Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Nebenzya: Qəzzadakı müharibə Qərbin insan haqlarının qorunmasına münasibətini göstərdi

© Sputnik / Сергей ГунеевRusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya - Sputnik Azərbaycan, 1920, 25.01.2025
Abunə olmaq
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Qəzza zolağında münaqişə zamanı ən azı 14500 fələstinli uşağın öldüyünü və onların çoxunun ağır yaralandığını bildirib.
BAKI, 25 yanvar — Sputnik. Qərb ölkələri Qəzza zolağında uşaqların qətlinə görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb olunmasında maraqlı deyillər.
Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının iclası zamanı bildirib.
Nebenzya qeyd edib ki, bu ölkələrin bir çoxu İsrailə silah tədarükünü davam etdirir ki, bu da Qərbin insan haqlarına real münasibətindən xəbər verir.
O, həmçinin Qəzza zolağında münaqişə zamanı ən azı 14500 fələstinli uşağın öldüyünü və onların çoxunun ağır yaralandığını bildirib. Nebenzya əlavə edib ki, münaqişə elə indi bitsə belə, ərazidə qalan partlamamış hərbi sursatlar səbəbindən Qəzzada uşaqların həyatı və sağlamlığı üçün təhlükə ən azı növbəti 14 il ərzində qalacaq.
"Qəzzada müharibə nəinki uşaqların və böyüklərin fərdi həyatını şikəst etdi, həm də cəmiyyətin quruluşunu parçaladı və iki xalq arasında həqiqətən dinc yanaşı yaşamanın başlanğıcını qeyri-müəyyən müddətə təxirə saldı" – Nebenzya bəyan edib.
Daha əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi bəyan etmişdi ki, Rusiya Ümumdünya Səhiyyə Təşkilatının ağır xəstə qəzzalıların anklavın şimalından cənubuna köçürülməsi ideyasını tam dəstəkləyir. Bu cür tədbirlər "bunun üçün şərait qaldığı halda" qurbanlara lazımi tibbi yardım göstərməyə kömək edəcək.
Xəbər lenti
0