https://sputnik.az/20250124/estetik-qocular---klinikaya-yoxlamaya-gelen-nazirlik-iscilerinin-basina-telefon-cirpildi-470186855.html
AEM “Laser Beauty Estetik Klinikası”nda aparılan yoxlamaya dair iddialara cavab verib
AEM “Laser Beauty Estetik Klinikası”nda aparılan yoxlamaya dair iddialara cavab verib
Sputnik Azərbaycan
Klinikada çoxlu sayda (30 nəfərdən çox) sertifikasiyadan keçmədən praktik özəl tibbi fəaliyyəti ilə məşğul olma faktları aşkarlanıb. 24.01.2025, Sputnik Azərbaycan
2025-01-24T19:35+0400
2025-01-24T19:35+0400
2025-01-24T19:52+0400
klinika
cəmiyyət
nazirlik
səhiyyə nazirliyi
özəl klinika
estetik əməliyyat
telefon
https://cdnn1.img.sputnik.az/img/07e9/01/18/470186688_0:308:3072:2036_1920x0_80_0_0_90a38c8154326c5b07a6bd2d31f68712.jpg
BAKI, 24 yanvar — Sputnik. Analitik Ekspertiza Mərkəzi “Laser Beauty Estetik Klinikası” MMC-də aparılan yoxlamaya dair iddialara cavab verib. Cavabda deyilir: "Klinika rəhbərinin iddiasında deyilir: - “Soyuducunun dərəcəsini yarım saatdan bir ölçməliyik. Əgər mən həmin soyuducuda buz saxlayıb prosedurdan sonra dodağa qoyuramsa, o soyuducunun dərəcəsini niyə ölçüm?”. AEM-in buna cavabı: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 01 saylı, 11 yanvar 2018-ci il tarixli Əczaçılıq fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə Qərarının 7.14.4 ci bəndinə əsasən “Dərman vasitələrinin saxlandığı sahələrdə temperatur, rütubət və havalandırma göstəriciləri sutkada bir dəfə qeydə alınaraq temperatur, rütubət və havalandırma göstəricilərinin qeydiyyat xəritəsi aparılır”. Bu məlumatlar “Temperatur qeydiyyat vərəqəsi”ndə qeyd edilməlidir. AEM-in əməkdaşları həmin vərəqəni klinikanın direktoru Cəfərova Yeganə Səlim qızına şəxsən təqdim ediblər. Rəna Soltanova ikinci iddiası belədir: “Digər səbəb isə əvvəlki stomatoloqun burada qalan əşyaları ilə bağlı olub. Stomatoloji otaqda cərrahi prosedur həyata keçirilməyib. Sadəcə, stomatoloqun müəyyən əşyaları burada qalıb. Burada ümumiyyətlə cərrahiyyə yoxdur. Mən həm də yazaram, bir otağımda 500-ə yaxın kitab var. İndi bu o deməkdir ki, həmin otaq kitabxanadır?". AEM-in bu iddiaya cavabı belədir: "Səhiyyə Nazirliyinin 07.04.2009-cu il tarixli 37 nömrəli əmri ilə təsdiq olunan “Tibb müəssisələrində sanitar-epidemioloji tələblərə dair” Qaydalarının 4-cü bəndinə əsasən, hər bir lisenziya üzrə fəaliyyət üçün icazə verilən işlərə uyğun ayrıca şərait yaradılmalıdır. Klinikada isə “cərrahi-stomatologiya” və “diş texniki” işləri üçün icazə olmamasına baxmayaraq, (lisenziyadan kənar fəaliyyət) fəaliyyət göstərmələri aşkarlanıb. Bir stomatoloji otaqda qanuna zidd olaraq, həm vizioqraf, həm diş texniklərinə aid avadanlıqlar, implant qoyulması üçün iki ədəd işlək vəziyyətdə fiziodispenser, cərrahi tikiş materialları, abatmen və paketlənən, sterilizasiya edilən, lakin saxlama şərtlərinə riayət edilməyən cərrahi stomatoloji alətlər – kəlbətin və elevatorlar aşkar edilib. Həmçinin, stomatoloji işlərə aid sənədlər yoxlanılarkən, AEM-in yoxlayıcı-mütəxəssislərinə iki həkim-stomatoloqların və bir diş texnikinin şəxsi işləri təqdim edilib. Həkimlərdən birinin (Əliyev Elşən Alik oğlu) sertifikatının olmaması aşkarlanıb, diş texnikinin isə təhsilini təsdiq edən sənəd yoxlamaya təqdim edilməyib. Eyni zamanda, hər həkimin vəzifə öhdəliklərində tibbi qeydiyyat sənədlərinin aparılması və bu prosesə nəzarət baş həkimin səlahiyyətlərinə aiddir. Vəzifə borclarını yerinə yetirmədiklərinə görə bütün tibb işçiləri məsuliyyət daşıyırlar". Üçüncü iddiada deyilir: “Klinikada lazer epilyasiyası ustalarının və SMM işlərini həyata keçirən işçilərin tibb bacısı olmamaları da onlara nöqsan kimi göstərilməsi”. - “Mən onlardan soruşuram ki, lazer epilyasiyası üçün hara gedirsiniz? Deyirlər, gözəllik salonlarına. Onlardan soruşdum ki, bəs deyirsiniz, gözəllik salonlarında lazer epilyasiyası etdirmək olmaz. Bəs niyə onları yoxlamırsınız? Mənə cavab verdilər ki, onların lisenziyası yoxdur deyə yoxlama apara bilmirlər. Mən də bildirdim ki, bizim lisenziyamız var deyə yoxlama aparılır və belə xırda nöqsanlar tutulur, amma onların lisenziyası yoxdur deyə heç yoxlama da apara bilmirsiniz. Sonda mənə deyiləndə ki sizin "İnstagram" üçün video çəkən işçiniz də tibb bacısı olmalıdır, bu məqamda mən donub qaldım. Qanun qarşısında nə deyə bilərəm ki?! Amma mən əminəm ki, bu, belə qalmaz". AEM-in üçüncü iddiaya cavabı belədir: "Araşdırma zamanı yoxlayıcılar SMM-menecerinin (Əsədova Kəmalə Nazim qızı) , administrator (Şükürova Lalə Şirzat qızı), sürücü (Nəsirov Vahid Çingiz oğlu), xəzinədar (Daşdanova Aynur tariyel qızı) və sair qeyri-tibb personalının şəxsi işlərinin təqdim edilməsi tələb olunmayıb. Gözəllik salonlarında aparılan yoxlama prosedurlarına gəldikdə, klinikada yoxlama zamanı mütəxəssislər rəhbərliyə hansı hallarda yoxlamalrın aparılmasını izah ediblər. Diqqətə çatdırılıb ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu”na uyğun olaraq plandankənar və planlı yoxlamalar hansı hallarda aparıla bilər. AEM əməkdaşlarına ünvanlanan daha bir ittiham: “Yoxlama zamanı nazirlik əməkdaşlarına müqavimət göstərilməsi ilə bağlı məqama gəlincə isə Rəna Soltanova bunu da təkzib edib: "Yoxlama zamanı göstərilən nöqsanlar absurd idi. Bizə lisenziyanı Analitik Ekspertiza Mərkəzi verib. Buna görə yoxlama zamanı səslənən nöqsanlara, sadəcə, emosional reaksiya vermişəm. Onlarla ağlaya-ağlaya danışmışam. Bunu şiddət kimi qələmə veriblər". Qeyd edək ki, Azərbaycanda faəliyyət göstərən özəl tibb müsəssisələrinə lisenziya AEM tərəfindən deyil, Səhiyyə Nazirliyinin rəyi əsasında İqtisadiyyat Nazirliyi tərəfindən verilir. O ki, qaldı “emosional reaksiya”ya, dövlət qurumunun əməkdaşlarının öz vəzifə borclarını yerinə yetirməsi zamanı mobil telefonun üzərlərinə çırpılması, yüksək tonla danışılması, yuxarı instansiyalara şikayət və nəitcədə işdən qovulmaqla təhdid etməsi, və bu əməllərin bir müəssisənin baş həkimi tərəfindən edilməsi, əslində həmin şəxsin vəzifə səlahiyyətləri aşmasıdır ki, bununla da Rəna Soltanova baş həkimin vəzifə təlimatlarnı oxumaqla tanış ola bilər. Vəzifə təlimatlarına uyğun olaraq, baş həkim nəinkui özünün, əməkdaşlarının da etik davranış qaydalarına necə riayət etməsinə nəzarət etməlidir. Son olaraq bildirmək istəyirik ki, Azərbaycan hüquqi dövlətdir. Qeyd olunan klinikanın rəhbərliyi Analitik Ekspertiza Mərkəzinin yoxlama zamanı hər hansı bir qanun pozuntusuna yol verdiyini hesab edirsə, aidiyyəti dövlət qurumlarına müraciət edə bilərlər", - AEM-in cavabında deyilir.***"Laser Beauty Estetik Klinikası"nda qanunsuzluğu üzə çıxardan Nazirliyin işçilərinə müqavimət göstərilib. "Laser Beauty Estetik Klinikası" MMC Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşlarına özəl klinikada yoxlama apararkən müqavimət göstərib. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən məlumat verilib. "Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlayıcı-mütəxəssisləri tərəfindən 22 yanvar 2025-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küç., məhəlllə 507-511 ünvanda yerləşən "Laser Beauty Estetik Klinikası" MMC–yə məxsus özəl tibb müəssisəsində planlı yoxlamaya başlanılıb. Proses 23 yanvar 2025-ci il tarixində davam etdirilib. Yoxlama zamanı lisenziyanın şərtlərinə riayət olunması, özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssisləri sertifikasiyaya cəlb edilməsi, lisenziyada nəzərdə tutulan işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilirməsinin qanunauyğunluğu araşdırılıb. Müəssisəyə baxış keçirilən zaman stomatoloji otaqda sanitar-epidemioloji tələblərə dair qaydalara riayət etmədən, "cərrahi-stomatoloji", "rentgenoloji", "diş texniki" işlərinin həyata keçirilməsi üçün şəraitin yaradılması faktı aşkar edilib. Bundan əlavə, aradan qaldırılması vacib olan çoxsaylı digər nöqsanlar aşkar olunub. Həmçinin, müəssisədə ixtisasa uyğun vəzifəyə təyin edilməməsi faktı müəyyənləşib. Bununla yanaşı, müəssisədə çoxlu sayda (30 nəfərdən çox) sertifikasiyadan keçmədən praktik özəl tibbi fəaliyyəti ilə məşğul olma faktları aşkarlanıb. Müəssisədə lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi də müəyyən olunub. Baş verənlərlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilib. Mövcud qanunvericiliyə əsasən klinikanın fəaliyyətinin dayandırılması istiqamətində zəruri tədbirlər görülür. Xatırladaq ki, jurnalist Qənirə Ataşovanın paylaşdığı məlumatda "Laser Beauty Clinik"də çalışan estetik həkim Rüfət Nigar Rüfətin tibb işçilərinin sertifikasiya prosesindən keçmədiyi iddia edilir. Q. Ataşova bunu təsdiqləyən vəkil sorğusunu da öz səhifəsində paylaşıb.Səhiyyə Nazirliyindən isə vəkil sorğusuna verilmiş cavabda qeyd olunub ki, Nigar Rüfətin "Azərbaycan Respublikasında tibb və əczazçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyester"ində onun barədə məlumat müəyyən edilməmişdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/18/470186688_341:0:3072:2048_1920x0_80_0_0_baf2c528cb84e33ad1b474f324001b6c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
klinika, nazirlik, səhiyyə nazirliyi, özəl klinika, estetik əməliyyat, telefon
klinika, nazirlik, səhiyyə nazirliyi, özəl klinika, estetik əməliyyat, telefon
AEM “Laser Beauty Estetik Klinikası”nda aparılan yoxlamaya dair iddialara cavab verib
19:35 24.01.2025 (Yenilənib: 19:52 24.01.2025) Klinikada çoxlu sayda (30 nəfərdən çox) sertifikasiyadan keçmədən praktik özəl tibbi fəaliyyəti ilə məşğul olma faktları aşkarlanıb.
BAKI, 24 yanvar — Sputnik. Analitik Ekspertiza Mərkəzi “Laser Beauty Estetik Klinikası” MMC-də aparılan yoxlamaya dair iddialara cavab verib.
Cavabda deyilir: "Klinika rəhbərinin iddiasında deyilir: - “Soyuducunun dərəcəsini yarım saatdan bir ölçməliyik. Əgər mən həmin soyuducuda buz saxlayıb prosedurdan sonra dodağa qoyuramsa, o soyuducunun dərəcəsini niyə ölçüm?”. AEM-in buna cavabı: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 01 saylı, 11 yanvar 2018-ci il tarixli Əczaçılıq fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə Qərarının 7.14.4 ci bəndinə əsasən “Dərman vasitələrinin saxlandığı sahələrdə temperatur, rütubət və havalandırma göstəriciləri sutkada bir dəfə qeydə alınaraq temperatur, rütubət və havalandırma göstəricilərinin qeydiyyat xəritəsi aparılır”. Bu məlumatlar “Temperatur qeydiyyat vərəqəsi”ndə qeyd edilməlidir. AEM-in əməkdaşları həmin vərəqəni klinikanın direktoru Cəfərova Yeganə Səlim qızına şəxsən təqdim ediblər.
Rəna Soltanova ikinci iddiası belədir: “Digər səbəb isə əvvəlki stomatoloqun burada qalan əşyaları ilə bağlı olub. Stomatoloji otaqda cərrahi prosedur həyata keçirilməyib. Sadəcə, stomatoloqun müəyyən əşyaları burada qalıb. Burada ümumiyyətlə cərrahiyyə yoxdur. Mən həm də yazaram, bir otağımda 500-ə yaxın kitab var. İndi bu o deməkdir ki, həmin otaq kitabxanadır?". AEM-in bu iddiaya cavabı belədir: "Səhiyyə Nazirliyinin 07.04.2009-cu il tarixli 37 nömrəli əmri ilə təsdiq olunan “Tibb müəssisələrində sanitar-epidemioloji tələblərə dair” Qaydalarının 4-cü bəndinə əsasən, hər bir lisenziya üzrə fəaliyyət üçün icazə verilən işlərə uyğun ayrıca şərait yaradılmalıdır. Klinikada isə “cərrahi-stomatologiya” və “diş texniki” işləri üçün icazə olmamasına baxmayaraq, (lisenziyadan kənar fəaliyyət) fəaliyyət göstərmələri aşkarlanıb. Bir stomatoloji otaqda qanuna zidd olaraq, həm vizioqraf, həm diş texniklərinə aid avadanlıqlar, implant qoyulması üçün iki ədəd işlək vəziyyətdə fiziodispenser, cərrahi tikiş materialları, abatmen və paketlənən, sterilizasiya edilən, lakin saxlama şərtlərinə riayət edilməyən cərrahi stomatoloji alətlər – kəlbətin və elevatorlar aşkar edilib. Həmçinin, stomatoloji işlərə aid sənədlər yoxlanılarkən, AEM-in yoxlayıcı-mütəxəssislərinə iki həkim-stomatoloqların və bir diş texnikinin şəxsi işləri təqdim edilib. Həkimlərdən birinin (Əliyev Elşən Alik oğlu) sertifikatının olmaması aşkarlanıb, diş texnikinin isə təhsilini təsdiq edən sənəd yoxlamaya təqdim edilməyib. Eyni zamanda, hər həkimin vəzifə öhdəliklərində tibbi qeydiyyat sənədlərinin aparılması və bu prosesə nəzarət baş həkimin səlahiyyətlərinə aiddir. Vəzifə borclarını yerinə yetirmədiklərinə görə bütün tibb işçiləri məsuliyyət daşıyırlar".
Üçüncü iddiada deyilir: “Klinikada lazer epilyasiyası ustalarının və SMM işlərini həyata keçirən işçilərin tibb bacısı olmamaları da onlara nöqsan kimi göstərilməsi”. - “Mən onlardan soruşuram ki, lazer epilyasiyası üçün hara gedirsiniz? Deyirlər, gözəllik salonlarına. Onlardan soruşdum ki, bəs deyirsiniz, gözəllik salonlarında lazer epilyasiyası etdirmək olmaz. Bəs niyə onları yoxlamırsınız? Mənə cavab verdilər ki, onların lisenziyası yoxdur deyə yoxlama apara bilmirlər. Mən də bildirdim ki, bizim lisenziyamız var deyə yoxlama aparılır və belə xırda nöqsanlar tutulur, amma onların lisenziyası yoxdur deyə heç yoxlama da apara bilmirsiniz. Sonda mənə deyiləndə ki sizin "İnstagram" üçün video çəkən işçiniz də tibb bacısı olmalıdır, bu məqamda mən donub qaldım. Qanun qarşısında nə deyə bilərəm ki?! Amma mən əminəm ki, bu, belə qalmaz".
AEM-in üçüncü iddiaya cavabı belədir: "Araşdırma zamanı yoxlayıcılar SMM-menecerinin (Əsədova Kəmalə Nazim qızı) , administrator (Şükürova Lalə Şirzat qızı), sürücü (Nəsirov Vahid Çingiz oğlu), xəzinədar (Daşdanova Aynur tariyel qızı) və sair qeyri-tibb personalının şəxsi işlərinin təqdim edilməsi tələb olunmayıb. Gözəllik salonlarında aparılan yoxlama prosedurlarına gəldikdə, klinikada yoxlama zamanı mütəxəssislər rəhbərliyə hansı hallarda yoxlamalrın aparılmasını izah ediblər. Diqqətə çatdırılıb ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu”na uyğun olaraq plandankənar və planlı yoxlamalar hansı hallarda aparıla bilər. AEM əməkdaşlarına ünvanlanan daha bir ittiham: “Yoxlama zamanı nazirlik əməkdaşlarına müqavimət göstərilməsi ilə bağlı məqama gəlincə isə Rəna Soltanova bunu da təkzib edib: "Yoxlama zamanı göstərilən nöqsanlar absurd idi. Bizə lisenziyanı Analitik Ekspertiza Mərkəzi verib. Buna görə yoxlama zamanı səslənən nöqsanlara, sadəcə, emosional reaksiya vermişəm. Onlarla ağlaya-ağlaya danışmışam. Bunu şiddət kimi qələmə veriblər".
Qeyd edək ki, Azərbaycanda faəliyyət göstərən özəl tibb müsəssisələrinə lisenziya AEM tərəfindən deyil, Səhiyyə Nazirliyinin rəyi əsasında İqtisadiyyat Nazirliyi tərəfindən verilir. O ki, qaldı “emosional reaksiya”ya, dövlət qurumunun əməkdaşlarının öz vəzifə borclarını yerinə yetirməsi zamanı mobil telefonun üzərlərinə çırpılması, yüksək tonla danışılması, yuxarı instansiyalara şikayət və nəitcədə işdən qovulmaqla təhdid etməsi, və bu əməllərin bir müəssisənin baş həkimi tərəfindən edilməsi, əslində həmin şəxsin vəzifə səlahiyyətləri aşmasıdır ki, bununla da Rəna Soltanova baş həkimin vəzifə təlimatlarnı oxumaqla tanış ola bilər. Vəzifə təlimatlarına uyğun olaraq, baş həkim nəinkui özünün, əməkdaşlarının da etik davranış qaydalarına necə riayət etməsinə nəzarət etməlidir.
Son olaraq bildirmək istəyirik ki, Azərbaycan hüquqi dövlətdir. Qeyd olunan klinikanın rəhbərliyi Analitik Ekspertiza Mərkəzinin yoxlama zamanı hər hansı bir qanun pozuntusuna yol verdiyini hesab edirsə, aidiyyəti dövlət qurumlarına müraciət edə bilərlər", - AEM-in cavabında deyilir.
"Laser Beauty Estetik Klinikası"nda qanunsuzluğu üzə çıxardan Nazirliyin işçilərinə müqavimət göstərilib. "Laser Beauty Estetik Klinikası" MMC Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşlarına özəl klinikada yoxlama apararkən müqavimət göstərib. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən məlumat verilib.
"Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlayıcı-mütəxəssisləri tərəfindən 22 yanvar 2025-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küç., məhəlllə 507-511 ünvanda yerləşən "Laser Beauty Estetik Klinikası" MMC–yə məxsus özəl tibb müəssisəsində planlı yoxlamaya başlanılıb. Proses 23 yanvar 2025-ci il tarixində davam etdirilib. Yoxlama zamanı lisenziyanın şərtlərinə riayət olunması, özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssisləri sertifikasiyaya cəlb edilməsi, lisenziyada nəzərdə tutulan işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilirməsinin qanunauyğunluğu araşdırılıb.
Yoxlama nəticəsində məlum olub ki, tibbi qeydiyyat sənədləri Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən forma və qaydalar üzrə aparılmır. Müəssisədə istifadə edilən tibbi avadanlıqların normativ-texniki tələblərə uyğunluğu barədə təsdiqedici sənədlər yoxlamaya natamam təqdim edilib. Dərman vasitələrinin saxlandığı soyuducularda termometr aşkar edilməyib həmçinin, "temperatur qeydiyyat vərəqəsi" də aparılmır. İonlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisənin "radioloji-gigiyenik pasport sənədi" yoxlamaya təqdim olunmayıb.
Müəssisəyə baxış keçirilən zaman stomatoloji otaqda sanitar-epidemioloji tələblərə dair qaydalara riayət etmədən, "cərrahi-stomatoloji", "rentgenoloji", "diş texniki" işlərinin həyata keçirilməsi üçün şəraitin yaradılması faktı aşkar edilib. Bundan əlavə, aradan qaldırılması vacib olan çoxsaylı digər nöqsanlar aşkar olunub. Həmçinin, müəssisədə ixtisasa uyğun vəzifəyə təyin edilməməsi faktı müəyyənləşib. Bununla yanaşı, müəssisədə çoxlu sayda (30 nəfərdən çox) sertifikasiyadan keçmədən praktik özəl tibbi fəaliyyəti ilə məşğul olma faktları aşkarlanıb.
Müəssisədə lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi də müəyyən olunub.
Xüsusi ilə qeyd edək ki, yoxlama zamanı baş həkim Rəna Soltanova, klinikanın rəhbəri Yeganə Cəfərova tərəfindən AEM-in yoxlayıcı-mütəxəssislərinə qarşı qeyri-etik davranış nümayiş etdirilib (qışqırıb, telefonu AEM-in mütəxəssislərinin üzərinə çırpıb və yuxarı instansiyalar şikayət edərək, işdən çıxartdırmaqla hədələyiblər) və müqavimət göstərilib. Yoxlamanın nəticəsində tərtib edilən aktı və inzibati xəta haqqında protokolu imzalamaqdan imtina ediblər.
Baş verənlərlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilib. Mövcud qanunvericiliyə əsasən klinikanın fəaliyyətinin dayandırılması istiqamətində zəruri tədbirlər görülür.
Xatırladaq ki, jurnalist Qənirə Ataşovanın paylaşdığı məlumatda "Laser Beauty Clinik"də çalışan estetik həkim Rüfət Nigar Rüfətin tibb işçilərinin sertifikasiya prosesindən keçmədiyi iddia edilir. Q. Ataşova bunu təsdiqləyən vəkil sorğusunu da öz səhifəsində paylaşıb.Səhiyyə Nazirliyindən isə vəkil sorğusuna verilmiş cavabda qeyd olunub ki, Nigar Rüfətin "Azərbaycan Respublikasında tibb və əczazçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyester"ində onun barədə məlumat müəyyən edilməmişdir.