https://sputnik.az/20250127/fevvareler-meydaninda-qanunsuz-tikili-sokulur---foto--vdeo-470232692.html
"Fəvvarələr" meydanında qanunsuz tikili sökülür - FOTO + VİDEO
"Fəvvarələr" meydanında qanunsuz tikili sökülür - FOTO + VİDEO
Sputnik Azərbaycan
Ərazidə yerləşən "Fontana" restoranına bitişik sahədə işbazlar tərəfindən əlavə artırma işlərinin aparılması ikinci belə özbaşınalıqdır. 27.01.2025, Sputnik Azərbaycan
2025-01-27T14:40+0400
2025-01-27T14:40+0400
2025-01-27T15:09+0400
azərbaycan
paytaxt xəbərləri̇
fəvvarələr meydanı
dövlət şəhərsalma və arxitektura komitəsi
https://cdnn1.img.sputnik.az/img/07e9/01/1b/470232382_0:334:2048:1486_1920x0_80_0_0_4153aacf48824db5d3e59e44e67c6200.jpg
BAKI, 27 yanvar — Sputnik. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 27 yanvar 2025-ci il tarixində Bakı şəhəri, Səbail rayonu Əhməd Cavad küçəsindəki ("Fəvvarələr" meydanı) qanunsuz tikilinin sökülməsinə və sakinlərin gediş-gəlişinə yaradılan maneənin aradan qaldırılmasına başlanılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb. Bildirilib ki, ərazidə yerləşən "Fontana" restoranına bitişik sahədə işbazlar tərəfindən əlavə artırma işlərinin aparılması ikinci belə özbaşınalıqdır. Belə ki, ötən ilin mart ayında Baş İdarə tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində oxşar faktla bağlı qanunsuzluğun qarşısı alınmışdı. Buna baxmayaraq, restoran sahibləri bu il ərazidə yenidən özbaşına tikinti-quraşdırma işləri aparıblar. Əlavə edilib ki, mövcud qanunvericiliyə əsasən, ticarət və xidmət obyektlərinin fəaliyyətinə icazə verilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətindədir. Sözügedən tikinti işləri Komitə ilə razılaşdırılmadığından söküntüsü müvafiq qaydada təmin edilir.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/1b/470232382_0:0:2048:1536_1920x0_80_0_0_79ad1175eeec1b50cf503c79ab3df73e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
azərbaycan, fəvvarələr meydanı, dövlət şəhərsalma və arxitektura komitəsi
azərbaycan, fəvvarələr meydanı, dövlət şəhərsalma və arxitektura komitəsi
"Fəvvarələr" meydanında qanunsuz tikili sökülür - FOTO + VİDEO
14:40 27.01.2025 (Yenilənib: 15:09 27.01.2025) Ərazidə yerləşən "Fontana" restoranına bitişik sahədə işbazlar tərəfindən əlavə artırma işlərinin aparılması ikinci belə özbaşınalıqdır.
BAKI, 27 yanvar — Sputnik. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 27 yanvar 2025-ci il tarixində Bakı şəhəri, Səbail rayonu Əhməd Cavad küçəsindəki ("Fəvvarələr" meydanı) qanunsuz tikilinin sökülməsinə və sakinlərin gediş-gəlişinə yaradılan maneənin aradan qaldırılmasına başlanılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb.
Bildirilib ki, ərazidə yerləşən "Fontana" restoranına bitişik sahədə işbazlar tərəfindən əlavə artırma işlərinin aparılması ikinci belə özbaşınalıqdır. Belə ki, ötən ilin mart ayında Baş İdarə tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində oxşar faktla bağlı qanunsuzluğun qarşısı alınmışdı.
Buna baxmayaraq, restoran sahibləri bu il ərazidə yenidən özbaşına tikinti-quraşdırma işləri aparıblar.
Əlavə edilib ki, mövcud qanunvericiliyə əsasən, ticarət və xidmət obyektlərinin fəaliyyətinə icazə verilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətindədir.
Sözügedən tikinti işləri Komitə ilə razılaşdırılmadığından söküntüsü müvafiq qaydada təmin edilir.