https://sputnik.az/20250127/antalyada-12-mertebeli-hotelde-yangin-bas-verib-470244872.html
Antalyada 12 mərtəbəli hoteldə yanğın baş verib
Antalyada 12 mərtəbəli hoteldə yanğın baş verib
Sputnik Azərbaycan
Antalyada otelin tikintisində axşam saatlarında başlayan yanğın böyük təşvişə səbəb olub. 27.01.2025, Sputnik Azərbaycan
2025-01-27T20:53+0400
2025-01-27T20:53+0400
2025-01-30T22:42+0400
dünya xəbərləri
türkiyə
hotel
antalya
alanya
yanğın
https://cdnn1.img.sputnik.az/img/41887/20/418872097_0:160:3072:1888_1920x0_80_0_0_b0256d2e4c2e53a14a28a89136906e0e.jpg
BAKI, 27 yanvar - Sputnik. Antalyanın Alanya rayonunda hotel tikintisində yanğın baş verib.İşçilər alov və qatı tüstüdən 12 mərtəbəli binanın yuxarı mərtəbələrində sıxışıb qalıblar. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və tibb briqadası göndərilib. Sputnik Türkiyə-nin yazdığına görə, yanğın Alanyanın Cikcilli məhəlləsində 12 mərtəbəli hotelin birinci mərtəbəsində başlayıb. Xəbərdarlıq üzərinə hadisə yerinə çoxlu sayda yanğınsöndürən, sağlamlıq və polis qrupları sövq edilib. Alovun tez bir zamanda yuxarı mərtəbələrə keçdiyi və tikinti meydançasının yuxarı mərtəbələrində çalışan işçilərin çətin durumda qaldığı bildirilib. Qapalı qalan işçilərin xilas edilməsi üçün kranın köməyi tələb olunub. Yanğınsöndürmə briqadaları həm yanğını nəzarət altına almaq, həm də işçilərin xilas edilməsi üçün səylə çalışırlar. Yanğının səbəbi hələ müəyyən edilməsə də, qruplar ərazidə yanğını söndürmək üçün işlərini davam etdirirlər.Yanan hotellə bağlı danışan Alanyanın Bələdiyyə Başçısı Osman Tarık Özçelik deyib: 'Yanğın hoteldə qaynaqdan çıxan qığılcımların çarpayılara düşməsi ilə başlayıb. Binada qalan işçilərin xilasetmə əməliyyatı başa çatıb. İçəridə çətin vəziyyətdə qalan 4 işçi xilas edilib. Araşdırmalar davam edir".Xatırladaq ki, yanvarın 21-nə keçən gecə Türkiyənin Bolu vilayətindəki dağ-xizək kurortunda yerləşən "Grand Kartal" hotelində yanğın baş verib. Yanğın zamanı hoteldə 238 qonaq olub, onlar əsasən evli və uşaqlı cütlüklər idi. Hoteldəki yanğın 78 nəfərin ölümünə səbəb olub, 51 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hotelin sahibi Halit Ergül baş verən faciəyə görə bütün məsuliyyəti personalın - xüsusilə aşpaz, elektrik və təhlükəsizlik işçilərinin üzərinə qoyub. Məhkəmə istintaqı davam edir. Hazırda yanğınla bağlı 18 nəfər həbs edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41887/20/418872097_171:0:2902:2048_1920x0_80_0_0_227e91661431b3dfc5fa014390ae1cc3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, hotel, antalya, alanya, yanğın
türkiyə, hotel, antalya, alanya, yanğın
Antalyada 12 mərtəbəli hoteldə yanğın baş verib
20:53 27.01.2025 (Yenilənib: 22:42 30.01.2025) Antalyada otelin tikintisində axşam saatlarında başlayan yanğın böyük təşvişə səbəb olub.
BAKI, 27 yanvar - Sputnik. Antalyanın Alanya rayonunda hotel tikintisində yanğın baş verib.
İşçilər alov və qatı tüstüdən 12 mərtəbəli binanın yuxarı mərtəbələrində sıxışıb qalıblar. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və tibb briqadası göndərilib.
Sputnik Türkiyə-nin yazdığına görə, yanğın Alanyanın Cikcilli məhəlləsində 12 mərtəbəli hotelin birinci mərtəbəsində başlayıb. Xəbərdarlıq üzərinə hadisə yerinə çoxlu sayda yanğınsöndürən, sağlamlıq və polis qrupları sövq edilib.
Alovun tez bir zamanda yuxarı mərtəbələrə keçdiyi və tikinti meydançasının yuxarı mərtəbələrində çalışan işçilərin çətin durumda qaldığı bildirilib. Qapalı qalan işçilərin xilas edilməsi üçün kranın köməyi tələb olunub.
Yanğınsöndürmə briqadaları həm yanğını nəzarət altına almaq, həm də işçilərin xilas edilməsi üçün səylə çalışırlar. Yanğının səbəbi hələ müəyyən edilməsə də, qruplar ərazidə yanğını söndürmək üçün işlərini davam etdirirlər.
Yanan hotellə bağlı danışan Alanyanın Bələdiyyə Başçısı Osman Tarık Özçelik deyib:
'Yanğın hoteldə qaynaqdan çıxan qığılcımların çarpayılara düşməsi ilə başlayıb. Binada qalan işçilərin xilasetmə əməliyyatı başa çatıb. İçəridə çətin vəziyyətdə qalan 4 işçi xilas edilib. Araşdırmalar davam edir".
Xatırladaq ki, yanvarın 21-nə keçən gecə Türkiyənin Bolu vilayətindəki dağ-xizək kurortunda yerləşən "Grand Kartal" hotelində yanğın baş verib. Yanğın zamanı hoteldə 238 qonaq olub, onlar əsasən evli və uşaqlı cütlüklər idi. Hoteldəki yanğın 78 nəfərin ölümünə səbəb olub, 51 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hotelin sahibi Halit Ergül baş verən faciəyə görə bütün məsuliyyəti personalın - xüsusilə aşpaz, elektrik və təhlükəsizlik işçilərinin üzərinə qoyub. Məhkəmə istintaqı davam edir. Hazırda yanğınla bağlı 18 nəfər həbs edilib.