DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Yer kürəsində yanvarın 24-də maqnit qasırğasının olması gözlənilir

© iStock.com / nightman1965Maqnit qasırğası, arxiv
Maqnit qasırğası, arxiv - Sputnik Azərbaycan, 1920, 23.01.2025
Abunə olmaq
Maqnit qasırğaları sağlamlığa ciddi təhlükə yaratmır, lakin mütəxəssislər vəziyyətə hazırlıqlı olmaq üçün bir neçə qaydaya riayət etməyi tövsiyə edirlər.
BAKI, 23 yanvar — Sputnik. Günəş plazma buludunun təsiri nəticəsində yanvarın 24-də Yer kürəsində maqnit qasırğası gözlənilir.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun saytında məlumat verilib.
Qasırğa proqnozu olduqca mübahisəlidir. Lakin alimlər qasırğanın beş ballıq şkala üzrə G2 səviyyəsində olacağını güman edirlər. Bundan əlavə, qütb parıltısının da olma ehtimalı var.
Günəş partlayışları rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Partlayışlar adətən Günəş plazmasının tullantıları ilə müşayiət olunur. Buludlar Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.
Maqnit qasırğaları sağlamlıq üçün ciddi təhlükə yaratmasa da, mütəxəssislər vəziyyətə hazırlıqlı olmaq üçün bəzi qaydalara riayət etməyi tövsiyə edirlər.
Geomaqnit qasırğalarına həssas olan insanlar üçün həkimin tövsiyələrinə əməl etmək və vəziyyətlərini izləmək vacibdir. Həmçinin qan təzyiqinə nəzarət etmək, bütün lazımi dərmanları və suyu yanında saxlamaq, stress və mənfi emosiyalardan qaçınmaq lazımdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0