Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bu ölkələrdən Azərbaycana heyvan mənşəli məhsulların gətirilməsinə qadağa qoyuldu

© AP Photo / Natacha PisarenkoƏt
Ət - Sputnik Azərbaycan, 1920, 28.01.2025
Abunə olmaq
Müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
BAKI, 28 yanvar — Sputnik. Yunanıstan, Polşa, Nigeriya və İngiltərənin bəzi ərazilərindən heyvan mənşəli məhsulların Azərbaycana gətirilməsinə məhdudiyyət qoyulub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Qeyd olunub ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Yunanıstanın Krit adasında xırdabuynuzlu heyvanlarda çiçək, Polşanın Kuyavsk-Pomorsk inzibati ərazisində Nyukasl, Nigeriyanın Katsina ştatında, İngiltərənin Qərbi Midland və Cənub-Şərqi İngiltərə regionlarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Azərbaycanın qeyd olunan yoluxucu xəstəliklərdən qorunması məqsədilə xırdabuynuzlu heyvanların və heyvan mənşəli, eləcə də quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Xəbər lenti
0