https://sputnik.az/20250128/mn-in-rusvet-almaqda-ve-deleduzluqda-gunahlandirilan-zabitinin-mehkemesi-baslayib-470250430.html
MN-in rüşvət almaqda və dələduzluqda günahlandırılan zabitinin məhkəməsi başlayıb
MN-in rüşvət almaqda və dələduzluqda günahlandırılan zabitinin məhkəməsi başlayıb
Sputnik Azərbaycan
O, atasının vəzifəsi və mövqeyindən istifadə edərək hərbi qulluqçuların rüşvət müqabilində xidmət yerlərinin dəyişdirməkdə, təkrar rüşvətalma və təkrar... 28.01.2025, Sputnik Azərbaycan
2025-01-28T13:34+0400
2025-01-28T13:34+0400
2025-01-28T13:34+0400
rüşvət
cəmiyyət
müdafiə nazirliyi
azərbaycan ordusu
zabit
dələduzluq
https://cdnn1.img.sputnik.az/img/41011/55/410115568_0:140:2001:1265_1920x0_80_0_0_3dec29a555dbdd1fc710400d0f0b38d8.jpg
BAKI, 28 yanvar — Sputnik. Rüşvət almaq, qulluq mövqeyindən istifadə etməklə dələduzluqda ittiham olunan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin zabiti, kapitan Rəşid Kələntərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bu gün Gəncə Hərbi Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına verilib. Məhkəmənin baxış iclası fevralın 12-nə təyin olunub. Qeyd edək ki, hərbi hissələrdən birinin zabiti, kapitan Rəşid Kələntərov ötən ilin iyun ayında saxlanılıb. Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra məhkəmə onun barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edib. Rəşid Kələntərov Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının İnspeksiya idarəsinin sabiq rəisi polkovnik Saleh Kələntərovun oğludur. O, atasının vəzifəsi və mövqeyindən istifadə edərək hərbi qulluqçuların rüşvət müqabilində xidmət yerlərinin dəyişdirməkdə, təkrar rüşvətalma və təkrar dələduzluqda ittiham olunur (APA). Ona Cinayət Məcəlləsinin 311.3.1 ( rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) 311.3.2 (təkrar törədildikdə) 178.2.3 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri üzrə ittiham irəli sürülüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41011/55/410115568_62:0:1937:1406_1920x0_80_0_0_3ee162ddfe509675dbc4ee230dca4e20.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rüşvət, müdafiə nazirliyi, azərbaycan ordusu, zabit, dələduzluq
rüşvət, müdafiə nazirliyi, azərbaycan ordusu, zabit, dələduzluq
MN-in rüşvət almaqda və dələduzluqda günahlandırılan zabitinin məhkəməsi başlayıb
O, atasının vəzifəsi və mövqeyindən istifadə edərək hərbi qulluqçuların rüşvət müqabilində xidmət yerlərinin dəyişdirməkdə, təkrar rüşvətalma və təkrar dələduzluqda ittiham olunur.
BAKI, 28 yanvar — Sputnik. Rüşvət almaq, qulluq mövqeyindən istifadə etməklə dələduzluqda ittiham olunan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin zabiti, kapitan Rəşid Kələntərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bu gün Gəncə Hərbi Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına verilib.
Məhkəmənin baxış iclası fevralın 12-nə təyin olunub.
Qeyd edək ki, hərbi hissələrdən birinin zabiti, kapitan Rəşid Kələntərov ötən ilin iyun ayında saxlanılıb. Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Daha sonra məhkəmə onun barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edib.
Rəşid Kələntərov Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının İnspeksiya idarəsinin sabiq rəisi polkovnik Saleh Kələntərovun oğludur.
O, atasının vəzifəsi və mövqeyindən istifadə edərək hərbi qulluqçuların rüşvət müqabilində xidmət yerlərinin dəyişdirməkdə, təkrar rüşvətalma və təkrar dələduzluqda ittiham olunur (APA).
Ona Cinayət Məcəlləsinin 311.3.1 ( rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) 311.3.2 (təkrar törədildikdə) 178.2.3 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri üzrə ittiham irəli sürülüb.