https://sputnik.az/20250124/kv-tramp-ukrayna-munaqisesi-ile-bagli-taktikasini-deyisdi-470197153.html
KİV: Tramp Ukrayna münaqişəsi ilə bağlı taktikasını dəyişdi
KİV: Tramp Ukrayna münaqişəsi ilə bağlı taktikasını dəyişdi
Sputnik Azərbaycan
Trampın Rusiya ilə bağlı ultimatumlarına qarşı RF-in sərt cavabı - Moskva ilə ultimatum dilində danışmaq olmaz. 24.01.2025, Sputnik Azərbaycan
2025-01-24T23:08+0400
2025-01-24T23:08+0400
2025-01-24T23:08+0400
donald tramp
dünya xəbərləri
ukrayna
münaqişə
tramp
abş prezidenti donald tramp
https://cdnn1.img.sputnik.az/img/07e6/04/05/440810158_0:0:3071:1728_1920x0_80_0_0_4fb219ca89901c8f020ef2934f04c197.jpg
BAKI, 24 yanvar - Sputnik. ABŞ-ın hazırkı Prezidenti Donald Tramp cəmi bir neçə gündür ki, vəzifədədir və artıq Ukraynadakı münaqişənin həllinə yanaşmasını dəyişib. Bu barədə “The Conversation” nəşri yazır. “Tramp cəmi bir neçə gündür ki, vəzifədə olmasına baxmayaraq artıq Ukraynadakı münaqişə ilə bağlı fərqli danışır”, məqalədə deyilir. Nəşrin analitikləri həmçinin qeyd edirlər ki, Donald Tramp ritorikasını dəyişib və indi onun Rusiya ilə bağlı ultimatumları daha çox Co Baydenin siyasətini xatırladır. Lakin Trampın artıq verdiyi bəyanatlar onun ABŞ-ın keçmiş liderindən daha irəli getməyə hazır olduğunu göstərir. Bu yaxınlarda bildirilib ki, Tramp Moskvanın ABŞ-a tədarük etdiyi bütün mallara yeni rüsumlar tətbiq etməyə hazır olduğunu qeyd edib. Sonra o, Rusiyanın danışıqlar masasına oturmadığı təqdirdə "daha dəhşətli nəticələr" barədə xəbərdarlıq edib. Rusiya hakimiyyəti isə bəyan edib ki, Moskva ilə ultimatum dilində danışmaq olmaz.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/05/440810158_107:0:2838:2048_1920x0_80_0_0_6ab84395ffed9fded57798a3b25007dc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
donald tramp, ukrayna, münaqişə, tramp, abş prezidenti donald tramp
donald tramp, ukrayna, münaqişə, tramp, abş prezidenti donald tramp
KİV: Tramp Ukrayna münaqişəsi ilə bağlı taktikasını dəyişdi
Trampın Rusiya ilə bağlı ultimatumlarına qarşı RF-in sərt cavabı - Moskva ilə ultimatum dilində danışmaq olmaz.
BAKI, 24 yanvar - Sputnik. ABŞ-ın hazırkı Prezidenti Donald Tramp cəmi bir neçə gündür ki, vəzifədədir və artıq Ukraynadakı münaqişənin həllinə yanaşmasını dəyişib.
Bu barədə “The Conversation” nəşri yazır.
“Tramp cəmi bir neçə gündür ki, vəzifədə olmasına baxmayaraq artıq Ukraynadakı münaqişə ilə bağlı fərqli danışır”, məqalədə deyilir.
Nəşrin analitikləri həmçinin qeyd edirlər ki, Donald Tramp ritorikasını dəyişib və indi onun Rusiya ilə bağlı ultimatumları daha çox Co Baydenin siyasətini xatırladır. Lakin Trampın artıq verdiyi bəyanatlar onun ABŞ-ın keçmiş liderindən daha irəli getməyə hazır olduğunu göstərir.
Bu yaxınlarda bildirilib ki, Tramp Moskvanın ABŞ-a tədarük etdiyi bütün mallara yeni rüsumlar tətbiq etməyə hazır olduğunu qeyd edib. Sonra o, Rusiyanın danışıqlar masasına oturmadığı təqdirdə "daha dəhşətli nəticələr" barədə xəbərdarlıq edib. Rusiya hakimiyyəti isə bəyan edib ki, Moskva ilə ultimatum dilində danışmaq olmaz.