CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yad əllərdən evə: Uşaqlar ailələrinin himayəsinə qaytarıldı

uşaq - Sputnik Azərbaycan, 1920, 27.01.2025
Abunə olmaq
Ötən dövrdə 664 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olunub.
BAKI, 27 yanvar — Sputnik. Ötən il daha 216 uşaq dövlət uşaq müəssisələrindən ailələrinin himayəsinə qaytarılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ötən il həmçinin 182 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb, həmin uşaqların öz ailələrində saxlanması təmin olunub.
Ümumilikdə ötən dövrdə 664 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olunub, 547 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb.
Xəbər lenti
0