Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Yusif Eyvazov Azərbaycan opera teatrının gələcəyindən danışıb

CC BY-SA 4.0 / Sefer azeri / Akademik Milli Opera və Balet Teatrı, cropped imageAkademik Milli Opera və Balet Teatrı, arxiv şəkli
Akademik Milli Opera və Balet Teatrı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.01.2025
Abunə olmaq
Opera və Balet Teatrının binasının təmiri 2,5 ilə başa çatdırılmalıdır.
BAKI, 26 yanvar — Sputnik. Azərbaycanın xalq artisti Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrını beynəlxalq səviyyəyə çatdırmaq niyyətindədir, lakin bunun üçün binanın təmiri başa çatdırılmalıdır.
Rusiya mətbuatına müsahibəsində Eyvazov qeyd edib ki, Opera və balet teatrı Azərbaycanın vizit kartı olmalıdır, çünki o, Şərqdə ilk opera teatrıdır, yaşı isə yüz ildən çoxdur. Sənətçinin sözlərinə görə, hazırda onun əsas məqsədi teatrı beynəlxalq səviyyəyə çatdırmaqdır və o, bunu necə edəcəyini bilir.

"Ölkəmizdə teatrımızı ən yüksək səviyyədə saxlamaq, xarici sənətçiləri dəvət etmək üçün kifayət qədər resurslarımız və teatrımıza gələcək tamaşaçılarımız da var. Hazırda mən onun bütün işini yenidən qurmalıyam. İstəyirəm ki, o, Vyana operası, Münhen operası və ya Böyük Teatr kimi işləsin. Biz təmirdən başlamaq qərarına gəldik, çünki teatrın texniki imkanları planlaşdırdığımız layihələri həyata keçirməyə imkan vermir", - Eyvazov bildirib.

© Photo : courtesy of Yusif EyvazovYusif Eyvazov
Юсиф Эйвазов - Sputnik Azərbaycan, 1920, 26.01.2025
Yusif Eyvazov
Onun sözlərinə görə, təmirdən əlavə, aprel ayında teatrın orkestri XVIII-XIX əsrlərə aid musiqi alətləri, o cümlədən skripka və violonçellərlə təmin olunacaq.
O hesab edir ki, təmir ən azı 2,5 ilə başa çatacaq, hələlik isə Eyvazov teatrın daxili strukturunu qaydaya salmaq niyyətindədir. Onun üçün teatrın böyük mexanizm kimi işləməsi və hər kəsin öz işi ilə məşğul olması vacibdir.
Eyvazov 2023-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru təyin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0