https://sputnik.az/20250127/turkiyenin-qis-kurortunda-bas-veren-yanginda-6-nefer-helak-olub--470119592.html
Türkiyənin qış kurortundakı hoteldə baş verən yanğının səbəbi məlum olub
Türkiyənin qış kurortundakı hoteldə baş verən yanğının səbəbi məlum olub
Sputnik Azərbaycan
"Grand Kartal" hotelinin mətbəxindəki qrilin alovlanması qonaqların ölümünə səbəb olub. 27.01.2025, Sputnik Azərbaycan
2025-01-27T12:50+0400
2025-01-27T12:50+0400
2025-01-27T12:37+0400
hadisə
yanğın
türkiyə
kurort
həlak olan
bolu vilayəti
qril
https://cdnn1.img.sputnik.az/img/07e9/01/15/470120637_0:0:2000:1125_1920x0_80_0_0_b4879444f913c711522e9a9d41d5ca61.jpg
BAKI, 27 yanvar - Sputnik. Türkiyənin Bolu vilayətində yerləşən "Grand Kartal" hotelində 78 nəfərin həyatını itirməsinə səbəb olan yanğının, ehtimal ki, mətbəxdə unudulmuş qrilin üzündən başladığı bildirilib. Bu barədə "Sabah" qəzeti yazıb. "Müstəntiqlərin əldə etdiyi məlumata görə, yanğın saat 03.21-də başlayıb. Bundan əvvəl hotelin dördüncü mərtəbəsindəki mətbəx işçiləri səhər yeməyi hazırlamaq üçün qrili işə salıblar. Üzərinə qaynar yağ düşdüyündən yanğın başlayıb", nəşr qeyd edib. Qeyd olunur ki, baş verən yanğını aşpaz Faysal Yavər və bir neçə işçi yanğınsöndürənlə deyil, su ilə söndürməyə başlayıblar. Nəticədə yanğın daha da güclənib. Uzun müddət təmizlənməyən havalandırma borusu vasitəsilə bacaya daxil olan tüstü sürətlə hotelin damına yayılıb.Nəşrin məlumatına görə, bundan sonra mətbəx işçiləri panikaya düşərək hoteldən qaçıblar, siqnalizasiya isə işləməyib. Nəticədə qonaqlar yanğından vaxtında xəbər tuta bilməyiblər. Aşpaz Yavər və bir neçə işçi həbs edilib. Xatırladaq ki, "Grand Kartal" hotelində yanğın yanvarın 21-nə keçən gecə baş verib. Yanğın zamanı 238 qonaq olub, əsasən evli və uşaqlı cütlüklər. Hotelin sahibi Halit Ergül baş verən faciəyə görə bütün məsuliyyəti personalın üzərinə, xüsusilə aşpaz, elektrik və təhlükəsizlik işçilərin üzərinə qoyub. Məhkəmə istintaqı davam edir. Hazırda 18 nəfər həbs edilib.22.01.25, 16:13Ərdoğan yanğında həlak olan Gültekin ailəsinin on dörd üzvünün vida mərasiminə qatılıbTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün yanğının baş verdiyi, Kartalkaya xizək mərkəzinin yerləşdiyi Bolu vilayətinə gedib.O, yanğın zamanı həyatını itirən Gültekin ailəsinə məxsus on dörd nəfərin vida mərasimində iştirak edir.***Türkiyənin Səhiyyə Nazirliyi Kartalkaya xizək mərkəzindəki “Grand Kartal” otelində baş verən yanğında xəsarət alan 29 nəfərin evə buraxıldığını, 22 nəfərin isə müalicəsinin davam etdiyini bildirib. Nazirlikdən verilən açıqlamada Kartalkayada oteldə baş verən yanğında 1-i ağır olmaqla 51 nəfərin yaralandığı xatırladılıb:"Bu günədək 29 vətəndaşımız evə buraxılıb və müalicəsi davam etdirilib. 22 yaralının xəstəxanalarda müalicəsi davam edir." Digər tərəfdən, Ədliyyə Tibb Qurumu hadisə zamanı həyatını itirən 76 nəfərdən 56-sının şəxsiyyətini müəyyən edə bilib. Kartalkaya xizək mərkəzindəki Grand Kartal otelində ötən gecə baş verən yanğın təxminən 10 saata söndürülüb. Daxili işlər naziri Ali Yerlikaya hadisə zamanı 76 nəfərin həyatını itirdiyini, 56 nəfərin şəxsiyyətinin müəyyən edildiyini, hadisə ilə bağlı 9 nəfərin saxlanıldığını bildirib.Qeyd edək ki, hadisə zamanı ölənlər arasında eyni ailədən olanlar da var. Məsələn, iş adamı Şaban Filizin qızı Burcu Filiz Güngör, kürəkəni Kıvanç Güngör, nəvələri Pelin və Kerem Güngör də Bolu Kartalkayadakı hoteldə baş verən yanğında həyatını itirib.Sema Şahin adlı qadın isə yanğında qızı Feray və nəvəsi Oya Kanpolatı itirdiyini açıqlayıb. Fəlakətdə həyatını itirənlər arasında Türk Hava Yollarının əməkdaşı Zehra Sena Gültekin də var. Həyat yoldaşı və 3 uşağı ilə tətilə gedən Gültəkin yanğında ümumilikdə 14 ailə üzvünü itirib.***Türkiyənin Bolu bölgəsinin Kartalkaya Xizək Mərkəzində oteldə baş verən yanğın nəticəsində 66 nəfər ölüb, 51 nəfər yaralanıb.Bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.Onun sözlərinə görə, yanğın söndürülüb, soyutma işləri davam edir.***Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib.Bu barədə XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.“Qardaş Türkiyənin Bolu vilayətində Kartalkaya dağ-xizək kurortunda mehmanxanada yanğın zamanı insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi.Baş vermiş bu faciə ilə əlaqədar həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına, dost və qardaş Türkiyəyə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik” - paylaşımda deyilir.***Türkiyənin Bolu bölgəsinin Kartalkaya xizək mərkəzində hoteldə baş verən yanğın nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.Bu barədə məlumatı KİV-ə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya verib. Onun sözlərinə görə, hadisə zamanı daha 32 nəfər yaralanıb.Yanğının səbəbi hələ ki məlum deyil.***Türkiyənin şimal-qərbindəki Bolu vilayətində Kartalkaya dağ-xizək kurortunda baş verən yanğın nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb. Bölgə valisi Əbdüləliz Aydın TRT Haber telekanalına açıqlamasında 31 nəfərin yaralandığını bildirib.Daha əvvəl 3 nəfərin öldüyü, 21 nəfərin yaralandığı bildirilirdi.İlkin məlumatlara görə, yanğın yerli vaxtla saat 03:30 radələrində 12 mərtəbəli binanın 4-cü mərtəbəsində baş verib. Oteldə ümumilikdə 234 qonaq olub. Hələlik yanğını tam söndürmək mümkün olmayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
bolu vilayəti
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/15/470120637_221:0:1998:1333_1920x0_80_0_0_391e315eaf4f57d059b8a3044cc95644.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yanğın, türkiyə, kurort, həlak olan, bolu vilayəti, qril
yanğın, türkiyə, kurort, həlak olan, bolu vilayəti, qril
Türkiyənin qış kurortundakı hoteldə baş verən yanğının səbəbi məlum olub
"Grand Kartal" hotelinin mətbəxindəki qrilin alovlanması qonaqların ölümünə səbəb olub.
BAKI, 27 yanvar - Sputnik. Türkiyənin Bolu vilayətində yerləşən "Grand Kartal" hotelində 78 nəfərin həyatını itirməsinə səbəb olan yanğının, ehtimal ki, mətbəxdə unudulmuş qrilin üzündən başladığı bildirilib.
Bu barədə "Sabah" qəzeti yazıb.
"Müstəntiqlərin əldə etdiyi məlumata görə, yanğın saat 03.21-də başlayıb. Bundan əvvəl hotelin dördüncü mərtəbəsindəki mətbəx işçiləri səhər yeməyi hazırlamaq üçün qrili işə salıblar. Üzərinə qaynar yağ düşdüyündən yanğın başlayıb", nəşr qeyd edib.
Qeyd olunur ki, baş verən yanğını aşpaz Faysal Yavər və bir neçə işçi yanğınsöndürənlə deyil, su ilə söndürməyə başlayıblar. Nəticədə yanğın daha da güclənib. Uzun müddət təmizlənməyən havalandırma borusu vasitəsilə bacaya daxil olan tüstü sürətlə hotelin damına yayılıb.
Nəşrin məlumatına görə, bundan sonra mətbəx işçiləri panikaya düşərək hoteldən qaçıblar, siqnalizasiya isə işləməyib. Nəticədə qonaqlar yanğından vaxtında xəbər tuta bilməyiblər. Aşpaz Yavər və bir neçə işçi həbs edilib.
Xatırladaq ki, "Grand Kartal" hotelində yanğın yanvarın 21-nə keçən gecə baş verib. Yanğın zamanı 238 qonaq olub, əsasən evli və uşaqlı cütlüklər. Hotelin sahibi Halit Ergül baş verən faciəyə görə bütün məsuliyyəti personalın üzərinə, xüsusilə aşpaz, elektrik və təhlükəsizlik işçilərin üzərinə qoyub. Məhkəmə istintaqı davam edir. Hazırda 18 nəfər həbs edilib.
Ərdoğan yanğında həlak olan Gültekin ailəsinin on dörd üzvünün vida mərasiminə qatılıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün yanğının baş verdiyi, Kartalkaya xizək mərkəzinin yerləşdiyi Bolu vilayətinə gedib.
O, yanğın zamanı həyatını itirən Gültekin ailəsinə məxsus on dörd nəfərin vida mərasimində iştirak edir.
Türkiyənin Səhiyyə Nazirliyi Kartalkaya xizək mərkəzindəki “Grand Kartal” otelində baş verən yanğında xəsarət alan 29 nəfərin evə buraxıldığını, 22 nəfərin isə müalicəsinin davam etdiyini bildirib.
Nazirlikdən verilən açıqlamada Kartalkayada oteldə baş verən yanğında 1-i ağır olmaqla 51 nəfərin yaralandığı xatırladılıb:
"Bu günədək 29 vətəndaşımız evə buraxılıb və müalicəsi davam etdirilib. 22 yaralının xəstəxanalarda müalicəsi davam edir."
Digər tərəfdən, Ədliyyə Tibb Qurumu hadisə zamanı həyatını itirən 76 nəfərdən 56-sının şəxsiyyətini müəyyən edə bilib.
Kartalkaya xizək mərkəzindəki Grand Kartal otelində ötən gecə baş verən yanğın təxminən 10 saata söndürülüb.
Daxili işlər naziri Ali Yerlikaya hadisə zamanı 76 nəfərin həyatını itirdiyini, 56 nəfərin şəxsiyyətinin müəyyən edildiyini, hadisə ilə bağlı 9 nəfərin saxlanıldığını bildirib.
Qeyd edək ki, hadisə zamanı ölənlər arasında eyni ailədən olanlar da var. Məsələn, iş adamı Şaban Filizin qızı Burcu Filiz Güngör, kürəkəni Kıvanç Güngör, nəvələri Pelin və Kerem Güngör də Bolu Kartalkayadakı hoteldə baş verən yanğında həyatını itirib.
Sema Şahin adlı qadın isə yanğında qızı Feray və nəvəsi Oya Kanpolatı itirdiyini açıqlayıb.
Fəlakətdə həyatını itirənlər arasında Türk Hava Yollarının əməkdaşı Zehra Sena Gültekin də var. Həyat yoldaşı və 3 uşağı ilə tətilə gedən Gültəkin yanğında ümumilikdə 14 ailə üzvünü itirib.
Türkiyənin Bolu bölgəsinin Kartalkaya Xizək Mərkəzində oteldə baş verən yanğın nəticəsində 66 nəfər ölüb, 51 nəfər yaralanıb.
Bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Onun sözlərinə görə, yanğın söndürülüb, soyutma işləri davam edir.
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib.
Bu barədə XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.
“Qardaş Türkiyənin Bolu vilayətində Kartalkaya dağ-xizək kurortunda mehmanxanada yanğın zamanı insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi.
Baş vermiş bu faciə ilə əlaqədar həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına, dost və qardaş Türkiyəyə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik” - paylaşımda deyilir.
Türkiyənin Bolu bölgəsinin Kartalkaya xizək mərkəzində hoteldə baş verən yanğın nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.
Bu barədə məlumatı KİV-ə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya verib. Onun sözlərinə görə, hadisə zamanı daha 32 nəfər yaralanıb.
Yanğının səbəbi hələ ki məlum deyil.
Türkiyənin şimal-qərbindəki Bolu vilayətində Kartalkaya dağ-xizək kurortunda baş verən yanğın nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb. Bölgə valisi Əbdüləliz Aydın TRT Haber telekanalına açıqlamasında 31 nəfərin yaralandığını bildirib.
“Son məlumatlara görə, yanğın nəticəsində 6 vətəndaşımız həlak olub, 31 nəfər yaralanıb, onlardan 26-nın vəziyyəti normal, 2-nin vəziyyəti ağırdır”, - vali deyib.
Daha əvvəl 3 nəfərin öldüyü, 21 nəfərin yaralandığı bildirilirdi.
İlkin məlumatlara görə, yanğın yerli vaxtla saat 03:30 radələrində 12 mərtəbəli binanın 4-cü mərtəbəsində baş verib. Oteldə ümumilikdə 234 qonaq olub.
Hələlik yanğını tam söndürmək mümkün olmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.