https://sputnik.az/20250127/lham-eliyev-aleksandr-lukasenkoya-mektub-gonderib-470245034.html
İlham Əliyev Aleksandr Lukaşenkoya məktub göndərib
İlham Əliyev Aleksandr Lukaşenkoya məktub göndərib
Sputnik Azərbaycan
Bundan əvvəl İlham Əliyev Aleksandr Lukaşenkoya zəng edərək Belarus Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib... 27.01.2025, Sputnik Azərbaycan
2025-01-27T21:01+0400
2025-01-27T21:01+0400
2025-01-27T21:38+0400
siyasət
belarus prezidenti aleksandr lukaşenko
aleksandr lukaşenko
prezident ilham əliyev
prezident seçkiləri
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1a/461589866_0:226:2838:1822_1920x0_80_0_0_5e0c0a68fb40ff453c4a26351ff65ddf.jpg
BAKI, 27 yanvar - Sputnik. Prezident İlham Əliyev Belarus Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyi münasibətilə Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib.Məktubda deyilir:"Hörmətli Aleksandr Qriqoryeviç.Belarus Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.Seçkilərdə inamlı qələbəniz Sizə yüksək etimadın, Belarus xalqının Sizin dövlətçiliyin və hüquq qaydasının möhkəmləndirilməsinə, ölkə əhalisinin rifahının yaxşılaşdırılmasına, cəmiyyət həyatının bütün sahələrində demokratik dəyişikliklərin həyata keçirilməsinə yönəlmiş ardıcıl kursunuzu dəstəkləməsinin təzahürüdür.Əminəm ki, birgə səylərimiz Azərbaycan ilə Belarus arasında ənənəvi dostluğun, hərtərəfli əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə və genişlənməsinə, xalqlarımızın və ölkələrimizin rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına bundan sonra da töhfə verəcəkdir.Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dost Belarus xalqının tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".Bundan əvvəl İlham Əliyev Aleksandr Lukaşenkoya zəng edərək Belarus Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.İlkin məlumatlara görə, Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko ölkədə keçirilən prezident seçkilərində 86,82% səslə qalib gəlib.2020-ci il prezident seçkilərində Lukaşenko 80,10% səs toplayıb.Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç 2,02%, sahibkar Anna Kanopatskaya - 1,86%, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Syrankov - 3,21%, Respublika Əmək və Ədalət Partiyasının sədri Aleksandr Xijyak - səslərin 1.74 faizini toplayıb.Seçicilərin 3,6%-i isə bütün namizədlərin əleyhinə səs verib.Mərkəzi Seçki Komissiyası yekun məlumatları fevralın 3-də açıqlayacaq.Qeyd edək ki, Lukaşenko 1994, 2001, 2006, 2010, 2015, 2020 və 2025-ci ildə keçirilən seçkilərdə Belarusun prezidenti seçilib.
https://sputnik.az/20250127/putinden-lukasekoya-tebrik-470226837.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1a/461589866_55:0:2784:2047_1920x0_80_0_0_1f6de3c494c0447b527b1068c81544b1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
belarus prezidenti aleksandr lukaşenko, aleksandr lukaşenko, prezident ilham əliyev, prezident seçkiləri
belarus prezidenti aleksandr lukaşenko, aleksandr lukaşenko, prezident ilham əliyev, prezident seçkiləri
İlham Əliyev Aleksandr Lukaşenkoya məktub göndərib
21:01 27.01.2025 (Yenilənib: 21:38 27.01.2025) Bundan əvvəl İlham Əliyev Aleksandr Lukaşenkoya zəng edərək Belarus Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.
BAKI, 27 yanvar - Sputnik. Prezident İlham Əliyev Belarus Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyi münasibətilə Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib.
"Hörmətli Aleksandr Qriqoryeviç.
Belarus Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Seçkilərdə inamlı qələbəniz Sizə yüksək etimadın, Belarus xalqının Sizin dövlətçiliyin və hüquq qaydasının möhkəmləndirilməsinə, ölkə əhalisinin rifahının yaxşılaşdırılmasına, cəmiyyət həyatının bütün sahələrində demokratik dəyişikliklərin həyata keçirilməsinə yönəlmiş ardıcıl kursunuzu dəstəkləməsinin təzahürüdür.
Əminəm ki, birgə səylərimiz Azərbaycan ilə Belarus arasında ənənəvi dostluğun, hərtərəfli əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə və genişlənməsinə, xalqlarımızın və ölkələrimizin rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına bundan sonra da töhfə verəcəkdir.
Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dost Belarus xalqının tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".
Bundan əvvəl İlham Əliyev Aleksandr Lukaşenkoya zəng edərək Belarus Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.
İlkin məlumatlara görə, Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko ölkədə keçirilən prezident seçkilərində 86,82% səslə qalib gəlib.
2020-ci il prezident seçkilərində Lukaşenko 80,10% səs toplayıb.
Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç 2,02%, sahibkar Anna Kanopatskaya - 1,86%, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Syrankov - 3,21%, Respublika Əmək və Ədalət Partiyasının sədri Aleksandr Xijyak - səslərin 1.74 faizini toplayıb.
Seçicilərin 3,6%-i isə bütün namizədlərin əleyhinə səs verib.
Mərkəzi Seçki Komissiyası yekun məlumatları fevralın 3-də açıqlayacaq.
Qeyd edək ki, Lukaşenko 1994, 2001, 2006, 2010, 2015, 2020 və 2025-ci ildə keçirilən seçkilərdə Belarusun prezidenti seçilib.