https://sputnik.az/20250123/wsj-qezeti-trampin-memkoininin-istifadeye-verilmesini-korrupsiya-sxemi-adlandirib-470168190.html
WSJ qəzeti Trampın memkoininin istifadəyə verilməsini korrupsiya sxemi adlandırıb
WSJ qəzeti Trampın memkoininin istifadəyə verilməsini korrupsiya sxemi adlandırıb
Sputnik Azərbaycan
Nəşr Donald Trampı ilk ABŞ kripto-milyarder prezidenti adlandırır. 23.01.2025, Sputnik Azərbaycan
2025-01-23T21:40+0400
2025-01-23T21:40+0400
2025-01-23T21:40+0400
donald tramp
dünya xəbərləri
kriptovalyuta
bitkoin
abş
maliyyə
pul
https://cdnn1.img.sputnik.az/img/07e9/01/0e/469994270_0:160:3072:1888_1920x0_80_0_0_2b7c3436ea99e522644380098be46f09.jpg
BAKI, 23 yanvar — Sputnik. ABŞ Prezidenti Donald Trampın öz şəxsi "$TRUMP" adlı memkoininin istifadəyə verilməsi gələcəkdə ona böyük siyasi ziyan vura bilər, çünki iş adamları və xarici məmurlar tərəfindən bu kriptovalyutaya qoyulan investisiyalar korrupsiya və ABŞ liderinin qərarlarına təsir etmək cəhdi kimi qiymətləndiriləcək. Bu barədə "TASS" agentliyi "The Wall Street Journal" (WSJ) qəzetinə istinadən xəbər verib. Nəşrin məlumatına görə, kriptovalyuta bazarı Trampın bitkoinlərinin "strateji ehtiyatının" yaradılmasına yönəlmiş yeni tədbirlərinin gözləntiləri fonunda yüksəlir. Bu ehtiyat, ABŞ-da Maliyyə Nazirliyinin sabitləşdirmə fondunun bir hissəsi ola bilərdi. Eyni zamanda "Tramp və ailəsi "trampkoinləri" istehsal edərək bundan pul qazanmağa çalışıblar. Qəzet Tramp və onun həyat yoldaşının öz memkoinlərininin yaradılmasını "siyasi risklər daşıyan və maraqların toqquşmasını ehtiva edən son dərəcə perspektivsiz qərar" adlandırır. Müəyyən maraqları güdən hər hansı bir iş adamı və ya xarici məmur "Trampın milyonlarla tokenini almaq planlarını elan etməklə onun rəğbətini qazanmağa cəhd edə bilər (ya da tokenlərin dəyərini artıra bilər)". Belə hallar məlum olarsa, Trampın siyasi rəqibləri onu özünü zənginləşdirməkdə, korrupsiyada və ABŞ qanunlarını pozmaqda ittiham edəcəklər. "WSJ" qəzeti respublikaçını ilk ABŞ kripto-milyarder prezident adlandırır. Yanvarın 18-də Tramp öz "$TRUMP" adlı kriptovalyutasının buraxılacağını elan edib. Bir gün ərzində memkoinin ticarət həcmi 11 milyard dolları keçib. Daha sonra Trampın həyat yoldaşı Melaniya da öz "$MELANIA" koinini buraxacağını açıqlayıb. "Bloomberg" agentliyi Tramp və onun həyat yoldaşı tərəfindən tokenlərin buraxılmasının kripto sənayesinin reputasiyasına ziyan vurduğunu qeyd edib. Agentliyin məlumatına görə, Tramp kriptovalyutanın inkişafını ABŞ üçün milli prioritet elan edən fərman verməyi planlaşdırır. Memkoinlər sosial təcrübə kimi yaradılan kriptovalyutalardır. Onların qiyməti yarandığı fenomenin nüfuzundan asılıdır. Məsələn, politifi kimi memkoinlər (siyasi (politic) və maliyyə (finance) sözlərinin birləşməsi) müəyyən bir siyasi lideri dəstəkləmək üçün yaradılır. Memkoinin qiyməti siyasətçiyə verilən dəstək səviyyəsindən asılıdır. Bu formatda olan kriptovalyutalar heç bir dəyər və ya istifadə halları daşımır və spekulyativ maliyyə aləti hesab olunur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/0e/469994270_171:0:2902:2048_1920x0_80_0_0_05775b447ebfdf08abafb64d3c59c445.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
donald tramp, kriptovalyuta, bitkoin, abş, maliyyə, pul
donald tramp, kriptovalyuta, bitkoin, abş, maliyyə, pul
WSJ qəzeti Trampın memkoininin istifadəyə verilməsini korrupsiya sxemi adlandırıb
Nəşr Donald Trampı ilk ABŞ kripto-milyarder prezidenti adlandırır.
BAKI, 23 yanvar — Sputnik. ABŞ Prezidenti Donald Trampın öz şəxsi "$TRUMP" adlı memkoininin istifadəyə verilməsi gələcəkdə ona böyük siyasi ziyan vura bilər, çünki iş adamları və xarici məmurlar tərəfindən bu kriptovalyutaya qoyulan investisiyalar korrupsiya və ABŞ liderinin qərarlarına təsir etmək cəhdi kimi qiymətləndiriləcək.
Bu barədə "TASS" agentliyi "The Wall Street Journal" (WSJ) qəzetinə istinadən xəbər verib.
Nəşrin məlumatına görə, kriptovalyuta bazarı Trampın bitkoinlərinin "strateji ehtiyatının" yaradılmasına yönəlmiş yeni tədbirlərinin gözləntiləri fonunda yüksəlir. Bu ehtiyat, ABŞ-da Maliyyə Nazirliyinin sabitləşdirmə fondunun bir hissəsi ola bilərdi. Eyni zamanda "Tramp və ailəsi "trampkoinləri" istehsal edərək bundan pul qazanmağa çalışıblar.
Qəzet Tramp və onun həyat yoldaşının öz memkoinlərininin yaradılmasını "siyasi risklər daşıyan və maraqların toqquşmasını ehtiva edən son dərəcə perspektivsiz qərar" adlandırır. Müəyyən maraqları güdən hər hansı bir iş adamı və ya xarici məmur "Trampın milyonlarla tokenini almaq planlarını elan etməklə onun rəğbətini qazanmağa cəhd edə bilər (ya da tokenlərin dəyərini artıra bilər)".
Belə hallar məlum olarsa, Trampın siyasi rəqibləri onu özünü zənginləşdirməkdə, korrupsiyada və ABŞ qanunlarını pozmaqda ittiham edəcəklər. "WSJ" qəzeti respublikaçını ilk ABŞ kripto-milyarder prezident adlandırır.
Yanvarın 18-də Tramp öz "$TRUMP" adlı kriptovalyutasının buraxılacağını elan edib. Bir gün ərzində memkoinin ticarət həcmi 11 milyard dolları keçib. Daha sonra Trampın həyat yoldaşı Melaniya da öz "$MELANIA" koinini buraxacağını açıqlayıb. "Bloomberg" agentliyi Tramp və onun həyat yoldaşı tərəfindən tokenlərin buraxılmasının kripto sənayesinin reputasiyasına ziyan vurduğunu qeyd edib. Agentliyin məlumatına görə, Tramp kriptovalyutanın inkişafını ABŞ üçün milli prioritet elan edən fərman verməyi planlaşdırır.
Memkoinlər sosial təcrübə kimi yaradılan kriptovalyutalardır. Onların qiyməti yarandığı fenomenin nüfuzundan asılıdır. Məsələn, politifi kimi memkoinlər (siyasi (politic) və maliyyə (finance) sözlərinin birləşməsi) müəyyən bir siyasi lideri dəstəkləmək üçün yaradılır. Memkoinin qiyməti siyasətçiyə verilən dəstək səviyyəsindən asılıdır. Bu formatda olan kriptovalyutalar heç bir dəyər və ya istifadə halları daşımır və spekulyativ maliyyə aləti hesab olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.