CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əhaliyə süni intellektlə bağlı xəbərdarlıq!

© Getty Images / PhonlamaiPhotoAutomation worker
Automation worker  - Sputnik Azərbaycan, 1920, 28.01.2025
Abunə olmaq
DİN bəyan edib ki, etibarlı olmayan süni intellekt həllərindən istifadə məlumatları üçüncü tərəflərə ötürə və nəticədə kiberdələduzların hücumlarını asanlaşdıra bilər.
BAKI, 28 yanvar — Sputnik. DİN süni intellektlə bağlı xəbərdarlıq edib. DİN-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, süni intellekt texnologiyasından istifadə hallarının atdığı bir dövrdə kiberhücumlara məruzqalma halları müşahidə olunur.
"Etibarlı olmayan süni intellekt həllərindən istifadə məlumatları üçüncü tərəflərə ötürə və nəticədə kiberdələduzların hücumlarını asanlaşdıra bilər. Süni intellektdən istifadə edərkən müəssisənizə aid məxfi məlumatları da qarşı tərəfə ötürmək eyni sonluqla nəticələnə bilər. Qeyd olunanları nəzərə alaraq bir daha çağırış edirik ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, süni intellekt xidmətlərindən istifadə edərkən fərdi məlumatlarını qarşı tərəfə ötürməkdən çəkinsinlər" - DİN-dən bildirilib.
Xəbər lenti
0