DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə Trampın sanksiyaları ləğv edəcəyini gözləyir - Fidan

© AP Photo / Burhan OzbiliciHakan Fidan
Hakan Fidan - Sputnik Azərbaycan, 1920, 25.01.2025
Abunə olmaq
2017-ci ildə Türkiyə Rusiya ilə S-400 raket kompleksinin tədarükü üçün müqavilə imzalayıb.
BAKI, 25 yanvar — Sputnik. Ankara ABŞ prezidenti Donald Tramp administrasiyasının Türkiyəyə silah tədarükünə görə tətbiq edilən sanksiyaları ləğv edəcəyini gözləyir. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
2017-ci ildə Türkiyə Rusiya ilə S-400 raket kompleksinin tədarükü üçün müqavilə imzalayıb. ABŞ Patriotun xeyrinə Rusiya sistemlərindən imtina etməyi tələb etsə də, Ankara bununla razılaşmayıb. Vaşinqton Türkiyəni ən son F-35 qırıcılarının tədarükü proqramından kənarlaşdırıb və Sanksiyalar vasitəsilə ABŞ-ın Düşmənlərinə Qarşı Mübarizə Aktı) çərçivəsində müdafiə sənayesi rəhbərlərinə sanksiya tətbiq edib. Birləşmiş Ştatlar F-35 layihəsinin qalan yeddi tərəfdaşı - Böyük Britaniya, İtaliya, Hollandiya, Avstraliya, Danimarka, Kanada və Norveç ilə imzalayaraq Türkiyə ilə birgə F-35 memorandumunu ləğv edib.
"Biz yeni administrasiyadan əvvəlki administrasiyadan qalan CAATSA sanksiyalarını aradan qaldıracağını gözləyirik. Prezidentimiz bu istiqamətdə dialoqa açıqdır", - Fidan bildirib.
Xəbər lenti
0