https://sputnik.az/20250128/deputat-18-21-yasli-adamin-odlu-silah-neyine-gerekdir--470198745.html
Deputat: 18-21 yaşlı adamın odlu silah nəyinə gərəkdir?
Deputat: 18-21 yaşlı adamın odlu silah nəyinə gərəkdir?
Sputnik Azərbaycan
Milli Məclisdə odlu silah əldə etmək yaşının artırılması planlaşdırılır. 28.01.2025, Sputnik Azərbaycan
2025-01-28T10:00+0400
2025-01-28T10:00+0400
2025-01-28T10:00+0400
deputat
cəmiyyət
silah
odlu silah
millət vəkili aydın mirzəzadə
ceyhun məmmədov
https://cdnn1.img.sputnik.az/img/41666/47/416664740_0:192:2048:1344_1920x0_80_0_0_1585fe972c0f3cb887376ff676fda4dc.jpg
BAKI, 28 yanvar — Sputnik. Mövcud qanunvericiliyə əsasən, Azərbaycanda odlu silah əldə etmək hüququ üçün qoyulan yaş həddi 18-dir. Lakin Milli Məclis bu yaş həddinin dəyişdirilməsini müzakirə edir. Müvafiq qanunvericiliyə ediləcək dəyişiklikdə odlu silah əldə etmək üçün yaş həddi 21 olacaq. Qeyd edək ki, ölkədə xidməti və mülki silahı əldə etmək hüququ olan subyektlərin sırasına xüsusi nizamnamə vəzifələrini yerinə yetirən dövlət orqanlarının və hüquqi şəxslər, xidməti və mülki silahın işlənib hazırlanması, sınaqdan keçirilməsi, istehsalı ilə və ya silahın satışı ilə məşğul olan müəssisələr, idman və ovçuluq cəmiyyətləri və təhsil müəssisələri aiddir. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət edə bilər. Silahın alınmasına xüsusi icazə verilir. Əcnəbilər xüsusi icazə əsasında əldə etdikləri mülki silahı alındığı vaxtdan 5 gündən gec olmayaraq Azərbaycan Respublikasından aparmalıdırlar. Silahın Azərbaycan Respublikasından aparılma müddəti pozularsa, həmin silah müsadirə olunur. Mülki silahın əldə edilməsinə verilən xüsusi icazənin etibarlılıq müddəti 6 aydır. Qanunsuz silah saxlama, üzərində gəzdirmə, satma, başqasına vermə və s. kimi hallar Cinayət Məcəlləsinin 228-ci maddəsində əks olunub. Maddənin birinci bəndində göstərilir ki, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 527 fakt müəyyən edilib, həmin cinayətlərə görə 247 nəfər tutulub. Ümumilikdə 7.227 odlu silah və 1 milyona yaxın sursat aşkarlanıb. Həmçinin odlu silahın tətbiqi ilə törədilənlər cinayətlərin sayı 21 faiz azalıb. Bəs silah əldə etmək üçün yaş həddinin artırılması ideyası necə ortaya çıxıb? Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, qanunvericilikdə mülki şəxsin silah əldə etməsi qaydası var. Lakin bu o halda mümükündür ki, həmin şəxsin həyatına təhlükənin olduğu aydın görünsün: “Bu zaman müraciət edilməli, onun vəziyyəti araşdırılmalı və müvafiq qərar qəbul edilməlidir. Mən isə hesab edirəm ki, odlu silaha sahib olmaq üçün 21 yaşın özü də azdır. Düşünürəm ki, odlu silah əldə etmək üçün yaş 25-30 arası olmalıdır. İyirmi bir yaşlı gəncin silah nəyinə lazımdır?! Yaş çoxaldıqca, insanın problemləri yarana bilər, düşmənləri ola bilər. Bu zaman özünü qorumaq üçün dövlətdən silah istəmək hüququ var. Vaxtilə 18 yaş məhdudiyyətini qoyanda düşünmədilər ki, bu yaşda axı nə təhdid ola bilər? Həmin yaşda insan hələ valideynləri ilə birgə yaşayır. Milli Məclisdə müzakirələr zamanı mən yaş həddinin 30-a qaldırılmasını təklif edəcəm”. Millət vəkili Ceyhun Məmmədov isə bildirir ki, bu məsələdən danışarkən dünyadakı cinayət hallarının statistikasına nəzər salmalıyıq: “Bu gün dünyanın müxtəlif ölkələrində odlu silahlardan istifadə etməklə törədilən cinayətlərlə bağlı mənzərə acınacaqlıdır. Bununla bağlı ən pis vəziyyət ABŞ-dadır. Hər il bu ölkədə odlu silahlardan istifadə edilməklə törədilmiş cinayətlərdə minlərlə insan həyatını itirir. Bu baxımdan, Azərbaycanda da bu məsələyə həssas yanaşılması anlayışla qarşılanmalıdır”. Millət vəkili hesab edir ki, bu addımlar cinayətlərin qarşısını almaq üçün atılmalıdır: “Prosesləri təhlil edəndə dünyada kirminal vəziyyətin pisləşdiyini görə bilərik. Bunun müxtəlif səbəbləri var. Müasir dövrün insanının pisxoloji durumu pozulur, onlar fərqli cinayətlərə yönəlirlər. Bu mənada Azərbaycanda da ağır cinayətlərin qarşısını almaq üçün zəruri addımlar atılır. Biz gənclərimizi qorumalıyıq, ancaq bununla bağlı Azərbaycanda ciddi təhlükə və problem yoxdur. Gələcəkdə ola biləcək təhlükələrin qarşısını almaq üçün dövlətin bu cür tənzimləmələr aparmasına ehtiyac var”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41666/47/416664740_0:0:2048:1536_1920x0_80_0_0_ebc917a37bf90adc37d0e233aa5c1f7f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
deputat, silah, odlu silah, millət vəkili aydın mirzəzadə, ceyhun məmmədov
deputat, silah, odlu silah, millət vəkili aydın mirzəzadə, ceyhun məmmədov
Deputat: 18-21 yaşlı adamın odlu silah nəyinə gərəkdir?
Milli Məclisdə odlu silah əldə etmək yaşının artırılması planlaşdırılır.
BAKI, 28 yanvar — Sputnik. Mövcud qanunvericiliyə əsasən, Azərbaycanda odlu silah əldə etmək hüququ üçün qoyulan yaş həddi 18-dir. Lakin Milli Məclis bu yaş həddinin dəyişdirilməsini müzakirə edir. Müvafiq qanunvericiliyə ediləcək dəyişiklikdə odlu silah əldə etmək üçün yaş həddi 21 olacaq.
Qeyd edək ki, ölkədə xidməti və mülki silahı əldə etmək hüququ olan subyektlərin sırasına xüsusi nizamnamə vəzifələrini yerinə yetirən dövlət orqanlarının və hüquqi şəxslər, xidməti və mülki silahın işlənib hazırlanması, sınaqdan keçirilməsi, istehsalı ilə və ya silahın satışı ilə məşğul olan müəssisələr, idman və ovçuluq cəmiyyətləri və təhsil müəssisələri aiddir.
Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət edə bilər.
Silahın alınmasına xüsusi icazə verilir. Əcnəbilər xüsusi icazə əsasında əldə etdikləri mülki silahı alındığı vaxtdan 5 gündən gec olmayaraq Azərbaycan Respublikasından aparmalıdırlar. Silahın Azərbaycan Respublikasından aparılma müddəti pozularsa, həmin silah müsadirə olunur. Mülki silahın əldə edilməsinə verilən xüsusi icazənin etibarlılıq müddəti 6 aydır.
Qanunsuz silah saxlama, üzərində gəzdirmə, satma, başqasına vermə və s. kimi hallar Cinayət Məcəlləsinin 228-ci maddəsində əks olunub.
Maddənin birinci bəndində göstərilir ki, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 527 fakt müəyyən edilib, həmin cinayətlərə görə 247 nəfər tutulub. Ümumilikdə 7.227 odlu silah və 1 milyona yaxın sursat aşkarlanıb. Həmçinin odlu silahın tətbiqi ilə törədilənlər cinayətlərin sayı 21 faiz azalıb.
Bəs silah əldə etmək üçün yaş həddinin artırılması ideyası necə ortaya çıxıb?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, qanunvericilikdə mülki şəxsin silah əldə etməsi qaydası var. Lakin bu o halda mümükündür ki, həmin şəxsin həyatına təhlükənin olduğu aydın görünsün:
“Bu zaman müraciət edilməli, onun vəziyyəti araşdırılmalı və müvafiq qərar qəbul edilməlidir. Mən isə hesab edirəm ki, odlu silaha sahib olmaq üçün 21 yaşın özü də azdır. Düşünürəm ki, odlu silah əldə etmək üçün yaş 25-30 arası olmalıdır. İyirmi bir yaşlı gəncin silah nəyinə lazımdır?! Yaş çoxaldıqca, insanın problemləri yarana bilər, düşmənləri ola bilər. Bu zaman özünü qorumaq üçün dövlətdən silah istəmək hüququ var. Vaxtilə 18 yaş məhdudiyyətini qoyanda düşünmədilər ki, bu yaşda axı nə təhdid ola bilər? Həmin yaşda insan hələ valideynləri ilə birgə yaşayır. Milli Məclisdə müzakirələr zamanı mən yaş həddinin 30-a qaldırılmasını təklif edəcəm”.
Millət vəkili Ceyhun Məmmədov isə bildirir ki, bu məsələdən danışarkən dünyadakı cinayət hallarının statistikasına nəzər salmalıyıq:
“Bu gün dünyanın müxtəlif ölkələrində odlu silahlardan istifadə etməklə törədilən cinayətlərlə bağlı mənzərə acınacaqlıdır. Bununla bağlı ən pis vəziyyət ABŞ-dadır. Hər il bu ölkədə odlu silahlardan istifadə edilməklə törədilmiş cinayətlərdə minlərlə insan həyatını itirir. Bu baxımdan, Azərbaycanda da bu məsələyə həssas yanaşılması anlayışla qarşılanmalıdır”.
Millət vəkili hesab edir ki, bu addımlar cinayətlərin qarşısını almaq üçün atılmalıdır:
“Prosesləri təhlil edəndə dünyada kirminal vəziyyətin pisləşdiyini görə bilərik. Bunun müxtəlif səbəbləri var. Müasir dövrün insanının pisxoloji durumu pozulur, onlar fərqli cinayətlərə yönəlirlər. Bu mənada Azərbaycanda da ağır cinayətlərin qarşısını almaq üçün zəruri addımlar atılır. Biz gənclərimizi qorumalıyıq, ancaq bununla bağlı Azərbaycanda ciddi təhlükə və problem yoxdur. Gələcəkdə ola biləcək təhlükələrin qarşısını almaq üçün dövlətin bu cür tənzimləmələr aparmasına ehtiyac var”.