Embraer 190 - Sputnik Azərbaycan, 1920, 26.12.2024
Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması
Dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

AZAL-ın “qara qutu” stenoqramı internetdə dərc olunan orijinaldan fərqlənir

© AP Photo / Azamat SarsenbayevAzərbaycan Hava Yolları aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən Embraer 190 təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğraması
Azərbaycan Hava Yolları aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən Embraer 190 təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğraması - Sputnik Azərbaycan, 1920, 24.01.2025
Abunə olmaq
Qazaxıstan baş nazirinin müavini qara qutularının internetdə dərc edilmiş stenoqramına münasibət bildirib.
BAKI, 24 yanvar — Sputnik. Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsinin qara qutularının internetdə dərc edilmiş stenoqramı orijinaldan fərqlənir. Bunu Qazaxıstan baş nazirinin müavini, aviaqəzanın araşdırılması komissiyasının rəhbəri Kanat Bozumbayev deyib.
"İnternetdə haradasa kimsə nəsə dərc edib. Bu o demək deyil ki, bu, həqiqətdir və qara qutuların məzmunu ilə onların arasında böyük fərq var", - Kazinform agentliyi Bozumbayevin sözlərindən sitat gətirir.
Bundan əvvəl internetdə Aktauda qəzaya uğrayan təyyarənin qara qutularının güman edilən stenoqramı yayılıb. Yanvarın 16-da Qazaxıstan Nəqliyyat Nazirliyi bəyan edib ki, ilkin hesabat dərc olunana qədər komissiya heç bir rəsmi mənbəyə malik olmayan internet məlumatlarını şərh etməyəcək.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
İlkin məlumata görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Azərbaycan Hava Yolları aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən Embraer 190 təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğraması - Sputnik Azərbaycan, 1920, 24.01.2025
Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması
Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı ilkin nəticələr nə vaxt açıqlanacaq?
Xəbər lenti
0