https://sputnik.az/20250128/belcika-terminali-sanksiyalara-baxmayaraq-rusiyadan-qaz-qebuluna-davam-edecek-470261398.html
Belçika terminalı sanksiyalara baxmayaraq, Rusiyadan qaz qəbuluna davam edəcək
Belçika terminalı sanksiyalara baxmayaraq, Rusiyadan qaz qəbuluna davam edəcək
Sputnik Azərbaycan
Belçikanın təbii qaz nəqli sistemi operatoru "Fluxys" şirkətinin Zebruqe limanındakı terminalı, Aİ məhdudiyyətləri martın sonunda qüvvəyə mindikdən sonra... 28.01.2025, Sputnik Azərbaycan
2025-01-28T23:21+0400
2025-01-28T23:21+0400
2025-01-28T23:21+0400
rusiya
dünya xəbərləri
belçika
mayeləşdirilmiş təbii qaz
sanksiyalar
rusiya əleyhinə sanksiyalar
https://cdnn1.img.sputnik.az/img/07e4/09/16/425001874_0:93:3310:1955_1920x0_80_0_0_3b993e125aefe5ce25815c94173e6ecf.jpg
BAKI, 28 yanvar — Sputnik. Belçikanın təbii qaz nəqli sistemi operatoru "Fluxys" şirkətinin Zebruqe limanındakı terminalı, Aİ məhdudiyyətləri martın sonunda qüvvəyə mindikdən sonra Rusiyadan MTQ almağa davam edəcək. Bu barədə Belçikanın "Le Soir" qəzeti məlumat yayıb. "Sanksiyaların qüvvəyə minməsi "Fluxys" ilə bağlı vəziyyətə təsir etməməlidir, çünki şirkət müqavilədə nəzərdə tutulan boşluqları təmin etməklə "Yamal MTQ" qarşısında öhdəliklərini yerinə yetirməyə davam edə biləcək ("Fluxys" və "Yamal MTQ" bir-biri ilə Rusiya yanacağının saxlanması və daşınması müqaviləsi üzrə çoxillik müqavilə ilə bağlıdır). Müqavilə ləğv edilməyəcək, ona görə də təzminat ödəməyə ehtiyac qalmayacaq" - nəşr qeyd edib. Martın 26-dan qüvvəyə minəcək dəyişikliklərə gəlincə, söhbət Rusiya maye qazının üçüncü ölkələr üçün Avropa İttifaqı ərazisindəki terminallar vasitəsilə nəqli üzrə xidmətlərin göstərilməsinin məhdudlaşdırılmasından gedir. Bununla yanaşı, Aİ dövlətləri özləri Rusiya yanacağını əvvəlki qaydada ala biləcəklər. Bu, Avropa İttifaqının ötən ilin iyununda qəbul etdiyi 14-cü sanksiyalar paketinin bəndlərindən biridir. Əlavə edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlətin Avropaya qaz nəqlinin davam etdirilməsində maraqlı olduğunu bəyan edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/16/425001874_290:0:3021:2048_1920x0_80_0_0_98f68b718221289661b2632c5a460eec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya, belçika, mayeləşdirilmiş təbii qaz, sanksiyalar, rusiya əleyhinə sanksiyalar
rusiya, belçika, mayeləşdirilmiş təbii qaz, sanksiyalar, rusiya əleyhinə sanksiyalar
Belçika terminalı sanksiyalara baxmayaraq, Rusiyadan qaz qəbuluna davam edəcək
Belçikanın təbii qaz nəqli sistemi operatoru "Fluxys" şirkətinin Zebruqe limanındakı terminalı, Aİ məhdudiyyətləri martın sonunda qüvvəyə mindikdən sonra Rusiyadan MTQ almağa davam edəcək.
BAKI, 28 yanvar — Sputnik. Belçikanın təbii qaz nəqli sistemi operatoru "Fluxys" şirkətinin Zebruqe limanındakı terminalı, Aİ məhdudiyyətləri martın sonunda qüvvəyə mindikdən sonra Rusiyadan MTQ almağa davam edəcək.
Bu barədə Belçikanın "Le Soir" qəzeti məlumat yayıb.
"Sanksiyaların qüvvəyə minməsi "Fluxys" ilə bağlı vəziyyətə təsir etməməlidir, çünki şirkət müqavilədə nəzərdə tutulan boşluqları təmin etməklə "Yamal MTQ" qarşısında öhdəliklərini yerinə yetirməyə davam edə biləcək ("Fluxys" və "Yamal MTQ" bir-biri ilə Rusiya yanacağının saxlanması və daşınması müqaviləsi üzrə çoxillik müqavilə ilə bağlıdır). Müqavilə ləğv edilməyəcək, ona görə də təzminat ödəməyə ehtiyac qalmayacaq" - nəşr qeyd edib.
Martın 26-dan qüvvəyə minəcək dəyişikliklərə gəlincə, söhbət Rusiya maye qazının üçüncü ölkələr üçün Avropa İttifaqı ərazisindəki terminallar vasitəsilə nəqli üzrə xidmətlərin göstərilməsinin məhdudlaşdırılmasından gedir. Bununla yanaşı, Aİ dövlətləri özləri Rusiya yanacağını əvvəlki qaydada ala biləcəklər. Bu, Avropa İttifaqının ötən ilin iyununda qəbul etdiyi 14-cü sanksiyalar paketinin bəndlərindən biridir.
Əlavə edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlətin Avropaya qaz nəqlinin davam etdirilməsində maraqlı olduğunu bəyan edib.