https://sputnik.az/20250124/taksi-suruculerini-yene-cetin-gunler-gozleyir-470185027.html
Taksi sürücülərini yenə çətin günlər gözləyir
Taksi sürücülərini yenə çətin günlər gözləyir
Sputnik Azərbaycan
İmtahan nəticələri həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək. 24.01.2025, Sputnik Azərbaycan
2025-01-24T10:49+0400
2025-01-24T10:49+0400
2025-01-24T11:27+0400
taksi
cəmiyyət
taksi sürücüsü
sürücülər
imtahan
imtahan
dim
dim
https://cdnn1.img.sputnik.az/img/07e8/06/14/465489943_0:0:3072:1728_1920x0_80_0_0_16d1854a01b3e83f420fd1c61ab325bd.jpg
BAKI, 24 yanvar — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, imtahanlarda iştirak etmək üçün ümumilikdə 1 563 nəfər qeydiyyatdan keçib. İmtahanın keçirilməsi üçün 5 ümumi imtahan rəhbəri, 11 imtahan rəhbəri, 82 nəzarətçi və 6 buraxılış rejimi əməkdaşı ayrılıb. İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək. İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ndə göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar. İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq. İmtahanlar 1 saat davam edəcək. İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim ediləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/14/465489943_341:0:3072:2048_1920x0_80_0_0_605738b51b0b6cb07125bbb41a818dbb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
taksi, taksi sürücüsü, sürücülər, imtahan, imtahan, dim, dim
taksi, taksi sürücüsü, sürücülər, imtahan, imtahan, dim, dim
Taksi sürücülərini yenə çətin günlər gözləyir
10:49 24.01.2025 (Yenilənib: 11:27 24.01.2025) İmtahan nəticələri həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.
BAKI, 24 yanvar — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, imtahanlarda iştirak etmək üçün ümumilikdə 1 563 nəfər qeydiyyatdan keçib.
İmtahanın keçirilməsi üçün 5 ümumi imtahan rəhbəri, 11 imtahan rəhbəri, 82 nəzarətçi və 6 buraxılış rejimi əməkdaşı ayrılıb.
Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün imtahan DİM-in elektron imtahanlar korpusunda və DİM-in Gəncə Regional bölməsində, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi məqsədilə imtahanlar isə DİM-in elektron imtahanlar korpusunda kompüter vasitəsilə elektron qaydada keçiriləcək. İmtahana buraxılış vərəqəsində göstərilən vaxtda gəlmək lazımdır.
İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.
İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ndə göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.
İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
İmtahanlar 1 saat davam edəcək. İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək.
Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim ediləcək.