Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və NATO-nun artıq qarşılıqlı əlaqə kanalları yoxdur - Qruşko

© Sputnik / Максим Блинов / Mediabanka keçidRusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Qruşko
Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Qruşko - Sputnik Azərbaycan, 1920, 24.01.2025
Abunə olmaq
NATO üzvləri bilirlər ki, Belçika Krallığındakı səfirimiz həm də NATO ilə əsas əlaqə rolunu oynayır.
BAKI, 24 yanvar — Sputnik. Rusiya və NATO-nun artıq qarşılıqlı əlaqə kanalları yoxdur, lakin alyans bilir ki, lazım gələrsə, Xarici İşlər Nazirliyi və ya Müdafiə Nazirliyi vasitəsilə Moskva ilə əlaqə saxlaya bilər. Bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
"Məlum olduğu kimi, NATO bizimlə nəinki praktiki əməkdaşlığı, həm də siyasi dialoqu məhdudlaşdırmaq yolunu tutub", - Qruşko "Rossiya 24" telekanalının efirində deyib.
"NATO-dakı nümayəndəliyimiz bağlıdır. Bununla belə, NATO üzvləri bilirlər ki, Belçika Krallığındakı səfirimiz həm də NATO ilə əsas əlaqə rolunu oynayır. Ona görə də, lazım gələrsə, hara müraciət edəcəklərini bilirlər. Bundan əlavə, biz Müasir kommunikasiyalar dövründə yaşayırıq. Lazım gələrsə, Xarici İşlər Nazirliyi vasitəsilə, Müdafiə Nazirliyi vasitəsilə Rusiya rəhbərliyi ilə əlaqə saxlamaq üçün heç bir problem yoxdur", - nazir müavini qeyd edib.
Xəbər lenti
0