https://sputnik.az/20250127/telefonu-nazirlik-iscilerinin-basina-cirpan-bas-hekimle-bagli-dehsetli-faktlar---vdeo-470232120.html
Telefonu nazirlik işçilərinin başına çırpan baş həkimdən dəhşətli şikayətlər - VİDEO
Telefonu nazirlik işçilərinin başına çırpan baş həkimdən dəhşətli şikayətlər - VİDEO
Sputnik Azərbaycan
Şikayətçi bildirib ki, illər öncə Rəna Soltanovanın onun ayağına vurduğu süni dolğuya görə dörd dəfə əməliyyat olunub. 27.01.2025, Sputnik Azərbaycan
2025-01-27T15:35+0400
2025-01-27T15:35+0400
2025-01-27T16:09+0400
səhiyyə
qənirə ataşova
səhiyyə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e9/01/1b/470231956_0:22:800:472_1920x0_80_0_0_9473666c0256b29a1ce2482d9831d730.jpg
BAKI, 27 yanvar — Sputnik. Bakıda ötən həftə fəaliyyəti dayandırılan "Laser Beauty Estetik Klinikası"nın baş həkimi Rəna Soltanova ilə bağlı növbəti iddialar yayılıb. Z.Ə (adının açıqlanmasını istəməyib- red.) adlı xanım illər öncə Rəna Soltanovanın vurduğu dolğudan bu gün də əziyyət çəkdiyini, dəfələrlə əməliyyat olunduğunu bildirib. O, Sputnik Azərbaycan-a müsahibəsində iddia edib ki, həkimin ayağına vurduğu süni dolğu onu illərdir xəstəxana qapılarında qoyub. Şikayətçi bildirib ki, 2016-cı ilin dekabr ayında Rəna Soltanova onun ayağındakı estetik qüsuru aradan qaldırmaq üçün "Aqufill" dolğusu vurub. Bunun üstündən iki-üç il keçdikdən sonra ayağında qaralmalar müşahidə olunub. ""Aqufill" fillerini mənim ayağıma vurduqda Rəna xanım bu dolğunun təbii olduğunu, tədricən sovrulacağını söyləmişdi. Mən də buna inanıb razı olmuşdum. Amma iki-üç ildən sonra sol ayağımda qaralmalar başladı. Mən Rəna xanımın yanına gedərək problemi ona danışdım. O isə mənə dolğunu əritmək üçün preparat vuracağını, pilinq edəcəyini söylədi. Dolğunu əritmək üçün vurduğu preparatdan sonra dolğu dizimin altına toplandı. Ayağım çirk etməyə başladı. Həkimlər dolğunun sintetik olduğunu, ayağımda hərəkət etdiyini söylədilər. Bundan sonra mən problemdən xilas olunmaq üçün Türkiyədə dörd dəfə əməliyyat olundum", pasiyent bildirib. Şikayətçinin sözlərinə görə, bu dolğu üçün Rəna Soltanovaya üç min ABŞ dolları pul ödəyib. Ayağında problemlər yarandıqdan sonra R. Soltanova aldığı pulu ona geri ödəyib. Amma o zərərçəkmişin əməliyyatlarına heç bir maddi dəstək göstərməyib: "Mən hər dəfə ayağımdakı dolğunu çıxartdırmaq üçün əməliyyata girəndə 10 min ABŞ dolları pul xərcləmişəm. Həkimlər sintetik dolğunun fəsadlarının bir neçə ildən sonra üzə çıxdığını söylədilər. 400 qram dolğu həyatımı alt-üst etdi. Mən illərdir ki, həkimlərdə qalmışam. Amma R.Soltanova bir dəfə olsun bu səhvinə görə mənə mənəvi dəstək belə olmadı. Çox sevindim ki, dövlət qurumu onun çalışdığı klinikanı bağlamaq qərarı verib. İndi çoxları bu həkimə dəstək olmağa çalışırlar. Mən də öz instaqram səhifəmdə başıma gələnləri paylaşdım ki, xanımlar estetik həkim seçdikdə diqqətli olsunlar. Süni dolğulardan istifadə edən həkimlərə üz tutmasınlar. Mənim ayağım dolğudan sonra dəfələrlə irinlədi. Hətta dərim ətimdən qopmuşdu. Hal-hazırda ayağımda böyük deformasiya var. Bir ayağım nazikdir. Buna görə ciddi kompleks yaşayıram. Çalışıram ki geyimlərlə ayağımdakı bu qüsuru gizlədim". "Laser Beauty Estetik Klinikası"nın baş həkimi Rəna Soltanova ilə danışmaq cəhdlərimiz uğursuz oldu. Klinkanın sosial media meneceri Kəmalə Əsədova isə Sputnik Azərbaycan-a açıqlamasında Rəna Soltanovanın belə bir pasiyenti olmadığını söylədi. "Rəna xanımın belə bir pasiyenti olmayıb. Biz o pasiyenti tanımırıq. Klinikanın bağlanması xəbərindən sonra çox belə pasiyentlər üzə çıxıb", klinika sözçüsü bildirib. "Laser Beauty Estetik Klinikası"nın baş həkimi Rəna Soltanovadan şikayətçi olan Z. Ə adlı pasiyent isə həkimlə müqavilə bağladığını, dəfələrlə ayağında yaranmış problemə görə onun yanına getdiyini, dolğunu əritmək üçün həkimin ona iynələr vurduğunu söyləyib. "Rəna Soltanova süni dolğu ilə az qala şikəst etdiyi adamı necə unuda bilər? Mən dəfələrlə onun əvvəl işlədiyi yerdə olmuşam. Mənimlə müqavilə də bağlayıb. Ayağımda dolğunun fəsadları ilə bağlı onun yanına getmişəm. Bunların sübuta ehtiyacı yoxdur. Aramızda telefon danışıqları və yazışmalar var. Həkim indi məni tanımaması, öz səhvini danması gözləniləndir. Amma klinikada aşkarlanan ciddi nöqsanlar, klinikanın bağlanması orada çox qanunsuzluqların baş verdiyinin sübutudur", şikayətçi bildirib. O, Sputnik Azərbaycan-a ayağındakı fəsadların foto və videogörüntülərini təqdim edib. Qeyd edək ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları ötən həftə "Laser Beauty Estetik Klinikası" MMC-də yoxlamalar zamanı bir sıra qanunsuzluqlar aşkarlayıblar. Səhiyyə Nazirliyinin mətbuata yaydığı məlumata görə, "Laser Beauty Estetik Klinikası"nda qanunsuzluğu üzə çıxardan Nazirliyin işçilərinə müqavimət göstərilib. "Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlayıcı-mütəxəssisləri tərəfindən 22 yanvar 2025-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küç., məhəlllə 507-511 ünvanda yerləşən "Laser Beauty Estetik Klinikası" MMC–yə məxsus özəl tibb müəssisəsində planlı yoxlamaya başlanılıb. Proses 23 yanvar 2025-ci il tarixində davam etdirilib. Yoxlama zamanı lisenziyanın şərtlərinə riayət olunması, özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssisləri sertifikasiyaya cəlb edilməsi, lisenziyada nəzərdə tutulan işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilirməsinin qanunauyğunluğu araşdırılıb. Yoxlama nəticəsində məlum olub ki, tibbi qeydiyyat sənədləri Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən forma və qaydalar üzrə aparılmır. Müəssisədə istifadə edilən tibbi avadanlıqların normativ-texniki tələblərə uyğunluğu barədə təsdiqedici sənədlər yoxlamaya natamam təqdim edilib. Dərman vasitələrinin saxlandığı soyuducularda termometr aşkar edilməyib, həmçinin, "temperatur qeydiyyat vərəqəsi" də aparılmır. İonlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisənin "radioloji-gigiyenik pasport sənədi" yoxlamaya təqdim olunmayıb. Müəssisəyə baxış keçirilən zaman stomatoloji otaqda sanitar-epidemioloji tələblərə dair qaydalara riayət etmədən, "cərrahi-stomatoloji", "rentgenoloji", "diş texniki" işlərinin həyata keçirilməsi üçün şəraitin yaradılması faktı aşkar edilib. Bundan əlavə, aradan qaldırılması vacib olan çoxsaylı digər nöqsanlar aşkar olunub. Həmçinin, müəssisədə ixtisasa uyğun vəzifəyə təyin edilməməsi faktı müəyyənləşib. Bununla yanaşı, müəssisədə çoxlu sayda (30 nəfərdən çox) sertifikasiyadan keçmədən praktik özəl tibbi fəaliyyəti ilə məşğul olma faktları aşkarlanıb. Müəssisədə lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi də müəyyən olunub. Xüsusi ilə qeyd edək ki, yoxlama zamanı baş həkim Rəna Soltanova, klinikanın rəhbəri Yeganə Cəfərova tərəfindən AEM-in yoxlayıcı-mütəxəssislərinə qarşı qeyri-etik davranış nümayiş etdirilib (qışqırıb, telefonu AEM-in mütəxəssislərinin üzərinə çırpıb və yuxarı instansiyalar şikayət edərək, işdən çıxartdırmaqla hədələyiblər) və müqavimət göstərilib. Yoxlamanın nəticəsində tərtib edilən aktı və inzibati xəta haqqında protokolu imzalamaqdan imtina ediblər. Baş verənlərlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilib. Mövcud qanunvericiliyə əsasən klinikanın fəaliyyətinin dayandırılması istiqamətində zəruri tədbirlər görülür. Xatırladaq ki, jurnalist Qənirə Ataşovanın paylaşdığı məlumatda "Laser Beauty Clinic"də çalışan estetik həkim Rüfət Nigar Rüfət qızının tibb işçilərinin sertifikasiya prosesindən keçmədiyi iddia edilir. Q. Ataşova bunu təsdiqləyən vəkil sorğusunu da öz səhifəsində paylaşıb. Səhiyyə Nazirliyindən isə vəkil sorğusuna verilmiş cavabda qeyd olunub ki, Nigar Rüfətin "Azərbaycan Respublikasında tibb və əczazçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyester"ində onun barədə məlumat müəyyən edilməmişdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/1b/470231956_32:0:800:576_1920x0_80_0_0_32ff42ba6dcb5363856299f1f9a63c66.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
qənirə ataşova, səhiyyə nazirliyi
qənirə ataşova, səhiyyə nazirliyi
Telefonu nazirlik işçilərinin başına çırpan baş həkimdən dəhşətli şikayətlər - VİDEO
15:35 27.01.2025 (Yenilənib: 16:09 27.01.2025) Şikayətçi bildirib ki, illər öncə Rəna Soltanovanın onun ayağına vurduğu süni dolğuya görə dörd dəfə əməliyyat olunub.
BAKI, 27 yanvar — Sputnik. Bakıda ötən həftə fəaliyyəti dayandırılan "Laser Beauty Estetik Klinikası"nın baş həkimi Rəna Soltanova ilə bağlı növbəti iddialar yayılıb. Z.Ə (adının açıqlanmasını istəməyib- red.) adlı xanım illər öncə Rəna Soltanovanın vurduğu dolğudan bu gün də əziyyət çəkdiyini, dəfələrlə əməliyyat olunduğunu bildirib.
O, Sputnik Azərbaycan-a müsahibəsində iddia edib ki, həkimin ayağına vurduğu süni dolğu onu illərdir xəstəxana qapılarında qoyub.
Şikayətçi bildirib ki, 2016-cı ilin dekabr ayında Rəna Soltanova onun ayağındakı estetik qüsuru aradan qaldırmaq üçün "Aqufill" dolğusu vurub. Bunun üstündən iki-üç il keçdikdən sonra ayağında qaralmalar müşahidə olunub.
""Aqufill" fillerini mənim ayağıma vurduqda Rəna xanım bu dolğunun təbii olduğunu, tədricən sovrulacağını söyləmişdi. Mən də buna inanıb razı olmuşdum. Amma iki-üç ildən sonra sol ayağımda qaralmalar başladı. Mən Rəna xanımın yanına gedərək problemi ona danışdım. O isə mənə dolğunu əritmək üçün preparat vuracağını, pilinq edəcəyini söylədi. Dolğunu əritmək üçün vurduğu preparatdan sonra dolğu dizimin altına toplandı. Ayağım çirk etməyə başladı. Həkimlər dolğunun sintetik olduğunu, ayağımda hərəkət etdiyini söylədilər. Bundan sonra mən problemdən xilas olunmaq üçün Türkiyədə dörd dəfə əməliyyat olundum", pasiyent bildirib.
Şikayətçinin sözlərinə görə, bu dolğu üçün Rəna Soltanovaya üç min ABŞ dolları pul ödəyib. Ayağında problemlər yarandıqdan sonra R. Soltanova aldığı pulu ona geri ödəyib. Amma o zərərçəkmişin əməliyyatlarına heç bir maddi dəstək göstərməyib:
"Mən hər dəfə ayağımdakı dolğunu çıxartdırmaq üçün əməliyyata girəndə 10 min ABŞ dolları pul xərcləmişəm. Həkimlər sintetik dolğunun fəsadlarının bir neçə ildən sonra üzə çıxdığını söylədilər. 400 qram dolğu həyatımı alt-üst etdi. Mən illərdir ki, həkimlərdə qalmışam. Amma R.Soltanova bir dəfə olsun bu səhvinə görə mənə mənəvi dəstək belə olmadı. Çox sevindim ki, dövlət qurumu onun çalışdığı klinikanı bağlamaq qərarı verib. İndi çoxları bu həkimə dəstək olmağa çalışırlar. Mən də öz instaqram səhifəmdə başıma gələnləri paylaşdım ki, xanımlar estetik həkim seçdikdə diqqətli olsunlar. Süni dolğulardan istifadə edən həkimlərə üz tutmasınlar. Mənim ayağım dolğudan sonra dəfələrlə irinlədi. Hətta dərim ətimdən qopmuşdu. Hal-hazırda ayağımda böyük deformasiya var. Bir ayağım nazikdir. Buna görə ciddi kompleks yaşayıram. Çalışıram ki geyimlərlə ayağımdakı bu qüsuru gizlədim".
"Laser Beauty Estetik Klinikası"nın baş həkimi Rəna Soltanova ilə danışmaq cəhdlərimiz uğursuz oldu. Klinkanın sosial media meneceri Kəmalə Əsədova isə Sputnik Azərbaycan-a açıqlamasında Rəna Soltanovanın belə bir pasiyenti olmadığını söylədi.
"Rəna xanımın belə bir pasiyenti olmayıb. Biz o pasiyenti tanımırıq. Klinikanın bağlanması xəbərindən sonra çox belə pasiyentlər üzə çıxıb", klinika sözçüsü bildirib.
"Laser Beauty Estetik Klinikası"nın baş həkimi Rəna Soltanovadan şikayətçi olan Z. Ə adlı pasiyent isə həkimlə müqavilə bağladığını, dəfələrlə ayağında yaranmış problemə görə onun yanına getdiyini, dolğunu əritmək üçün həkimin ona iynələr vurduğunu söyləyib.
"Rəna Soltanova süni dolğu ilə az qala şikəst etdiyi adamı necə unuda bilər? Mən dəfələrlə onun əvvəl işlədiyi yerdə olmuşam. Mənimlə müqavilə də bağlayıb. Ayağımda dolğunun fəsadları ilə bağlı onun yanına getmişəm. Bunların sübuta ehtiyacı yoxdur. Aramızda telefon danışıqları və yazışmalar var. Həkim indi məni tanımaması, öz səhvini danması gözləniləndir. Amma klinikada aşkarlanan ciddi nöqsanlar, klinikanın bağlanması orada çox qanunsuzluqların baş verdiyinin sübutudur", şikayətçi bildirib.
O, Sputnik Azərbaycan-a ayağındakı fəsadların foto və videogörüntülərini təqdim edib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları ötən həftə "Laser Beauty Estetik Klinikası" MMC-də yoxlamalar zamanı bir sıra qanunsuzluqlar aşkarlayıblar. Səhiyyə Nazirliyinin mətbuata yaydığı məlumata görə, "Laser Beauty Estetik Klinikası"nda qanunsuzluğu üzə çıxardan Nazirliyin işçilərinə müqavimət göstərilib.
"Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlayıcı-mütəxəssisləri tərəfindən 22 yanvar 2025-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küç., məhəlllə 507-511 ünvanda yerləşən "Laser Beauty Estetik Klinikası" MMC–yə məxsus özəl tibb müəssisəsində planlı yoxlamaya başlanılıb. Proses 23 yanvar 2025-ci il tarixində davam etdirilib. Yoxlama zamanı lisenziyanın şərtlərinə riayət olunması, özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssisləri sertifikasiyaya cəlb edilməsi, lisenziyada nəzərdə tutulan işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilirməsinin qanunauyğunluğu araşdırılıb.
Yoxlama nəticəsində məlum olub ki, tibbi qeydiyyat sənədləri Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən forma və qaydalar üzrə aparılmır. Müəssisədə istifadə edilən tibbi avadanlıqların normativ-texniki tələblərə uyğunluğu barədə təsdiqedici sənədlər yoxlamaya natamam təqdim edilib. Dərman vasitələrinin saxlandığı soyuducularda termometr aşkar edilməyib, həmçinin, "temperatur qeydiyyat vərəqəsi" də aparılmır. İonlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisənin "radioloji-gigiyenik pasport sənədi" yoxlamaya təqdim olunmayıb.
Müəssisəyə baxış keçirilən zaman stomatoloji otaqda sanitar-epidemioloji tələblərə dair qaydalara riayət etmədən, "cərrahi-stomatoloji", "rentgenoloji", "diş texniki" işlərinin həyata keçirilməsi üçün şəraitin yaradılması faktı aşkar edilib. Bundan əlavə, aradan qaldırılması vacib olan çoxsaylı digər nöqsanlar aşkar olunub. Həmçinin, müəssisədə ixtisasa uyğun vəzifəyə təyin edilməməsi faktı müəyyənləşib. Bununla yanaşı, müəssisədə çoxlu sayda (30 nəfərdən çox) sertifikasiyadan keçmədən praktik özəl tibbi fəaliyyəti ilə məşğul olma faktları aşkarlanıb.
Müəssisədə lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi də müəyyən olunub.
Xüsusi ilə qeyd edək ki, yoxlama zamanı baş həkim Rəna Soltanova, klinikanın rəhbəri Yeganə Cəfərova tərəfindən AEM-in yoxlayıcı-mütəxəssislərinə qarşı qeyri-etik davranış nümayiş etdirilib (qışqırıb, telefonu AEM-in mütəxəssislərinin üzərinə çırpıb və yuxarı instansiyalar şikayət edərək, işdən çıxartdırmaqla hədələyiblər) və müqavimət göstərilib. Yoxlamanın nəticəsində tərtib edilən aktı və inzibati xəta haqqında protokolu imzalamaqdan imtina ediblər.
Baş verənlərlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilib. Mövcud qanunvericiliyə əsasən klinikanın fəaliyyətinin dayandırılması istiqamətində zəruri tədbirlər görülür.
Xatırladaq ki, jurnalist Qənirə Ataşovanın paylaşdığı məlumatda "Laser Beauty Clinic"də çalışan estetik həkim Rüfət Nigar Rüfət qızının tibb işçilərinin sertifikasiya prosesindən keçmədiyi iddia edilir.
Q. Ataşova bunu təsdiqləyən vəkil sorğusunu da öz səhifəsində paylaşıb.
Səhiyyə Nazirliyindən isə vəkil sorğusuna verilmiş cavabda qeyd olunub ki, Nigar Rüfətin "Azərbaycan Respublikasında tibb və əczazçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyester"ində onun barədə məlumat müəyyən edilməmişdir.