DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Coca-Cola" Avropada tərkibində yüksək miqdarda xlorat olan içkilərini geri çağırır

© Sputnik / Anatoliy Medved / Mediabanka keçidCoca-cola
Coca-cola - Sputnik Azərbaycan, 1920, 28.01.2025
Abunə olmaq
Geri çağırılma 2024-cü ilin noyabr ayının sonundan bəri istehsal olunan dəmir qablaşdırmalarda və butulkalarda olan "Coca-Cola", "Sprite", "Fanta", "Fuze Tea", "Minute Maid", "Nalu", "Royal Bliss" və "Tropico" içkilərinə aiddir.
BAKI, 28 yanvar — Sputnik. "The Coca-Cola Company"nin törəmə şirkəti olan "Coca-Cola Europacific Partners Belgium" xloratın normadan artıq olması səbəbindən məhsullarını Belçika, İngiltərə, Lüksemburq, Hollandiya, Fransa və Almaniya bazarlarından kütləvi şəkildə geri çağırdığını elan edib.
Bu barədə xarici kütləvi informasiya vasitəsində məlumat verilib.
"Dəqiq rəqəmlər hələ məlum deyil, lakin söhbət kifayət qədər əhəmiyyətli istehsal həcmindən gedir" - şirkət nümayəndələri bildiriblər.
Geri çağırılma 2024-cü ilin noyabr ayının sonundan bəri istehsal olunan dəmir qablaşdırmalarda və butulkalarda olan "Coca-Cola", "Sprite", "Fanta", "Fuze Tea", "Minute Maid", "Nalu", "Royal Bliss" və "Tropico" içkilərinə aiddir. Problem Qentdəki zavodda keyfiyyət yoxlanışı zamanı aşkar edilib və burada istehsal qaydalarının pozulması aşkar olunub.
Bu məhsulların əksəriyyəti artıq dövriyyədən çıxarılıb və ya bazara buraxılmayıb. Şirkət qalan partiyaların dövriyyədən çıxarılması üçün bu ölkələrin səlahiyyətliləri ilə əməkdaşlığı davam etdirir.
Bundan əvvəl "Coca-Cola"nın uzun illərdən sonra ilk dəfə yeni dadla içki buraxacağı barədə məlumat verilmişdi.
Xəbər lenti
0