Snoubord yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib - FOTO
17:53 26.01.2025 (Yenilənib: 17:56 26.01.2025)
© Photo : Shahdag Tourism CenterSnoubord idman növü üzrə Heydər Əliyev Kuboku

© Photo : Shahdag Tourism Center
Abunə olmaq
İdmançılarımız bu qış idman növündə güclərini sınayıblar.
BAKI, 26 yanvar - Sputnik. Bu gün “Şahdağ” Turizm Mərkəzində Azərbaycan Qış İdman Növləri Federasiyasının təşkilatçılığı ilə müxtəlif yaş kategoriyalarında olan uşaqlar və böyüklər arasında snoubord idman növü üzrə Heydər Əliyev Kuboku təşkil olunub. Bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyasından məlumat verilib.
Bildirilir ki, yarışın keçirilməsinin əsas məqsədi ölkədə snoubord idman növünün təbliğini genişləndirmək, insanlar arasında bu idmana olan marağı artırmaq və sağlam həyat tərzini təşviq etməkdir.
© Photo : Shahdag Tourism CenterSnoubord idman növü üzrə Heydər Əliyev Kuboku

Snoubord idman növü üzrə Heydər Əliyev Kuboku
© Photo : Shahdag Tourism Center
Turnirdə öncədən qeydiyyatdan keçən, müxtəlif yaş kateqoriyasında olan 40-a yaxın həvəskar snoubordçu birincilik uğrunda mübarizə aparıblar.
"Uşaqlar arsında keçirilən yarışın nəticələrinə əsasən 9-12 yaş oğlanlar arasında Kamal Bəşirli l yer, Daniel Belousov ll yer, Mətin Mehti isə lll yerə sahib olub. 13-17 yaş qızlar arasında Alisa Qarifova, oğlanlar arasında isə Daniel Omelyanyuk yarışın qalibi seçilib. 18-22 yaş qadınlar arasında Nuran Musayeva öz kateqoriyasında lider olub. 23-45 yaşda olan qadınlar kateqoriyasında I yerdə Yevgeniya Cavadova, II yerdə Cəmilə Məmmədova, kişilər arasında I yerdə Edik Murtuzayev, II yerdə Rəsul Aslanov, III yerdə İqor Kulakov qərarlaşıb", - məlumatda deyilir.
© Photo : Shahdag Tourism CenterSnoubord idman növü üzrə Heydər Əliyev Kuboku

Snoubord idman növü üzrə Heydər Əliyev Kuboku
© Photo : Shahdag Tourism Center
Yarışlarda 46-56 yaş kateqoriyasında qadınlar da iştirak edib. Bu kateqoriyada yarışın qalibi İrina Qarifova olub. Kişilər arasında I yerin sahibi isə Aydar Qarifov, II yerin sahibi isə Ceyhun Vəzirov olub. Veteran snoubordçular arasında Azad Kəlbiyev yarışı qalibiyyətlə yekunlaşdırıb.
© Photo : Shahdag Tourism CenterSnoubord idman növü üzrə Heydər Əliyev Kuboku

Snoubord idman növü üzrə Heydər Əliyev Kuboku
© Photo : Shahdag Tourism Center
Yarışın sonunda qaliblər medallar və diplomlarla təltif olunub, o cümlədən onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib.
Qeyd edək ki, Heydər Əliyev Kuboku 1-2 fevral tarixlərində müxtəlif yaş kategoriyalarında olan uşaqlar və böyüklər arasında xizək yarışı üzrə davam etdiriləcək.
© Photo : Shahdag Tourism CenterSnoubord idman növü üzrə Heydər Əliyev Kuboku

Snoubord idman növü üzrə Heydər Əliyev Kuboku
© Photo : Shahdag Tourism Center
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.