Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Yeni administrasiyasının Cənubi Qafqaz siyasətini proqnozlaşdırmaq çətindir - Zaxarova

© Sputnik / Екатерина Чеснокова / Mediabanka keçidRusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli
Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.01.2025
Abunə olmaq
Ötən illərin təcrübəsi göstərir ki, qeyri-regional qüvvələrin, o cümlədən, ABŞ və Avropa İttifaqının da daxil olduğu dövlətlərin müdaxilə cəhdləri regionun həyatında yaxşı heç nəyə gətirib çıxarmayıb.
BAKI, 23 yanvar — Sputnik. ABŞ prezidenti Donald Trampın yeni administrasiyasının Cənubi Qafqazla bağlı siyasətini indidən proqnozlaşdırmaq çətindir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Ötən illərin təcrübəsi göstərir ki, qeyri-regional qüvvələrin, o cümlədən, ABŞ və Avropa İttifaqının da daxil olduğu dövlətlərin müdaxilə cəhdləri regionun həyatında yaxşı heç nəyə gətirib çıxarmayıb. Biz dəfələrlə qeyd etmişik ki, Bakı ilə İrəvan arasında barışıq və davamlı, güclü, sabit sülh üçün real yol xəritəsi Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlar toplusunda öz əksini tapıb", - Zaxarova bildirib.

Zaxarova onu da deyib ki, "3+3" regional əməkdaşlıq platformasına gəlincə, bu, perspektivli mexanizmdir, Cənubi Qafqaz ölkələri ilə onların yaxın qonşuları arasında dialoqun qurulması mexanizmidir:
"Bu formatın Qərbə heç bir aidiyyəti yoxdur. Onun öz platforması, vəzifələri, məqsədləri var və qarşılıqlı əlaqələrin mütərəqqi inkişafına malikdir".
Qeyd edək ki, 3+3 platforması hələ də Cənubi Qafqaz regionunun üç ölkəsi (Azərbaycan, Ermənistan, Gürcüstan) və üç regional gücün (Rusiya, Türkiyə, İran) iştirakı ilə bölgədə əməkdaşlığı, sabitliyi və təhlükəsizliyi təşviq edən əsas vasitə kimi çıxış edir.
Platforma Cənubi Qafqazdakı münaqişələrin həlli, iqtisadi inkişaf və regional inteqrasiyanın təşviqi kimi məqsədləri nəzərdə tutur. Azərbaycanın təşəbbüsü ilə irəli sürülən bu format, xüsusilə 2020-ci ilin İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqlar çərçivəsində mühüm əhəmiyyət daşıyır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0