RF XİN: Rusiya Baltik dənizinin NATO-nun daxili gölü olmasına imkan verməyəcək

© Sputnik / Максим БлиновRusiya XİN-nin binası, arxiv
Rusiya XİN-nin binası, arxiv - Sputnik Azərbaycan, 1920, 25.01.2025
Abunə olmaq
Qruşko vurğulayıb ki, Rusiya tərəfi Baltik dənizinin əməkdaşlıq və qarşılıqlı fəaliyyət dənizi, ticarətin həyata keçirildiyi dəniz olaraq qalmasını istəyir.
BAKI, 25 yanvar — Sputnik. Rusiya NATO-ya Baltik dənizini özünün "daxili gölə" çevirməsinə icazə verməyəcək.
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko "Rossiya 24" telekanalının efirində bildirib.
"Nəzarət kimi terminlərin istifadəsi Şimali Atlantika Alyansının Baltik dənizini daxili gölə çevirmək xəyallarının daha bir sübutudur. Lakin bu, bir çox səbəblərə görə baş verməyəcək və əsas səbəblərdən biri Rusiyanın buna imkan verməyəcəyidir" - XİN nümayəndəsi qeyd edib.
Qruşko vurğulayıb ki, Rusiya tərəfi Baltik dənizinin əməkdaşlıq və qarşılıqlı fəaliyyət dənizi, ticarətin həyata keçirildiyi dəniz olaraq qalmasını istəyir.
Qeyd edək ki, keçən həftə Estoniyanın "ERR" yayımı xəbər verib ki, NATO hərbi gəmiləri Baltikyanı keşikçi missiyasının bir hissəsi olaraq Baltik dənizində patrul etməyə başlayıblar. Onların əsas məqsədi alyansın regionda məlumatlılığını artırmaqdır.
Xəbər lenti
0