https://sputnik.az/20250127/meymunciceyine-qarsi-antibiotik-vurdurmaq-tehlukelidir---sehiyye-nazirliyi-470153437.html
Meymunçiçəyinə görə bu ölkələrdən gələnlər xüsusi yoxlanılır
Meymunçiçəyinə görə bu ölkələrdən gələnlər xüsusi yoxlanılır
Sputnik Azərbaycan
Virusunun ölkə sərhədindən sirayət etməsinin qarşısının alınması istiqamətində Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən bir sıra tədbirlər həyata keçirilir. 27.01.2025, Sputnik Azərbaycan
2025-01-27T11:10+0400
2025-01-27T11:10+0400
2025-01-27T11:11+0400
səhiyyə nazirliyi
səhiyyə
meymunçiçəyi
cinsi əlaqə
vaksin
https://cdnn1.img.sputnik.az/img/41566/29/415662990_0:29:1500:873_1920x0_80_0_0_bcf1be858943d0ff2b1204c3c16c9ab1.jpg
BAKI, 27 yanvar — Sputnik. "Meymunçiçəyinə görə riskli ölkələrdən daxil olan sərnişinlərə xüsusi diqqət yetirilir". Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Qeyd edilib ki, hava limanları və digər dövlət sərhədindən buraxılış məntəqələrində meymunçiçəyi virusunun ölkə sərhədindən sirayət etməsinin qarşısının alınması istiqamətində Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən bir sıra tədbirlər həyata keçirilir. "Ümumdünya Səhiyyə Təşkilatının məlumatları əsasında meymunçiçəyinə görə riskli ölkələr müəyyən edilib və həmin ölkələrdən daxil olan sərnişinlərə xüsusi diqqət yetirilir. Mütəmadi olaraq DGK-nın Tibbi Xidmət İdarəsi tərəfindən dövlət sərhədindən buraxılış məntəqələrində gömrük əməkdaşlarına xüsusi təhlükəli infeksiyalara dair maarifləndirici təlimlər keçirilir və son dövrlərdə daha çox meymunçiçəyinin klinik əlamətləri, yoluxma yolları və profilaktikasına xüsusi diqqət yetirilir. Hərarəti yüksək olan sərnişinlərin aşkar edilməsi üçün mövcud texniki imkanlardan istifadə olunur. Xəstəliyə şübhəlilərin ilkin tibbi baxışının keçirilməsi və epidemioloji sorğunun aparılması ilə əlaqədar hazırlıq səviyyəsi artırılıb. Xəstəliyə şübhəli şəxslər aşkar edilərsə növbəti addımlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və müvafiq qurumlarla birgə "Azərbaycan Respublikasının gömrük-sərhəd buraxılış məntəqələrində xüsusi təhlükəli infeksiyalara qarşı əks-epidemik tədbirlərə dair Təlimat"a əsasən həyata keçiriləcək", - məlumatda vurğulanıb.22.01.25, 18:27Meymunçiçəyinə qarşı antibiotik vurdurmaq təhlükəlidir - Səhiyyə NazirliyiAzərbaycan meymunçiçəyi virusu ilə bağlı endemik risk qrupuna daxil deyil. Sputnik Azərbaycan xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev deyib. O bildirib ki, meymunçiçəyinə qarşı istifadə edilən vaksinlər var və çiçək virusunda istifadə edilən vaksinlər meymunçiçəyinə qarşı da istifadə edilir. "Hazırda meymunçiçəyinə qarşı mövcud vaksin sadəcə endemik risk qrupunda olan ölkələrdə tətbiq olunur", - deyə Z.Quliyev əlavə edib. Onun sözlərinə görə, meymunçiçəyi virusunun müalicəsində antibiotik istifadəsi xəstəliyi ağırlaşdırır, ağırlaşmış, ikincili bakterial infeksiya qoşularsa, həkim məsləhəti ilə antibiotiklərdən istifadə edilə bilər. Nazirlik mütəxəssisi əlavə edib ki, meymunçiçəyi virus mənşəli xəstəlikdir. Antibiotiklər isə bakteriya mənşəlidir. Ona görə də, antibiotik meymunçiçəyinin müalicəsində tövsiyə olunmur. Antibiotik, əksinə, meymunçiçəyinin müalicə prosesinə mənfi təsir göstərə bilər. Meymunçiçəyinin diqnostikası yara yerindən, səpkilərdən sürüntü vasitəsilə PSR analizinin götürülməsidir. "Səthi pozulamamış dəri meymunçiçəyi xəstəliyi olan xəstədə hər hansı yaraya toxunduqda bu xəstəliyin keçmə ehtimalı aşağıdır. Bu xəstəliyin əsas yoluxma yolu səthi pozulmuş dəri ilə bu xəstəliyi olan insanın təmasdır. Meymunçiçəyi virusu, əsasən, halsızlıq, limfa vəzilərinin böyüməsi ilə xarakterizə olunan bir xəstəlikdir, fərqli şikayətlərlə özünü göstərə bilər. Əsasən əllərdə, ayaqlarda səpkilərin çıxması ilə müşahidə olunur. Hava damcı yolu, cinsi münasibətlə keçən bir xəstəlikdir. Belə xəstələrdə antibiotik istifadəsi tövsiyə edilmir", - o qeyd edib.
https://sputnik.az/20250130/meymunciceyine-yoluxan-azerbaycan-vetendasinin-aqibeti-ne-oldu--470144332.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41566/29/415662990_150:0:1351:901_1920x0_80_0_0_ea509984617ad883a2a10b6f0dc34e2e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
səhiyyə nazirliyi, meymunçiçəyi, cinsi əlaqə, vaksin
səhiyyə nazirliyi, meymunçiçəyi, cinsi əlaqə, vaksin
Meymunçiçəyinə görə bu ölkələrdən gələnlər xüsusi yoxlanılır
11:10 27.01.2025 (Yenilənib: 11:11 27.01.2025) Virusunun ölkə sərhədindən sirayət etməsinin qarşısının alınması istiqamətində Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən bir sıra tədbirlər həyata keçirilir.
BAKI, 27 yanvar — Sputnik. "Meymunçiçəyinə görə riskli ölkələrdən daxil olan sərnişinlərə xüsusi diqqət yetirilir". Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Qeyd edilib ki, hava limanları və digər dövlət sərhədindən buraxılış məntəqələrində meymunçiçəyi virusunun ölkə sərhədindən sirayət etməsinin qarşısının alınması istiqamətində Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən bir sıra tədbirlər həyata keçirilir. "Ümumdünya Səhiyyə Təşkilatının məlumatları əsasında meymunçiçəyinə görə riskli ölkələr müəyyən edilib və həmin ölkələrdən daxil olan sərnişinlərə xüsusi diqqət yetirilir.
Mütəmadi olaraq DGK-nın Tibbi Xidmət İdarəsi tərəfindən dövlət sərhədindən buraxılış məntəqələrində gömrük əməkdaşlarına xüsusi təhlükəli infeksiyalara dair maarifləndirici təlimlər keçirilir və son dövrlərdə daha çox meymunçiçəyinin klinik əlamətləri, yoluxma yolları və profilaktikasına xüsusi diqqət yetirilir. Hərarəti yüksək olan sərnişinlərin aşkar edilməsi üçün mövcud texniki imkanlardan istifadə olunur. Xəstəliyə şübhəlilərin ilkin tibbi baxışının keçirilməsi və epidemioloji sorğunun aparılması ilə əlaqədar hazırlıq səviyyəsi artırılıb.
Xəstəliyə şübhəli şəxslər aşkar edilərsə növbəti addımlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və müvafiq qurumlarla birgə "Azərbaycan Respublikasının gömrük-sərhəd buraxılış məntəqələrində xüsusi təhlükəli infeksiyalara qarşı əks-epidemik tədbirlərə dair Təlimat"a əsasən həyata keçiriləcək", - məlumatda vurğulanıb.
Meymunçiçəyinə qarşı antibiotik vurdurmaq təhlükəlidir - Səhiyyə Nazirliyi
Azərbaycan meymunçiçəyi virusu ilə bağlı endemik risk qrupuna daxil deyil.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev deyib.
O bildirib ki, meymunçiçəyinə qarşı istifadə edilən vaksinlər var və çiçək virusunda istifadə edilən vaksinlər meymunçiçəyinə qarşı da istifadə edilir.
"Hazırda meymunçiçəyinə qarşı mövcud vaksin sadəcə endemik risk qrupunda olan ölkələrdə tətbiq olunur", - deyə Z.Quliyev əlavə edib.
Onun sözlərinə görə, meymunçiçəyi virusunun müalicəsində antibiotik istifadəsi xəstəliyi ağırlaşdırır, ağırlaşmış, ikincili bakterial infeksiya qoşularsa, həkim məsləhəti ilə antibiotiklərdən istifadə edilə bilər.
Nazirlik mütəxəssisi əlavə edib ki, meymunçiçəyi virus mənşəli xəstəlikdir. Antibiotiklər isə bakteriya mənşəlidir. Ona görə də, antibiotik meymunçiçəyinin müalicəsində tövsiyə olunmur. Antibiotik, əksinə, meymunçiçəyinin müalicə prosesinə mənfi təsir göstərə bilər.
Meymunçiçəyinin diqnostikası yara yerindən, səpkilərdən sürüntü vasitəsilə PSR analizinin götürülməsidir.
"Səthi pozulamamış dəri meymunçiçəyi xəstəliyi olan xəstədə hər hansı yaraya toxunduqda bu xəstəliyin keçmə ehtimalı aşağıdır. Bu xəstəliyin əsas yoluxma yolu səthi pozulmuş dəri ilə bu xəstəliyi olan insanın təmasdır. Meymunçiçəyi virusu, əsasən, halsızlıq, limfa vəzilərinin böyüməsi ilə xarakterizə olunan bir xəstəlikdir, fərqli şikayətlərlə özünü göstərə bilər. Əsasən əllərdə, ayaqlarda səpkilərin çıxması ilə müşahidə olunur. Hava damcı yolu, cinsi münasibətlə keçən bir xəstəlikdir. Belə xəstələrdə antibiotik istifadəsi tövsiyə edilmir", - o qeyd edib.