https://sputnik.az/20250128/dunyanin-en-boyuk-aysberqi-hereket-etmeye-baslayib-bu-olke-ciddi-tehluke-altindadir-470195160.html
Dünyanın ən böyük aysberqi hərəkət etməyə başlayıb: bu ölkə ciddi təhlükə altındadır
Dünyanın ən böyük aysberqi hərəkət etməyə başlayıb: bu ölkə ciddi təhlükə altındadır
Sputnik Azərbaycan
Dünyanın ən böyük A23a aysberqi Böyük Britaniya adası ilə toqquşa bilər. 28.01.2025, Sputnik Azərbaycan
2025-01-28T08:01+0400
2025-01-28T08:01+0400
2025-01-28T08:01+0400
aysberq
elm
"roskosmos"
böyük britaniya
london
antarktida
corciya ştatı
https://cdnn1.img.sputnik.az/img/07e9/01/18/470194993_0:0:2995:1684_1920x0_80_0_0_b1a47c6bcc4613bd403562cd3b051ffa.jpg
BAKI, 28 yanvar - Sputnik. Elmi ictimaiyyət həyəcan təbili çalır: 30 ildən artıqdır ki, hərəkətsiz vəziyyətdə olan və A23a adlandırılan dünyanın ən böyük aysberqi Böyük Britaniyadan uzaqda yerləşən Cənubi Corciya adasına doğru yavaş-yavaş hərəkət etməyə başlayıb. Bu buz nəhəngi Londondan iki dəfə böyükdür və çəkisi bir trilyon tondan artıqdır. Aysberq hazırda bir çox heyvan növünün yaşadığı adadan 173 mil uzaqlıqdadır. Bu buz dağı 1986-cı ildə Antarktidadakı Filxner buzlağından qoparaq yaranıb. 2020-ci ilə qədər A23a hərəkətsiz vəziyyətdə qalıb və sonra yavaş-yavaş şimala doğru hərəkət etməyə başlayıb. 2024-cü ildə aysberq Taylor adlanan burulğana düşərək yenidən dayanıb. Ötən ilin sonunda buz kütləsi yenidən adaya doğru hərəkət etməyə başlayıb. A23a ilıq sulara yaxınlaşdıqca, daha çox parçalanmağa başlayır. Bu tendensiya davam edərsə, “üzən aysberqlər şəhəri” yarana bilər. Əgər aysberq parçalanmazsa adaya çırpılacaq. 2023-cü ildə Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri bildiriblər ki, planetin ən böyük A23a aysberqi tezliklə Skotia dənizinə çatacaq, bundan sonra o, ya mövcudluğunu dayandıra, ya da daha bir neçə il hərəkət edə bilər. Eyni zamanda, “Roskosmos” dövlət korporasiyası 1986-cı ildə Antarktida sahillərindən ayrılmış və hazırda Veddel dənizində hərəkət edən nəhəng A23a aysberqin peyk şəklini dərc edib. “Roskosmos” mütəxəssislərinin proqnozlarına görə, aysberq hazırda Skotia dənizinə doğru gedir, lakin onun bütöv şəkildə ora çatıb-çatmayacağı bəlli deyil.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/18/470194993_274:0:2519:1684_1920x0_80_0_0_498cdb8a907134919e5afc7f9dc4ecec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aysberq, "roskosmos", böyük britaniya, london, antarktida, corciya ştatı
aysberq, "roskosmos", böyük britaniya, london, antarktida, corciya ştatı
Dünyanın ən böyük aysberqi hərəkət etməyə başlayıb: bu ölkə ciddi təhlükə altındadır
Dünyanın ən böyük A23a aysberqi Böyük Britaniya adası ilə toqquşa bilər.
BAKI, 28 yanvar - Sputnik. Elmi ictimaiyyət həyəcan təbili çalır: 30 ildən artıqdır ki, hərəkətsiz vəziyyətdə olan və A23a adlandırılan dünyanın ən böyük aysberqi Böyük Britaniyadan uzaqda yerləşən Cənubi Corciya adasına doğru yavaş-yavaş hərəkət etməyə başlayıb.
Bu buz nəhəngi Londondan iki dəfə böyükdür və çəkisi bir trilyon tondan artıqdır.
Aysberq hazırda bir çox heyvan növünün yaşadığı adadan 173 mil uzaqlıqdadır. Bu buz dağı 1986-cı ildə Antarktidadakı Filxner buzlağından qoparaq yaranıb.
2020-ci ilə qədər A23a hərəkətsiz vəziyyətdə qalıb və sonra yavaş-yavaş şimala doğru hərəkət etməyə başlayıb. 2024-cü ildə aysberq Taylor adlanan burulğana düşərək yenidən dayanıb. Ötən ilin sonunda buz kütləsi yenidən adaya doğru hərəkət etməyə başlayıb.
A23a ilıq sulara yaxınlaşdıqca, daha çox parçalanmağa başlayır. Bu tendensiya davam edərsə, “üzən aysberqlər şəhəri” yarana bilər. Əgər aysberq parçalanmazsa adaya çırpılacaq.
2023-cü ildə Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri bildiriblər ki, planetin ən böyük A23a aysberqi tezliklə Skotia dənizinə çatacaq, bundan sonra o, ya mövcudluğunu dayandıra, ya da daha bir neçə il hərəkət edə bilər.
Eyni zamanda, “Roskosmos” dövlət korporasiyası 1986-cı ildə Antarktida sahillərindən ayrılmış və hazırda Veddel dənizində hərəkət edən nəhəng A23a aysberqin peyk şəklini dərc edib. “Roskosmos” mütəxəssislərinin proqnozlarına görə, aysberq hazırda Skotia dənizinə doğru gedir, lakin onun bütöv şəkildə ora çatıb-çatmayacağı bəlli deyil.