DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Belarusda exit-poll nəticələrinə görə Lukaşenko 87,6% səs toplayıb

© Sputnik / Dmitriy Astahov / Mediabanka keçidBelarus prezidenti Aleksandr Lukaşenko, arxiv
Belarus prezidenti Aleksandr Lukaşenko, arxiv - Sputnik Azərbaycan, 1920, 26.01.2025
Abunə olmaq
Dövlət başçısı postuna 5 namizəd, o cümlədən hazırkı prezident, ölkəyə 30 ildən artıq rəhbərlik edən Aleksandr Lukaşenko mübarizə aparır.
BAKI, 26 yanvar - Sputnik. Belarusda keçirilən prezident seçkilərində seçicilər arasında exit-poll sorğusunun nəticələrinə yekun vurulub. Bu barədə BELTA məlumat yayıb.
Sorğunun nəticələrinə görə, respondentlərin 1,8%-i Belarus Respublikasının prezidentliyinə namizəd Oleq Qaydukeviçə səs verib; Anna Kanopatskaya üçün - 1,6%; Aleksandr Lukaşenko üçün - 87,6%. Sergey Syrankov sorğuda iştirak edən seçicilərin 2,7%, Aleksandr Xijnyak 1,2%, hamıya qarşı 5,1% səs toplayıb.
Sorğu, sosioloji seçimə əsasən, 320 seçki məntəqəsində keçirilib. Seçicilərlə 1000 nəfər müsahibə aparıb. Bütün gün ərzində, seçki məntəqələri açılan andan (səhər saat 08:00-dan) bağlanana qədər müsahibəçilər seçiciləri sorğu-sual edirdilər. Sorğu anonim olub.
Respondentlərdən hansı namizədə səs verdikləri soruşulub. Ümumilikdə 11 948 nəfərlə müsahibə aparılıb.
© Sputnik / Кристина Кормилицына / Mediabanka keçidBelarusda keçirilən prezident seçkiləri
Президентские выборы в Белоруссии - Sputnik Azərbaycan, 1920, 26.01.2025
Belarusda keçirilən prezident seçkiləri
26.01.25, 21:18
Belarusda prezident seçkilərində səsvermə başa çatıb, seçki komissiyaları səsləri hesablamağa başlayıb. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 6,9 milyondan çox Belarus seçicisi 5,3 mindən çox seçki məntəqəsində səs verə bilib.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 18:00-a (Bakı vaxtı ilə 19.00) respublika üzrə siyahılara daxil edilmiş seçicilərin 81,5 faizi səs verib. Onlardan seçicilərin 41,81 faizi yanvarın 21-dən 25-dək erkən seçki məntəqələrinə gəlib.
44 mindən çox yerli və 500-ə yaxın beynəlxalq müşahidəçi səsvermənin gedişini qiymətləndirə bilib. Səsvermədə iştirak edən vətəndaşların yarıdan çoxu onun lehinə səs verərsə, prezident seçilmiş sayılır.
Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrinin yanvarın 27-nə keçən gecə açıqlanacağını vəd edir.
Belarusda prezident seçkiləri
Yanvarın 26-da Belarusda prezident seçkilərinin əsas səsvermə günü keçirilib. Prezident seçkiləri ölkə tarixində yeddinci dəfə keçirilir. Dövlət başçısı postuna 5 namizəd, o cümlədən hazırkı prezident, ölkəyə 30 ildən artıq rəhbərlik edən Aleksandr Lukaşenko mübarizə aparır.
Onun rəqibləri arasında Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç, sahibkar Anna Kanopatskaya, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Syrankov və Respublika Əmək və Ədalət Partiyasının sədri Aleksandr Xijnyak da var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0