https://sputnik.az/20250127/hindistanda-sirli-xesteliyin-yayilmasi-neticesinde-17-nefer-heyatini-itirib-470236334.html
Hindistanda sirli xəstəliyin yayılması nəticəsində 17 nəfər həyatını itirib
Hindistanda sirli xəstəliyin yayılması nəticəsində 17 nəfər həyatını itirib
Sputnik Azərbaycan
Ölənlərin hamısında beyin və sinir sistemi zədələnməsi aşkar edilib. 27.01.2025, Sputnik Azərbaycan
2025-01-27T20:36+0400
2025-01-27T20:36+0400
2025-01-27T20:36+0400
hindistan
dünya xəbərləri
virus
https://cdnn1.img.sputnik.az/img/07e5/05/05/426873401_0:161:3068:1887_1920x0_80_0_0_0bc82c13b28684442e63b40a45f6823f.jpg
BAKI, 27 yanvar — Sputnik. Hindistanın təxminən 230 nəfər əhalisi olan Cammu və Kəşmir kəndləri karantinə alınıb. Hazırda yerli hakimiyyət xəstəliyin Giyen-Barre (GBS) sindromunun olmasından şübhələnirlər. Nəticədə yaşayış məntəqələrində artıq 17 nəfər həlak olub. Bu barədə Hindistanın "Khaleej Times" qəzeti məlumat yayıb. "Press Trust of India" informasiya agentliyi xəbər verir ki, 13 uşaq da daxil olmaqla, ölümlər 2024-cü ilin dekabrında Cammu şəhərinin Rajcuri rayonundakı ucqar Badhaal kəndində başlayıb. Keçən həftə Cammu və Kəşmir kəndləri karantinə alınıb. Bildirilir ki, ölənlərin hamısında beyin və sinir sistemləri zədələnib. Xəstəliyin qurbanları üç qohum ailənin üzvləri olub. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, GBS sindromu zamanı insanın immun sistemi periferik sinirləri hədəfə alır. Sindrom əzələlərin hərəkətini idarə edən sinirlərə təsir edə bilər ki, bu da əzələ zəifliyinə, ayaqlarda və ya qollarda həssaslıq itkisinə səbəb ola, həmçinin xəstələr udma və nəfəs alma problemləri ilə üzləşə bilər. Hindistan hökuməti araşdırmaya başlayıb. Səhiyyə naziri Citendra Sinqh iqeyd edib ki, ikin araşdırmalar ölümün "hər hansı bir infeksiya, virus və ya bakteriya səbəbindən baş vermədiyini, daha çox toksin tərəfindən törədildiyini" göstərib. Hazırda çoxsaylı toksinlər araşdırılır və bu hadisənin potensial günahkarlarının olub olmadığını müəyyən edirlər. Sinqh əminliklə bildirib ki, tezliklə bütün suallara cavab tapılacaq. Daha bir belə xəstəlik Hindistanın Puna şəhərində qeydə alınıb. Orada 26-sı qadın olmaqla 73-dən çox yoluxmuş şəxs qeydə alınıb. Hazırda 14 xəstə süni nəfəs aparatındadır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/05/426873401_169:0:2900:2048_1920x0_80_0_0_fef8f54fc96def27ce50ef9f862787ab.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hindistan, virus
Hindistanda sirli xəstəliyin yayılması nəticəsində 17 nəfər həyatını itirib
Ölənlərin hamısında beyin və sinir sistemi zədələnməsi aşkar edilib.
BAKI, 27 yanvar — Sputnik. Hindistanın təxminən 230 nəfər əhalisi olan Cammu və Kəşmir kəndləri karantinə alınıb. Hazırda yerli hakimiyyət xəstəliyin Giyen-Barre (GBS) sindromunun olmasından şübhələnirlər. Nəticədə yaşayış məntəqələrində artıq 17 nəfər həlak olub.
Bu barədə Hindistanın "Khaleej Times" qəzeti məlumat yayıb.
"Press Trust of India" informasiya agentliyi xəbər verir ki, 13 uşaq da daxil olmaqla, ölümlər 2024-cü ilin dekabrında Cammu şəhərinin Rajcuri rayonundakı ucqar Badhaal kəndində başlayıb. Keçən həftə Cammu və Kəşmir kəndləri karantinə alınıb.
Bildirilir ki, ölənlərin hamısında beyin və sinir sistemləri zədələnib. Xəstəliyin qurbanları üç qohum ailənin üzvləri olub.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, GBS sindromu zamanı insanın immun sistemi periferik sinirləri hədəfə alır. Sindrom əzələlərin hərəkətini idarə edən sinirlərə təsir edə bilər ki, bu da əzələ zəifliyinə, ayaqlarda və ya qollarda həssaslıq itkisinə səbəb ola, həmçinin xəstələr udma və nəfəs alma problemləri ilə üzləşə bilər.
Hindistan hökuməti araşdırmaya başlayıb. Səhiyyə naziri Citendra Sinqh iqeyd edib ki, ikin araşdırmalar ölümün "hər hansı bir infeksiya, virus və ya bakteriya səbəbindən baş vermədiyini, daha çox toksin tərəfindən törədildiyini" göstərib. Hazırda çoxsaylı toksinlər araşdırılır və bu hadisənin potensial günahkarlarının olub olmadığını müəyyən edirlər. Sinqh əminliklə bildirib ki, tezliklə bütün suallara cavab tapılacaq.
Daha bir belə xəstəlik Hindistanın Puna şəhərində qeydə alınıb. Orada 26-sı qadın olmaqla 73-dən çox yoluxmuş şəxs qeydə alınıb. Hazırda 14 xəstə süni nəfəs aparatındadır.