NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Aşqabad Transxəzər dəhlizi üzrə Aİ ilə əməkdaşlığı davam etdirməyi planlaşdırır – XİN

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidAşqabadda Türkmənistan bayrağı, arxiv
Aşqabadda Türkmənistan bayrağı, arxiv - Sputnik Azərbaycan, 1920, 25.01.2025
Abunə olmaq
Öz növbəsində, Aİ-nin Aşqabaddakı səfiri Beata Peksa bildirib ki, bu il Avropa İttifaqının nümayəndə heyəti Türkmənistana səfər etməyi planlaşdırır.
BAKI, 25 yanvar — Sputnik. Türkmənistan 2025-ci ildə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə Avropa İttifaqı ilə əməkdaşlığı davam etdirməyi gözləyir. Bunu Türkmənistan xarici işlər nazirinin müavini Myahri Byaşimova bildirib.
"Keçən il yanvarın 29-30-da Brüsseldə Avropa və Mərkəzi Asiya arasında dayanıqlı nəqliyyat əlaqələri üzrə "Qlobal Qapı" investor forumu keçirilib. Daha sonra forumun ardınca Avropa və Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinin inkişafı üçün koordinasiya platforması yaradılıb. Keçən ilin iyununda Astanada bu platforma çərçivəsində ekspertlər səviyyəsində görüş keçirilib, keçən il oktyabrın 3-də nəqliyyat nazirləri səviyyəsində Transxəzər dəhlizinin koordinasiya platformasının işə salınması baş tutub", Byaşimova deyib.
Öz növbəsində, Aİ-nin Aşqabaddakı səfiri Beata Peksa bildirib ki, bu il Avropa İttifaqının nümayəndə heyəti Türkmənistana səfər etməyi planlaşdırır:
"Avropa İttifaqı parlamentarilərinin səfəri olacaq. Bu, Türkmənistanda parlamentlərarası qrupların görüşü olacaq. Bu görüşdə Brüsseldən Aşqabada gələcək çoxlu sayda parlament nümayəndələri olacaq. Parlamentarilər Türkmənbaşıya gedəcəklər. Türkmənbaşı limanı Transxəzər nəqliyyat dəhlizinin ən mühüm nöqtələrindən biridir və bir çox avropalı investorlar üçün maraqlı olacaq", - o qeyd edib.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin və Avropanı birləşdirən beynəlxalq nəqliyyat dəhlizidir. Konteyner daşımaları dəmir yolu və dəniz nəqliyyatından istifadə etməklə həyata keçirilir.
Xəbər lenti
0