https://sputnik.az/20250124/pakistan-ve-hindistani-nezere-alaraq-azerbaycan-rusiya-qazini-rana-tedaruke-hazirdirmi-470167523.html
Pakistan və Hindistanı nəzərə alaraq: Azərbaycan Rusiya qazını İrana tədarükə hazırdırmı?
Pakistan və Hindistanı nəzərə alaraq: Azərbaycan Rusiya qazını İrana tədarükə hazırdırmı?
Sputnik Azərbaycan
Əvvəllər Rusiya və İran arasında Xəzər dənizinin dibi ilə qaz kəmərinin çəkilməsi variantı nəzərdən keçirilirdi, lakin Rusiyanın Energetika Nazirliyinin qeyd... 24.01.2025, Sputnik Azərbaycan
2025-01-24T08:37+0400
2025-01-24T08:37+0400
2025-01-24T08:37+0400
qaz
iqtisadiyyat
azərbaycan
hindistan
pakistan
iran
milyard
rusiya
tədarük
ekspert
https://cdnn1.img.sputnik.az/img/07e9/01/15/470121877_0:201:2927:1847_1920x0_80_0_0_2d40f8408d39a1a28434cc55b32dda93.jpg
BAKI, 24 yanvar — Sputnik. Rusiya-İran yeni qaz kəməri artıq rəsmi olaraq Azərbaycan ərazisindən keçəcək və Rusiyadan İrana ildə, təxminən 2 milyard kubmetr metan nəqlinə imkan verəcək. Sonradan tədarükün daha da artırılıb 55 milyard kubmetrə qədər çatdırılması nəzərdə tutulub. Layihənin müzakirəsinin ilkin mərhələlərində Rusiya ilə İran arasında Xəzər dənizinin dibi ilə qaz kəmərinin çəkilməsi variantı da nəzərdən keçirilib, lakin Rusiya Energetika Nazirliyinin rəhbəri Sergey Tsivilyovun qeyd etdiyi kimi, Azərbaycandan keçən qaz kəməri marşrutunun çəkilməsi artıq razılaşdırılıb. İran tərəfi daha əvvəl qeyd etmişdi ki, Xəzər dənizi vasitəsilə Rusiyadan İrana gündəlik, təqribən 300 milyon kubmetr qaz tədarük ediləcək. 2024-cü il iyunun sonunda "Qazprom" və "National Iranian Gas Company" (NIGC) Rusiya qazının İrana tədarükünün təşkilinin inkişafı ilə bağlı strateji memorandum imzalayıb. Bu qədər qaz İrana nə üçün lazımdır? Rusiya Milli Enerji İnstitutunun baş direktorunun müavini Aleksandr Frolov bildirib ki, İranın qaza ehtiyacı var, çünki ölkə dünyada ikinci ən böyük ehtiyata malik olmasına baxmayaraq, tez-tez "mavi yanacaq" çatışmazlığı ilə üzləşir". Ekspert qeyd edib ki, İranda hasilatın artımı istehlakın artması ilə bağlıdır, bu da öz növbəsində İran iqtisadiyyatında baş verən iqtisadi proseslərlə əlaqədardır - İranda kifayət qədər yeraltı qaz anbarları yoxdur. Belə ki, Frolovun qənaətinə görə, İslam Respublikasında ümumi tutumu, təxminən 3,5 milyard kubmetr olan cəmi iki yeraltı qaz anbarı var. Yəni bu, lazım olduqda yeraltı qaz anbarlarının (YQA) məlumatlarına əsasən, vurula və çıxarıla bilən həcmdir. İki qaz anbarından sutkalıq hasilat gücü 30 milyon kubmetrdir, qış dövründə isə çatışmazlıq 200-300 milyon kubmetrə çatır. Yeni deyil, unudulmuş köhnə layihədir Ekspert hesab edir ki, İran hakimiyyəti 2028-ci ilə qədər yeraltı qaz anbarlarından qaz hasilatı tutumunun hazırkı 30 milyondan 100 milyon kubmetrə qədər artacağını gözləyir. Buna görə də başqa yerdən, məsələn, Rusiya Federasiyasından tədarüklər lazımdır. Frolov hesab edir ki, zəngin qaz ehtiyatlarını və inkişaf etmiş istehsal imkanlarını nəzərə alaraq, Rusiya bu cür tədarükü bəlkə də istənilən digər postsovet ölkəsindən daha tez təşkil edə bilər. Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 2 milyard kubmetr həcmində qaz tədarük etmək üçün kifayətdir və birinci mərhələdə onun İrana ixracı nəzərdə tutulub. Frolov hesab edir ki, Rusiya və İran arasında Azərbaycandan keçəcək qaz kəmərindən söhbət gedəndə, daha çox güman ki, yeni infrastrukturun tikintisi deyil, daha çox mövcud kəmərlərin genişləndirilməsi nəzərdə tutulur. Xatırladaq ki, Rusiya ilə Azərbaycan arasında quraşdırılmış gücü 13 milyard kubmetr olan Mozdok-Mahaçqala-Hacıqabul qaz kəməri işləyir. Əvvəllər o, Azərbaycan qazının Rusiyaya ildə 2 milyard kubmetrə qədər həcmdə əks tədarükünü həyata keçirmək üçün istifadə olunurdu. Digər tərəfdən, Azərbaycan və İranı Hacıqabul-Astara-Abadan qaz kəməri birləşdirir. Bu gün Azərbaycandan qaz onun vasitəsilə İrana göndərilir və bunun müqabilində İran Naxçıvan Muxtar Respublikasına qaz verir. Pakistan və Hindistana çatdırılmaları hesaba almaqla İran-Pakistan -Hindistan (İPH) layihəsi reallaşarsa, bu qaz kəməri ilə 55 milyard kubmetr qazın verilməsinə ehtiyac yaranacaq. Ekspert hesab edir ki, İranın hasilatın 100 milyard kubmetr həcmində böyük artımı nəzərə alınsa belə, belə bir layihə vəziyyəti daha da gərginləşdirə bilər və bunun qarşısını almaq üçün Rusiyadan tədarüklərin təşkili vacibdir. "Lakin eyni zamanda İranda daxili bazarda qazın qiymətləri müstəsna dərəcədə aşağıdır. İran bəlkə də dünyada ən ucuz qaza malik ölkədir. Bu isə infrastrukturun tikintisinə öz məhdudiyyətlərini qoyur, çünki onun tikintisi investisiya tələb edir. Ucuz qazla investisiyaların qaytarılması isə son dərəcə qeyri-müəyyən bir məsələdir", - Frolov bildirib. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban İPH-nin qaz təchizatı layihəsi haqqında danışarkən deyib ki, İran və Rusiyanın bəyan etdiyi 55 milyard kubmetr qaz mütləq Pakistana və daha sonra Hindistana tədarük üçün lazımdır. Eyni zamanda, ekspert qeyd edib ki, İran ərazisində bu qaz kəməri ilə bağlı işlərin böyük hissəsi başa çatıb. Bu layihənin köməyi ilə Rusiya Pakistan bazarına girə və beləliklə, Qərbdə də dəstəklənən TƏPH (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) layihəsini "dəfn edə" biləcək. Ekspertin sözlərinə görə, 55 milyard kubmetr Rusiya qazının tədarükü üçün nasos gücü, təxminən 16 milyard kubmetr olan ən azı üç qaz kəməri lazımdır. Şaban qeyd edib ki, bu layihələr böyük investisiyalar tələb edəcək. Rusiyanın Qərbə və Çinə mesajı "Sual yaranır: "mavi yanacaq" ehtiyatları baxımından dünyanın birinci və ikinci ölkələri arasında 55 milyard kubmetr qaz tədarükünə dair bu sazişin mənası nədir? Hesab edirəm ki, bu layihə Kommersiya layihəsindən daha çox siyasi iradə və qərardır", - Şaban bildirib. "Sputnik Azərbaycan"ın həmsöhbətinin sözlərinə görə, Rusiyanın İrana qaz tədarükünü 2 milyard kubmetrdən 55 milyard kubmetrə çatdırmaq barədə bəyanatları kollektiv Qərbə və Çinə bir növ mesajdır. Şabanın sözlərinə görə, İran son üç ildə qışda daxili istehlak üçün qaz qıtlığı yaşayır. 2024-cü ildə isə ilk dəfə olaraq yayda da qıtlıq yaranıb. Onun sözlərinə görə, istehlakın ən yüksək olduğu dövrdə ölkəyə 5 milyard kubmetr qaz lazımdır. Şaban hesab edir ki, Rusiya Pakistan və Hindistana qaz tədarükü layihəsinin həyata keçirilməsini elan etməklə Çinə Çin iqtisadiyyatının rəqiblərinin daha ucuz enerji resurslarına çıxış əldə edəcəyinə işarə edir. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20250111/berpa-olunan-enerji-menbelerine-qarsi-boru-2025-ci-ilde-energetikadan-ne-gozlemek-olar-469875679.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/15/470121877_99:0:2828:2047_1920x0_80_0_0_5524fcdb18f1a4062d33494e6575b7e8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
qaz, azərbaycan, hindistan, pakistan, iran, milyard, rusiya, tədarük, ekspert
qaz, azərbaycan, hindistan, pakistan, iran, milyard, rusiya, tədarük, ekspert
Pakistan və Hindistanı nəzərə alaraq: Azərbaycan Rusiya qazını İrana tədarükə hazırdırmı?
Əvvəllər Rusiya və İran arasında Xəzər dənizinin dibi ilə qaz kəmərinin çəkilməsi variantı nəzərdən keçirilirdi, lakin Rusiyanın Energetika Nazirliyinin qeyd etdiyi kimi, qaz kəmərinin Azərbaycandan keçəcəyi marşrut artıq razılaşdırılıb.
BAKI, 24 yanvar — Sputnik. Rusiya-İran yeni qaz kəməri artıq rəsmi olaraq Azərbaycan ərazisindən keçəcək və Rusiyadan İrana ildə, təxminən 2 milyard kubmetr metan nəqlinə imkan verəcək. Sonradan tədarükün daha da artırılıb 55 milyard kubmetrə qədər çatdırılması nəzərdə tutulub.
Layihənin müzakirəsinin ilkin mərhələlərində Rusiya ilə İran arasında Xəzər dənizinin dibi ilə qaz kəmərinin çəkilməsi variantı da nəzərdən keçirilib, lakin Rusiya Energetika Nazirliyinin rəhbəri Sergey Tsivilyovun qeyd etdiyi kimi, Azərbaycandan keçən qaz kəməri marşrutunun çəkilməsi artıq razılaşdırılıb.
İran tərəfi daha əvvəl qeyd etmişdi ki, Xəzər dənizi vasitəsilə Rusiyadan İrana gündəlik, təqribən 300 milyon kubmetr qaz tədarük ediləcək. 2024-cü il iyunun sonunda "Qazprom" və "National Iranian Gas Company" (NIGC) Rusiya qazının İrana tədarükünün təşkilinin inkişafı ilə bağlı strateji memorandum imzalayıb.
Bu qədər qaz İrana nə üçün lazımdır?
Rusiya Milli Enerji İnstitutunun baş direktorunun müavini Aleksandr Frolov bildirib ki, İranın qaza ehtiyacı var, çünki ölkə dünyada ikinci ən böyük ehtiyata malik olmasına baxmayaraq, tez-tez "mavi yanacaq" çatışmazlığı ilə üzləşir".
"Bu, paradoksdur, amma faktdır. İranda qaz hasilatı son on ildə, demək olar ki, 100 milyard kubmetr artıb və hazırda 250 milyard kubmetr civarındadır. Bu qazın böyük əksəriyyəti daxili bazara gedir, artıq həcmlər isə ixrac edilir. Düşünmək olar ki, belə bir şəraitdə çatışmamazlıqla necə üzləşmək olar. Amma, göründüyü kimi, sadəcə olaraq", - Frolov "Sputnik Azərbaycan"a müsahibəsində bildirib.
Ekspert qeyd edib ki, İranda hasilatın artımı istehlakın artması ilə bağlıdır, bu da öz növbəsində İran iqtisadiyyatında baş verən iqtisadi proseslərlə əlaqədardır - İranda kifayət qədər yeraltı qaz anbarları yoxdur.
Belə ki, Frolovun qənaətinə görə, İslam Respublikasında ümumi tutumu, təxminən 3,5 milyard kubmetr olan cəmi iki yeraltı qaz anbarı var. Yəni bu, lazım olduqda yeraltı qaz anbarlarının (YQA) məlumatlarına əsasən, vurula və çıxarıla bilən həcmdir. İki qaz anbarından sutkalıq hasilat gücü 30 milyon kubmetrdir, qış dövründə isə çatışmazlıq 200-300 milyon kubmetrə çatır.
"2024-cü ilin dekabrında gündəlik qaz çatışmazlığı, təxminən 350 milyon kubmetr təşkil edib, yəni bu o deməkdir ki, YQA çatışmazlığı şəraitində, bunu qismən aradan qaldıra biləcək qaz nəqli güclərinin inkişaf etməməsi şəraitində İranda bir sıra istehlakçılar qışda qaz çatışmazlığı ilə üzləşirlər. Bundan başqa, ötən ilin sonunda 17 elektrik stansiyası elektrik enerjisi istehsalını müvəqqəti dayandırmaq məcburiyyətində qalıb. Həm iqtisadiyyat, həm də istehsal sahələri bundan zərər görüblər, çünki elektrik enerjisi təkcə əhaliyə lazım deyil", - Frolov bildirib.
Yeni deyil, unudulmuş köhnə layihədir
Ekspert hesab edir ki, İran hakimiyyəti 2028-ci ilə qədər yeraltı qaz anbarlarından qaz hasilatı tutumunun hazırkı 30 milyondan 100 milyon kubmetrə qədər artacağını gözləyir. Buna görə də başqa yerdən, məsələn, Rusiya Federasiyasından tədarüklər lazımdır. Frolov hesab edir ki, zəngin qaz ehtiyatlarını və inkişaf etmiş istehsal imkanlarını nəzərə alaraq, Rusiya bu cür tədarükü bəlkə də istənilən digər postsovet ölkəsindən daha tez təşkil edə bilər.
"Sadəcə, mövcud imkanlarımız olduğuna görə İrana qaz ixracı üçün xüsusi olaraq nəyisə kəşf etməyə ehtiyacımız yoxdur. Üstəlik, ilk mərhələdə Azərbaycana doğru gedərək bu cür tədarükün təşkili üçün qaz nəqli infrastrukturunu qurmağa belə ehtiyac yoxdur", - ekspert bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 2 milyard kubmetr həcmində qaz tədarük etmək üçün kifayətdir və birinci mərhələdə onun İrana ixracı nəzərdə tutulub.
Frolov hesab edir ki, Rusiya və İran arasında Azərbaycandan keçəcək qaz kəmərindən söhbət gedəndə, daha çox güman ki, yeni infrastrukturun tikintisi deyil, daha çox mövcud kəmərlərin genişləndirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Rusiya ilə Azərbaycan arasında quraşdırılmış gücü 13 milyard kubmetr olan Mozdok-Mahaçqala-Hacıqabul qaz kəməri işləyir. Əvvəllər o, Azərbaycan qazının Rusiyaya ildə 2 milyard kubmetrə qədər həcmdə əks tədarükünü həyata keçirmək üçün istifadə olunurdu. Digər tərəfdən, Azərbaycan və İranı Hacıqabul-Astara-Abadan qaz kəməri birləşdirir. Bu gün Azərbaycandan qaz onun vasitəsilə İrana göndərilir və bunun müqabilində İran Naxçıvan Muxtar Respublikasına qaz verir.
Pakistan və Hindistana çatdırılmaları hesaba almaqla
İran-Pakistan -Hindistan (İPH) layihəsi reallaşarsa, bu qaz kəməri ilə 55 milyard kubmetr qazın verilməsinə ehtiyac yaranacaq.
Ekspert hesab edir ki, İranın hasilatın 100 milyard kubmetr həcmində böyük artımı nəzərə alınsa belə, belə bir layihə vəziyyəti daha da gərginləşdirə bilər və bunun qarşısını almaq üçün Rusiyadan tədarüklərin təşkili vacibdir.
"Lakin eyni zamanda İranda daxili bazarda qazın qiymətləri müstəsna dərəcədə aşağıdır. İran bəlkə də dünyada ən ucuz qaza malik ölkədir. Bu isə infrastrukturun tikintisinə öz məhdudiyyətlərini qoyur, çünki onun tikintisi investisiya tələb edir. Ucuz qazla investisiyaların qaytarılması isə son dərəcə qeyri-müəyyən bir məsələdir", - Frolov bildirib.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban İPH-nin qaz təchizatı layihəsi haqqında danışarkən deyib ki, İran və Rusiyanın bəyan etdiyi 55 milyard kubmetr qaz mütləq Pakistana və daha sonra Hindistana tədarük üçün lazımdır.
Eyni zamanda, ekspert qeyd edib ki, İran ərazisində bu qaz kəməri ilə bağlı işlərin böyük hissəsi başa çatıb. Bu layihənin köməyi ilə Rusiya Pakistan bazarına girə və beləliklə, Qərbdə də dəstəklənən TƏPH (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) layihəsini "dəfn edə" biləcək.
"Kreml başa düşür ki, 55 milyard kubmetr həcmdə tədarük üçün, təxminən 20 milyard dollar investisiya lazımdır, çünki həm Rusiya, həm Azərbaycan, həm də İran ərazisində infrastruktur yaratmaq gərəkdir. Belə həcmdə neft ixrac etmək üçün həcmində, bu ölkələrin ərazisində bir neçə qaz kəməri yaratmaq lazım gələcək, necə ki, vaxtilə Ukraynada Rusiya ilə Qərb arasında 10-a yaxın qaz kəməri tikilmişdi ki, bu da Ukrayna ərazisindən 160 milyard kubmetr Rusiya qazının tədarükünə imkan verirdi", - Şaban "Sputnik Azərbaycan"a bildirib.
Ekspertin sözlərinə görə, 55 milyard kubmetr Rusiya qazının tədarükü üçün nasos gücü, təxminən 16 milyard kubmetr olan ən azı üç qaz kəməri lazımdır. Şaban qeyd edib ki, bu layihələr böyük investisiyalar tələb edəcək.
Rusiyanın Qərbə və Çinə mesajı
"Sual yaranır: "mavi yanacaq" ehtiyatları baxımından dünyanın birinci və ikinci ölkələri arasında 55 milyard kubmetr qaz tədarükünə dair bu sazişin mənası nədir? Hesab edirəm ki, bu layihə Kommersiya layihəsindən daha çox siyasi iradə və qərardır", - Şaban bildirib.
"Sputnik Azərbaycan"ın həmsöhbətinin sözlərinə görə, Rusiyanın İrana qaz tədarükünü 2 milyard kubmetrdən 55 milyard kubmetrə çatdırmaq barədə bəyanatları kollektiv Qərbə və Çinə bir növ mesajdır.
"Niyə ixracın ilkin mərhələsində məhz 2 milyard kubmetrdən danışırlar? Çünki Azərbaycanla İran arasında qaz kəmərinin gücü maksimum düz 2 milyard kubmetrdir", - Şaban qeyd edib.
Şabanın sözlərinə görə, İran son üç ildə qışda daxili istehlak üçün qaz qıtlığı yaşayır. 2024-cü ildə isə ilk dəfə olaraq yayda da qıtlıq yaranıb. Onun sözlərinə görə, istehlakın ən yüksək olduğu dövrdə ölkəyə 5 milyard kubmetr qaz lazımdır.
Şaban hesab edir ki, Rusiya Pakistan və Hindistana qaz tədarükü layihəsinin həyata keçirilməsini elan etməklə Çinə Çin iqtisadiyyatının rəqiblərinin daha ucuz enerji resurslarına çıxış əldə edəcəyinə işarə edir.
"Rusiya Çin bazarına, təxminən 80 milyard kubmetr boru kəməri qazı tədarük etməyi planlaşdırırdı, lakin ölkə bu rəqəmi cəmi 50 milyarda çatdıra bilib. Çin infrastruktur yaratmaq üçün investisiyalarda maraqlı deyil və yaxşı qiymət təklif etmir. Buna görə də, "Sibirin gücü-2" layihəsi bu gün müzakirə edilmir. Rusiya İranla 55 milyard kubmetr qaz tədarükünü müzakirə etməklə isə, RF Çin və Qərbə Rusiyanın əlçatan enerji resurslarını itirdiklərini açıq şəkildə göstərir", - Şaban sözünü yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.