https://sputnik.az/20250126/bakida-fantastik-qiymetlere-menziller-son-bir-ilde-dasinmaz-emlak-ne-qeder-bahalasib-470197003.html
Bakıda fantastik qiymətlərə mənzillər: Son bir ildə daşınmaz əmlak nə qədər bahalaşıb?
Bakıda fantastik qiymətlərə mənzillər: Son bir ildə daşınmaz əmlak nə qədər bahalaşıb?
Sputnik Azərbaycan
Ramil Osmanlı bildirib ki, köhnə tikililərdə mənzillərin kvadratmetrinin qiymətinin yüksək olması həmin binalarda mənzil kvadratının az olması ilə bağldıır. 26.01.2025, Sputnik Azərbaycan
2025-01-26T17:09+0400
2025-01-26T17:09+0400
2025-01-26T17:09+0400
mənzil
cəmiyyət
ramil osmanlı
ekspert
daşınmaz əmlak
daşınmaz əmlak bazarı
dövlət statistika komitəsi
https://cdnn1.img.sputnik.az/img/07e8/01/11/462021352_0:161:3070:1888_1920x0_80_0_0_bc13904da0826cc63a464db1df13c6b5.jpg
BAKI, 26 yanvar — Sputnik. 2024-cü ildə Azərbaycanda mənzil bazarında qiymətlər 2023-cü ilə nisbətən 9.9% bahalaşıb. Bu barədə Dövlət Statistika Komitəsi bildirib. Ötən il əvvəlki illə müqayisədə ilkin mənzil bazarında qiymətlər 11.3%, təkrar mənzil bazarında isə 9.8% artıb. Qeyd edək ki, 2024-cü ilin IV rübündə mənzil bazarında qiymət indeksi əvvəlki rüblə müqayisədə 3.3%, o cümlədən ilkin mənzil bazarı üzrə 2.8%, təkrar mənzil bazarı üzrə 3.3% artıb. Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakıda ilkin mənzil bazarında mənzillərin orta qiyməti belə dəyişir: "Bakıda ilkin mənzil bazarında mənzillərin orta qiyməti 1 kv 2930 manat, təkrar mənzil bazarında isə 2167 manatdır. Bakı şəhərində ilkin mənzil bazarında qiymətlər 1 kv metrə 1500 manatdan başlayaraq 10 min manata qədər dəyişir. Təkrar mənzil bazarında isə yeni tikililərdə 1 kv metrin qiyməti 1400 manatdan 12 min manatadəkdir". Ekspert bunu təkrar mənzil bazarına çıxardılan mənzillərin təmirli olması ilə əlaqələndirib. Onun sözlərinə görə, köhnə tikililərin qiyməti 1 kvadratmetr üçün 1800 manatdan başlayır, 4500-5 min manatadək davam edir. Köhnə tikililərdə mənzillərin kvadratmetrinin qiymətinin yüksək olması köhnə binalarda mənzil kvadratının az olması ilə bağldıır. R.Osmanlı onu da qeyd edib ki, hazırda Bakıda ən bahalı mənzillər Səbail rayonunun 1-ci və 2-ci zonası və Bayıl yamacına doğru olan ərazilərdədir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/11/462021352_170:0:2901:2048_1920x0_80_0_0_d0077f0133aa25f8d171470d66001556.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
mənzil, ramil osmanlı, ekspert, daşınmaz əmlak, daşınmaz əmlak bazarı, dövlət statistika komitəsi
mənzil, ramil osmanlı, ekspert, daşınmaz əmlak, daşınmaz əmlak bazarı, dövlət statistika komitəsi
Bakıda fantastik qiymətlərə mənzillər: Son bir ildə daşınmaz əmlak nə qədər bahalaşıb?
Ramil Osmanlı bildirib ki, köhnə tikililərdə mənzillərin kvadratmetrinin qiymətinin yüksək olması həmin binalarda mənzil kvadratının az olması ilə bağldıır.
BAKI, 26 yanvar — Sputnik. 2024-cü ildə Azərbaycanda mənzil bazarında qiymətlər 2023-cü ilə nisbətən 9.9% bahalaşıb. Bu barədə Dövlət Statistika Komitəsi bildirib. Ötən il əvvəlki illə müqayisədə ilkin mənzil bazarında qiymətlər 11.3%, təkrar mənzil bazarında isə 9.8% artıb.
Qeyd edək ki, 2024-cü ilin IV rübündə mənzil bazarında qiymət indeksi əvvəlki rüblə müqayisədə 3.3%, o cümlədən ilkin mənzil bazarı üzrə 2.8%, təkrar mənzil bazarı üzrə 3.3% artıb.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakıda ilkin mənzil bazarında mənzillərin orta qiyməti belə dəyişir:
"Bakıda ilkin mənzil bazarında mənzillərin orta qiyməti 1 kv 2930 manat, təkrar mənzil bazarında isə 2167 manatdır. Bakı şəhərində ilkin mənzil bazarında qiymətlər 1 kv metrə 1500 manatdan başlayaraq 10 min manata qədər dəyişir. Təkrar mənzil bazarında isə yeni tikililərdə 1 kv metrin qiyməti 1400 manatdan 12 min manatadəkdir".
Ekspert bunu təkrar mənzil bazarına çıxardılan mənzillərin təmirli olması ilə əlaqələndirib. Onun sözlərinə görə, köhnə tikililərin qiyməti 1 kvadratmetr üçün 1800 manatdan başlayır, 4500-5 min manatadək davam edir. Köhnə tikililərdə mənzillərin kvadratmetrinin qiymətinin yüksək olması köhnə binalarda mənzil kvadratının az olması ilə bağldıır.
R.Osmanlı onu da qeyd edib ki, hazırda Bakıda ən bahalı mənzillər Səbail rayonunun 1-ci və 2-ci zonası və Bayıl yamacına doğru olan ərazilərdədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.