Azərbaycan məktəblilərinin görmə əngəlli insanlara hədiyyəsi: həyat dəyişə bilər -Video
Azərbaycan məktəblilərinin görmə əngəlli insanlara hədiyyəsi: həyat dəyişə bilər -Video
Sputnik Azərbaycan
Seyran Əliyev deyir ki, hazırda şagirdləri ilə birgə görmə əngəlli insanlar üçün ultrasonik sensorlu eynək hazırlayırlar. 24.01.2025, Sputnik Azərbaycan
BAKI, 24 yanvar — Sputnik. Lənkəran rayonu Boladi kənd 1 nömrəli tam orta məktəbinin mühəndis klubunun şagirdləri görmə əngəlli insanlar üçün ultrasonik sensorlu eynək hazırlayıblar. Bununla bağlı video sosial şəbəkələrdə böyük marağa səbəb olub. Sosial şəbəkə istifadəçiləri görmə əngəlli yaxınları üçün bu eynəyi haradan əldə etməyin mümkünlüyü ilə bağlı maraqlanıblar. Lənkəran rayonu Boladi kənd N.Axundov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin fizika müəllimi və direktoru Seyran Əliyev Sputnik Azərbaycan-a müsahibəsində şagirdlərin texniki yaradıcılığından danışıb. S.Əliyev bildirib ki, Boladi kənd 1 nömrəli tam orta məktəbinin mühəndis klubunun şagirdləri 2022-ci ildə növbəti dəfə Təhsildə inkişaf və innovasiyalar üzrə Vl qrant müsabiqəsinin qalibi olublar:Həmsöhbətimiz deyir ki, bütün bunları hazırlayarkən heç bir maddi bazalarının olmaması klubumuzun fəaliyyətinə mane olmayıb. 2023-cü ildə Elm və Təhsil Nazirliyi onların bu əməyini qiymətləndirərək məktəbə fizika lobaratoriyası və müəyyən qədər STEAM avadanlıqları hədiyyə edib. Onun sözlərinə görə, Lənkəran Astara Regional Təhsil idarəsinin və Lənkəran Rayonu üzrə təhsil sektorunun rəhbərliyinin məktəbə və istedadlı şağırdlər göstərdiyi qayğı şagirdlərii dahada ruhlandırıb. Məktəb rəhbəri deyir ki, fizika dərslərinin maraqlı, şagirdlər tərəfindən qavranması üçün lobaratoriya işləri, eksperiment və təcrübələr şərtdir. Onun sözlərinə görə, digər fənlərdən fərqli olaraq fizika dərslərində yaradıcılıq etməyə daha çox imkan var."Fizika fənninin tədrisi yalnız quru düstur və nəzəriyyə əzbərlətmək deyil. Etiraf edək ki, dərsləri yalnız nəzəriyyə üzərində qurduqda bu, şagirdlər üçün də cansıxıcı olur. Labaratoriya avadanlıqları olmayan məktəblər kompüter vasitəsi ilə virtual lobaratoriya simlyasiyasından istifadə edə bilərlər", - direktor fikrini tamamlayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Seyran Əliyev deyir ki, hazırda şagirdləri ilə birgə görmə əngəlli insanlar üçün ultrasonik sensorlu eynək hazırlayırlar.
BAKI, 24 yanvar — Sputnik. Lənkəran rayonu Boladi kənd 1 nömrəli tam orta məktəbinin mühəndis klubunun şagirdləri görmə əngəlli insanlar üçün ultrasonik sensorlu eynək hazırlayıblar. Bununla bağlı video sosial şəbəkələrdə böyük marağa səbəb olub. Sosial şəbəkə istifadəçiləri görmə əngəlli yaxınları üçün bu eynəyi haradan əldə etməyin mümkünlüyü ilə bağlı maraqlanıblar.
Lənkəran rayonu Boladi kənd N.Axundov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin fizika müəllimi və direktoru Seyran Əliyev Sputnik Azərbaycan-a müsahibəsində şagirdlərin texniki yaradıcılığından danışıb.
S.Əliyev bildirib ki, Boladi kənd 1 nömrəli tam orta məktəbinin mühəndis klubunun şagirdləri 2022-ci ildə növbəti dəfə Təhsildə inkişaf və innovasiyalar üzrə Vl qrant müsabiqəsinin qalibi olublar:
"Layihəmiz məktəbdə "Robototexnika və mühəndis klubu" yaratmaq idi. Layihəni uğurla başa vurduqdan sonra məktəbdə mühəndislik klubunun fəaliyyəti davam etdi. Daha əvvələr də fizika dərslərində şagirdlərimizi mövzüya uyğun müxtəlif qurğular və təcrübələrin modellərini hazırlaması üçün motivasiya edirdik. Dərslərdə kustar üsulla müxtəlif qurğular hazırlayır, inkşaf etdirməyə cəht edirdik. 2022-ci ildə klubumuzun komandasının SAF 2022 Beynəlxalq STEAM Azərbaycan festivalında qalib, 2022 və 2023-cü ildə "Sabahın alimlərİ" müsabiqəsində uğurlu çıxışından sonra şagirdlərin həvəsi daha da artdı. Şagirdlərimizin çoxlu yaradıcı işləri olub. Məsələn: Elektrik cərəyanının dünyanın istənilən qədər uzaq məsafədən idarə edilməsi, Tesla modeli, təhlükəsiz ev, piezo element ilə addım enerjisinin elektrik enerjisinə çevrilməsi və s".
Həmsöhbətimiz deyir ki, bütün bunları hazırlayarkən heç bir maddi bazalarının olmaması klubumuzun fəaliyyətinə mane olmayıb. 2023-cü ildə Elm və Təhsil Nazirliyi onların bu əməyini qiymətləndirərək məktəbə fizika lobaratoriyası və müəyyən qədər STEAM avadanlıqları hədiyyə edib. Onun sözlərinə görə, Lənkəran Astara Regional Təhsil idarəsinin və Lənkəran Rayonu üzrə təhsil sektorunun rəhbərliyinin məktəbə və istedadlı şağırdlər göstərdiyi qayğı şagirdlərii dahada ruhlandırıb.
Lənkəran rayonu Boladi kənd 1 nömrəli tam orta məktəbinin şagirdi
"Şagirdlərimizdən Talib Cabbarov, Aygül Tahirova, Muhəmməd Məhərrəmov texniki yaradıcılığa böyük maraq göstərirlər. Hazırda şagirdlərimizlə birgə görmə əngəlli insanlar üçün ultrasonik sensorlu eynək hazırlamağın üzərində işləyirik. 4 m yaxınlıqda maneə olduqda eynək fasiləli siqnallar verməyə başlayır. Maneəyə qədər məsafə azaldıqca daha qısa fasiləlırlə siqnal verilir. Məsafə 5 sm-ə çatdıqda fasiləsiz siqnal verilir. Qurğumuz arduino nano, ultrasonik sensor, bazer, 9V krona batareya, birləşdirici naqil və gün eynəyindən ibarətdir. Arduino lövhəsinə arduino ide proqramı vasitəsi ilə uyğun kod yazılıbdır. Lazım olan detallar STEAM avadanlıq dəstinə daxildir", - deyə S. Əliyev bildirib.
Məktəb rəhbəri deyir ki, fizika dərslərinin maraqlı, şagirdlər tərəfindən qavranması üçün lobaratoriya işləri, eksperiment və təcrübələr şərtdir. Onun sözlərinə görə, digər fənlərdən fərqli olaraq fizika dərslərində yaradıcılıq etməyə daha çox imkan var.
"Fizika fənninin tədrisi yalnız quru düstur və nəzəriyyə əzbərlətmək deyil. Etiraf edək ki, dərsləri yalnız nəzəriyyə üzərində qurduqda bu, şagirdlər üçün də cansıxıcı olur. Labaratoriya avadanlıqları olmayan məktəblər kompüter vasitəsi ilə virtual lobaratoriya simlyasiyasından istifadə edə bilərlər", - direktor fikrini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.