 77.88 ABŞ dollarına bərabər olub.17.01.25, 11:35Neft qiymətləri ardıcıl dördüncü həftədir yüksəlir - Səbəb nədir?Bu gün dünya bazarlarında neft qiymətləri qalxıb və ardıcıl dördüncü həftədir ki, qiymət yüksəlir. Bunun səbəbi ABŞ-nin Rusiyanın enerji ticarətinə tətbiq etdiyi son sanksiyaların tədarükə zərbə vurması və spot ticarət qiymətlərini və daşınma tariflərini yüksəltməsidir. "Brent" markalı neft 44 sent artaraq 81,73 dollar, ABŞ-nin Qərbi Texas (WTI) nefti 62 sent artaraq 79,3 dollar olub. "Azeri Light" markalı Azərbaycan nefti isə 71 sent azalaraq 84,07 dollar təşkil edib. "Brent" və "WTI" bu həftə 2,5% və 3,6% dəyər qazanıb. Analitiklərin fikrincə, ABŞ-nin Rusiya neft istehsalçılarına və tankerlərinə tətbiq etdiyi sanksiyalardan qaynaqlanan tədarüklə bağlı narahatlıqlar və ABŞ-ın potensial faiz dərəcələrinin aşağı salınması ilə tələbin bərpası gözləntiləri neft bazarını gücləndirir. Beynəlxalq Enerji Agentliyinin (BEA) açıqladığı son hesabata görə, qlobal neft tədarükü 2024-cü ilin dekabrında sutkada təxminən 20 min barel artıb. Eyni zamanda, bu göstərici əvvəlki illə müqayisədə sutkada 390 min barel artaraq 103,53 milyon barelə çatıb. Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı ötən ay əvvəlki ayla müqayisədə sutkada 220 min barel artaraq 27,43 milyon barelə qalxıb. Qrupun ümumi neft hasilatı eyni dövrdə təqribən 33,06 milyon barelə çatıb. Bu arada, OPEC-ə daxil olmayan ölkələrdə gündəlik neft hasilatı 2024-cü ilin dekabrında sutkada 220 min barel azalaraq 70,47 milyon barelə düşüb. Agentlik bildirib ki, təchizat artımlarına hər ikisi çoxillik aylıq yüksək istehsal göstəriciləri göstərən Nigeriya və Liviya liderlik edib. Hasilatın artımının çox hissəsini "OPEC plyus" üzvü olmayan ölkələr təşkil edir. 2025-ci ildə hətta "OPEC plyus" alyansının könüllü ixtisarı aradan qaldırmadığı halda belə, qlobal hasilatın daha çox 1,8 milyon barel artaraq 104,7 milyon barelə çatacağı proqnozlaşdırılır. Hesabata görə, qlobal neft tələbi 2025-ci ildə sutkada 1,05 milyon barel artaraq 103,96 milyon barelə çatacaq. BEA-nın qeyd etdiyi kimi, inkişaf etmiş iqtisadiyyatlar üçün iqtisadi perspektivlərin tədricən yaxşılaşması tələb artımını sürətlənəcək, eyni zamanda, aşağı neft qiymətləri də istehlakı stimullaşdıracaq. Qlobal tələbat 2024-cü ildə orta hesabla sutkada 102,9 milyon barel olub və illik artım təxminən 936,000 barel təşkil edib. BEA-nın bildirdiyinə görə, dünya neft tələbi 2024-cü ilin dördüncü rübündə bir neçə zəif rübdən sonra sürətini bərpa edib və sutkada 1,5 milyon barel artım nümayiş etdirib. "Bu, 2023-cü ilin dördüncü rübündən bəri ən güclü göstəricidir və əvvəlki proqnozumuzdan sutkada 260,000 barel çoxdur", -deyə BEA qeyd edib. Xatırladaq ki, 2024-cü il ərzində dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta illik ixrac qiyməti bəlli olub. Ötən il ərzində Azərbaycan neftinin orta qiyməti 82,87 dollar olub. 2024-cü ildə Azərbaycan neftinin ən yüksək göstərici 94,73 dollar təşkil edib, ən minimal göstəricisi isə 71,87 dollar səviyyəsində olub. Ötən il Azərbaycanın dövlət büdcəsində bir barel neftin orta illik ixrac qiyməti 75 dollardan hesablanıb. Cari ildə isə neftin bir barelinin orta illik ixrac qiyməti 70 dollar səviyyəsində götürülüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/1f/468418852_171:0:2900:2047_1920x0_80_0_0_1110e6f970ccb6bf20cd34ceb01a881e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, qiymət, birja
Azərbaycan neftinin qiyməti üzüaşağı gedir
Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,02 ABŞ dolları və ya 1,27% azalaraq 79,48 ABŞ dollarına enib.
BAKI, 28 yanvar — Sputnik. Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,02 ABŞ dolları və ya 1,27% azalaraq 79,48 ABŞ dollarına enib.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 80,5 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, 2024-cü il ərzində dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta illik ixrac qiyməti bəlli olub. Ötən il ərzində Azərbaycan neftinin orta qiyməti 82,87 dollar olub.
2024-cü ildə Azərbaycan neftinin ən yüksək göstərici 94,73 dollar təşkil edib, ən minimal göstəricisi isə 71,87 dollar səviyyəsində olub.
Ötən il Azərbaycanın dövlət büdcəsində bir barel neftin orta illik ixrac qiyməti 75 dollardan hesablanıb. Cari ildə isə neftin bir barelinin orta illik ixrac qiyməti 70 dollar səviyyəsində götürülüb.
Dünya bazarlarında neft qiymətləri yenidən üzüaşağı gedir
Ötən gün dünya bazarlarında neft yenidən ucuzlaşıb.
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin mart müqaviləsinin dəyəri 0,62% və ya 0,50 dollar azalaraq 1 barelə görə 80.79 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında isə 2025-ci ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 1,02% və ya 0,80 dollar azalaraq 1 barelə görə 77.88 ABŞ dollarına bərabər olub.
Neft qiymətləri ardıcıl dördüncü həftədir yüksəlir - Səbəb nədir?
Bu gün dünya bazarlarında neft qiymətləri qalxıb və ardıcıl dördüncü həftədir ki, qiymət yüksəlir. Bunun səbəbi ABŞ-nin Rusiyanın enerji ticarətinə tətbiq etdiyi son sanksiyaların tədarükə zərbə vurması və spot ticarət qiymətlərini və daşınma tariflərini yüksəltməsidir.
"Brent" markalı neft 44 sent artaraq 81,73 dollar, ABŞ-nin Qərbi Texas (WTI) nefti 62 sent artaraq 79,3 dollar olub.
"Azeri Light" markalı Azərbaycan nefti isə 71 sent azalaraq 84,07 dollar təşkil edib.
"Brent" və "WTI" bu həftə 2,5% və 3,6% dəyər qazanıb.
Analitiklərin fikrincə, ABŞ-nin Rusiya neft istehsalçılarına və tankerlərinə tətbiq etdiyi sanksiyalardan qaynaqlanan tədarüklə bağlı narahatlıqlar və ABŞ-ın potensial faiz dərəcələrinin aşağı salınması ilə tələbin bərpası gözləntiləri neft bazarını gücləndirir.
Beynəlxalq Enerji Agentliyinin (BEA) açıqladığı son hesabata görə, qlobal neft tədarükü 2024-cü ilin dekabrında sutkada təxminən 20 min barel artıb. Eyni zamanda, bu göstərici əvvəlki illə müqayisədə sutkada 390 min barel artaraq 103,53 milyon barelə çatıb.
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı ötən ay əvvəlki ayla müqayisədə sutkada 220 min barel artaraq 27,43 milyon barelə qalxıb. Qrupun ümumi neft hasilatı eyni dövrdə təqribən 33,06 milyon barelə çatıb.
Bu arada, OPEC-ə daxil olmayan ölkələrdə gündəlik neft hasilatı 2024-cü ilin dekabrında sutkada 220 min barel azalaraq 70,47 milyon barelə düşüb. Agentlik bildirib ki, təchizat artımlarına hər ikisi çoxillik aylıq yüksək istehsal göstəriciləri göstərən Nigeriya və Liviya liderlik edib. Hasilatın artımının çox hissəsini "OPEC plyus" üzvü olmayan ölkələr təşkil edir.
2025-ci ildə hətta "OPEC plyus" alyansının könüllü ixtisarı aradan qaldırmadığı halda belə, qlobal hasilatın daha çox 1,8 milyon barel artaraq 104,7 milyon barelə çatacağı proqnozlaşdırılır.
Hesabata görə, qlobal neft tələbi 2025-ci ildə sutkada 1,05 milyon barel artaraq 103,96 milyon barelə çatacaq.
BEA-nın qeyd etdiyi kimi, inkişaf etmiş iqtisadiyyatlar üçün iqtisadi perspektivlərin tədricən yaxşılaşması tələb artımını sürətlənəcək, eyni zamanda, aşağı neft qiymətləri də istehlakı stimullaşdıracaq.
Qlobal tələbat 2024-cü ildə orta hesabla sutkada 102,9 milyon barel olub və illik artım təxminən 936,000 barel təşkil edib. BEA-nın bildirdiyinə görə, dünya neft tələbi 2024-cü ilin dördüncü rübündə bir neçə zəif rübdən sonra sürətini bərpa edib və sutkada 1,5 milyon barel artım nümayiş etdirib.
"Bu, 2023-cü ilin dördüncü rübündən bəri ən güclü göstəricidir və əvvəlki proqnozumuzdan sutkada 260,000 barel çoxdur", -deyə BEA qeyd edib.
Xatırladaq ki, 2024-cü il ərzində dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta illik ixrac qiyməti bəlli olub. Ötən il ərzində Azərbaycan neftinin orta qiyməti 82,87 dollar olub.
2024-cü ildə Azərbaycan neftinin ən yüksək göstərici 94,73 dollar təşkil edib, ən minimal göstəricisi isə 71,87 dollar səviyyəsində olub.
Ötən il Azərbaycanın dövlət büdcəsində bir barel neftin orta illik ixrac qiyməti 75 dollardan hesablanıb. Cari ildə isə neftin bir barelinin orta illik ixrac qiyməti 70 dollar səviyyəsində götürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.