https://sputnik.az/20250125/fransa-terrorizmle-mubarizede-rusiya-ile-dialoqun-vacibliyini-beyan-edib-470196680.html
Fransa terrorizmlə mübarizədə Rusiya ilə dialoqun vacibliyini bəyan edib
Fransa terrorizmlə mübarizədə Rusiya ilə dialoqun vacibliyini bəyan edib
Sputnik Azərbaycan
Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsinin (DGSI) rəhbəri Selin Berton qeyd edib ki, kəşfiyyat dünyasında "dost" və ya "düşmən" deyə bir anlayış yoxdur... 25.01.2025, Sputnik Azərbaycan
2025-01-25T09:09+0400
2025-01-25T09:09+0400
2025-01-25T09:12+0400
fransa
dünya xəbərləri
rusiya
terrorçuluq
kəşfiyyat
https://cdnn1.img.sputnik.az/img/41844/15/418441520_0:418:2001:1543_1920x0_80_0_0_43b65456068b4deed3736e08810c960d.jpg
BAKI, 25 yanvar — Sputnik. Rusiya Federasiyası da daxil olmaqla, müxtəlif dövlətlərlə kommunikasiya kanallarının saxlanması terror təhlükəsi ilə mübarizə sahəsində ümumi məqsədlərə uyğundur. Bunu Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsinin (DGSI) rəhbəri Selin Berton "Point" nəşrinə müsahibəsində deyib. Kəşfiyyat xidmətinin rəhbərindən Fransaya münasibətdə "Rusiya və digər ölkələrlə" antiterror əməkdaşlığına münasibət bildirmək istənilib. "Kəşfiyyat dünyasında "dost" və ya "düşmən" deyə bir anlayış yoxdur. Müttəfiqlər və rəqiblər var. Bununla belə, dövlətlərin maraqları baxımından əlaqələri saxlamaq və onların kəşfiyyat xidmətləri vasitəsilə qeyri-rəsmi kommunikasiya kanallarını açıq saxlamaq vacibdir", - Berton bildirib. O, terrorizmlə mübarizənin ölkələri birləşdirdiyini və geosiyasi fərqlərə baxmayaraq, bu sahədə əməkdaşlığın sıx olaraq qaldığını vurğulayıb. "Siyasi sistemindən və geosiyasi baxışlarından asılı olmayaraq bütün ölkələr ümumi maraqları bölüşür. Bu, öz ərazilərini qorumaqdır. Bu işdə iştirak etməyən dövlət özünü beynəlxalq ictimaiyyətdən təcrid olunmuş vəziyyətdə tapmaq riski edir", - o qeyd edib. Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin terrorizmlə mübarizənin Rusiya xüsusi xidmət orqanları üçün prioritet olaraq qaldığını vurğulayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41844/15/418441520_0:52:2001:1552_1920x0_80_0_0_ef88f008c0569d328b94a8c93d72b7a8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
fransa, rusiya, terrorçuluq, kəşfiyyat
fransa, rusiya, terrorçuluq, kəşfiyyat
Fransa terrorizmlə mübarizədə Rusiya ilə dialoqun vacibliyini bəyan edib
09:09 25.01.2025 (Yenilənib: 09:12 25.01.2025) Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsinin (DGSI) rəhbəri Selin Berton qeyd edib ki, kəşfiyyat dünyasında "dost" və ya "düşmən" deyə bir anlayış yoxdur. Müttəfiqlər və rəqiblər var.
BAKI, 25 yanvar — Sputnik. Rusiya Federasiyası da daxil olmaqla, müxtəlif dövlətlərlə kommunikasiya kanallarının saxlanması terror təhlükəsi ilə mübarizə sahəsində ümumi məqsədlərə uyğundur.
Bunu Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsinin (DGSI) rəhbəri Selin Berton "Point" nəşrinə müsahibəsində deyib.
Kəşfiyyat xidmətinin rəhbərindən Fransaya münasibətdə "Rusiya və digər ölkələrlə" antiterror əməkdaşlığına münasibət bildirmək istənilib.
"Kəşfiyyat dünyasında "dost" və ya "düşmən" deyə bir anlayış yoxdur. Müttəfiqlər və rəqiblər var. Bununla belə, dövlətlərin maraqları baxımından əlaqələri saxlamaq və onların kəşfiyyat xidmətləri vasitəsilə qeyri-rəsmi kommunikasiya kanallarını açıq saxlamaq vacibdir", - Berton bildirib.
O, terrorizmlə mübarizənin ölkələri birləşdirdiyini və geosiyasi fərqlərə baxmayaraq, bu sahədə əməkdaşlığın sıx olaraq qaldığını vurğulayıb.
"Siyasi sistemindən və geosiyasi baxışlarından asılı olmayaraq bütün ölkələr ümumi maraqları bölüşür. Bu, öz ərazilərini qorumaqdır. Bu işdə iştirak etməyən dövlət özünü beynəlxalq ictimaiyyətdən təcrid olunmuş vəziyyətdə tapmaq riski edir", - o qeyd edib.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin terrorizmlə mübarizənin Rusiya xüsusi xidmət orqanları üçün prioritet olaraq qaldığını vurğulayıb.