https://sputnik.az/20250128/azerbaycanin-dovlet-borcu-aciqlanib-459598448.html
Azərbaycanın xarici dövlət borcu azalıb, amma daxili dövlət borcu artıb
Azərbaycanın xarici dövlət borcu azalıb, amma daxili dövlət borcu artıb
Sputnik Azərbaycan
Ötən il yanvarın 1-i ilə müqayisədə xarici dövlət borcu 20,4 % azalıb, daxili dövlət borcu isə 17,6 % artıb. 28.01.2025, Sputnik Azərbaycan
2025-01-28T14:20+0400
2025-01-28T14:20+0400
2025-01-28T13:56+0400
iqtisadiyyat
borc
dövlət borcu
azərbaycan
maliyyə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/42229/49/422294976_0:0:2000:1125_1920x0_80_0_0_8978802cc7f124da7b230d45640a401f.jpg
BAKI, 28 yanvar - Sputnik. Bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 5 milyard 160 milyon ABŞ dolları (8 milyard 772 milyon manat) ekvivalentində və yaxud Ümumi Daxili Məhsulun (ÜDM) 6,9 %-i qədər, daxili dövlət borcu isə 18 milyard 659,7 milyon manat və yaxud ÜDM-in 14,8 %-i qədər olub. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, ötən il yanvarın 1-i ilə müqayisədə xarici dövlət borcu 20,4 % azalıb, daxili dövlət borcu isə 17,6 % artıb. Bu, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi və "Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya"sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü daxili borclanma siyasətinin həyata keçirilməsi nəticəsində baş verib. Beləliklə, ötən ilin sonuna ölkənin dövlət borcu 27 milyard 431,7 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin sonuna nisbətən 2 % çoxdur. 2024-cü ildə Azərbaycanın dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 1 milyard 295,5 milyon manat təşkil edib. Bundan daxili dövlət borcu üzrə 170,3 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə isə 1125,2 milyon manat (əsas borc üzrə 850 milyon manat, faiz borcu üzrə 275,2 milyon manat) ödənilib.Dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı nəzərdə tutulmuş vəsait bundan 0,1 milyon manat çox olduğu üçün qənaət olunmuş məbləğ (bank xərci) "Dövlət borcu haqqında" qanuna uyğun olaraq "Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu"na köçürülüb.14.10.23, 09:59Azərbaycanın dövlət borcu açıqlanıbBu il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 17 milyard 203,3 milyon manat və yaxud 2023-cü il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun 14,4 %-i qədər olub.Bu barədə Maliyyə Nazirliyi xəbər verir.Məlumata görə, borcun 11 milyard 109,5 milyon manatı və yaxud 6 535 milyon ABŞ dolları xarici, 6 milyard 093,8 milyon manatı isə daxili dövlət borcudur. Bunlar isə gözlənilən ÜDM-in müvafiq olaraq 9,3 %-i və 5,1 %-i qədərdir.Daxili dövlət borcunun əsas hissəsi dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi məqsədilə buraxılmış dövlət istiqrazlarından ibarətdir. Hesabat tarixinə dövriyyədə olan dövlət istiqrazlarının 25,4 %-i 1 illik, 57,9 %-i 2 və 3 illik, 16,6 %-i isə 5 və 7 illik dövlət istiqrazlarının payına düşüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42229/49/422294976_227:0:2000:1330_1920x0_80_0_0_0599f968c96fce42e0d350164144a692.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
borc, dövlət borcu, azərbaycan, maliyyə nazirliyi
borc, dövlət borcu, azərbaycan, maliyyə nazirliyi
Azərbaycanın xarici dövlət borcu azalıb, amma daxili dövlət borcu artıb
Ötən il yanvarın 1-i ilə müqayisədə xarici dövlət borcu 20,4 % azalıb, daxili dövlət borcu isə 17,6 % artıb.
BAKI, 28 yanvar - Sputnik. Bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 5 milyard 160 milyon ABŞ dolları (8 milyard 772 milyon manat) ekvivalentində və yaxud Ümumi Daxili Məhsulun (ÜDM) 6,9 %-i qədər, daxili dövlət borcu isə 18 milyard 659,7 milyon manat və yaxud ÜDM-in 14,8 %-i qədər olub. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ötən il yanvarın 1-i ilə müqayisədə xarici dövlət borcu 20,4 % azalıb, daxili dövlət borcu isə 17,6 % artıb. Bu, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi və "Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya"sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü daxili borclanma siyasətinin həyata keçirilməsi nəticəsində baş verib.
Beləliklə, ötən ilin sonuna ölkənin dövlət borcu 27 milyard 431,7 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin sonuna nisbətən 2 % çoxdur. 2024-cü ildə Azərbaycanın dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 1 milyard 295,5 milyon manat təşkil edib. Bundan daxili dövlət borcu üzrə 170,3 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə isə 1125,2 milyon manat (əsas borc üzrə 850 milyon manat, faiz borcu üzrə 275,2 milyon manat) ödənilib.
Dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı nəzərdə tutulmuş vəsait bundan 0,1 milyon manat çox olduğu üçün qənaət olunmuş məbləğ (bank xərci) "Dövlət borcu haqqında" qanuna uyğun olaraq "Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu"na köçürülüb.
Azərbaycanın dövlət borcu açıqlanıb
Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 17 milyard 203,3 milyon manat və yaxud 2023-cü il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun 14,4 %-i qədər olub.
Bu barədə
Maliyyə Nazirliyi xəbər verir.
Məlumata görə, borcun 11 milyard 109,5 milyon manatı və yaxud 6 535 milyon ABŞ dolları xarici, 6 milyard 093,8 milyon manatı isə daxili dövlət borcudur. Bunlar isə gözlənilən ÜDM-in müvafiq olaraq 9,3 %-i və 5,1 %-i qədərdir.
Daxili dövlət borcunun əsas hissəsi dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi məqsədilə buraxılmış dövlət istiqrazlarından ibarətdir. Hesabat tarixinə dövriyyədə olan dövlət istiqrazlarının 25,4 %-i 1 illik, 57,9 %-i 2 və 3 illik, 16,6 %-i isə 5 və 7 illik dövlət istiqrazlarının payına düşüb.