Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Avropa İttifaqı ölkələrin müstəqil qərar qəbul etmədiyi həbsxanadır – Volodin

© Sputnik / Пресс-служба Госдумы РФ / Mediabanka keçidRusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin  - Sputnik Azərbaycan, 1920, 28.01.2025
Abunə olmaq
Volodinin sözlərinə görə, Rusiya çoxqütblü dünya nizamının tərəfdarıdır, burada hər bir ölkəyə öz gələcəyini müstəqil formalaşdırmaq, vətəndaşlara isə qərar qəbul etmək imkanı verilir.
BAKI, 28 yanvar — Sputnik. Avropa İttifaqı həbsxanaya bənzəyir, çünki Avropa ölkələrinin müstəqil qərar qəbul etmək imkanı yoxdur.
Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin plenar iclasda bildirib.
"Onlar mövcud deyillər, onların Avropa İttifaqı adlanan bu həbsxanada heç bir sahədə müstəqil qərar qəbul etmək hüquqları yoxdur. Dövlətin praktiki olaraq heç bir suverenliyi yoxdur" – Volodin bəyan edib.
Volodinin sözlərinə görə, Rusiya çoxqütblü dünya nizamının tərəfdarıdır, burada hər bir ölkəyə öz gələcəyini müstəqil formalaşdırmaq, vətəndaşlara isə qərar qəbul etmək imkanı verilir.
Bundan əvvəl RF Dövlət Dumasının spikeri bəyan etmişdi ki, Rusiyanın müstəqillik qazanmasına gedən yolu məhz Rusiya lideri Vladimir Putin başlayıb.
Xəbər lenti
0