https://sputnik.az/20250123/ukrayna-lideri-abs-ve-almaniyani-nato-meselesinde-ittiham-edib-470146209.html
Ukrayna lideri ABŞ və Almaniyanı NATO məsələsində ittiham edib
Ukrayna lideri ABŞ və Almaniyanı NATO məsələsində ittiham edib
Sputnik Azərbaycan
Zelenski deyib ki, Almaniya və ABŞ Ukraynanın NATO-ya üzv olub-olmaması məsələsini onun yerinə qərarlaşdırıblar. 23.01.2025, Sputnik Azərbaycan
2025-01-23T10:19+0400
2025-01-23T10:19+0400
2025-01-23T10:19+0400
vladimir zelenski
dünya xəbərləri
nato
abş
vaşinqton
ukrayna
berlin
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1d/459116946_0:161:3070:1888_1920x0_80_0_0_2e1f07cd98e63346eabe866634fe84ba.jpg
BAKI, 23 yanvar — Sputnik. Kiyev rejiminin rəhbəri Vladimir Zelenski xüsusən Almaniya və ABŞ-ı işarə edərək Qərb ölkələrini NATO üzvlüyü məsələsində Ukraynaya qarşı yalan və ədalətsiz münasibətdə ittiham edib. Zelenskinin fikrincə, guya bu iki ölkə Ukraynanın alyansa üzv olub-olmaması məsələsini onun yerinə qərarlaşdırıblar. Zelenski bir sıra Qərb ölkələrinin "Ukraynaya və ukraynalılara qarşı ədalətsiz" olduğunu vurğulayıb. O, xüsusən ABŞ və Almaniyaya işarə edərək Kiyevin NATO-ya üzvlüyü ilə bağlı Moskva ilə ilə dialoqu itirdiyini qeyd edib. "Həmişə deyirlər ki, onların nə vaxtsa rusiyalılarla bəzi razılaşmaları olub və mən ukraynalı olaraq sual verirəm: niyə bizimlə razılaşmadan bizim haqqımızda qərar verdiniz?", - Zelenski Berlini və Vaşinqtonu "ədalətsiz davranışda" ittiham edərək qeyd edib. Siyasətçi həmçinin NATO-ya üzv olmaq məsələsinin ABŞ-dan asılı olduğunu hesab edir. Onun fikrincə, əgər ABŞ prezidenti Ukraynanı alyansda görməyə hazır olarsa, o zaman "hamı bunun tərəfdarı olacaq". Bu yaxınlarda bildirilib ki, NATO ölkələri Ukraynanın alyansa dəvət edilməsini rədd etməyə hazırlaşır. Qeyd olunub ki, Vaşinqton və Berlin Kiyevi alyansa dəvət etməkdən çəkinirlər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1d/459116946_170:0:2901:2048_1920x0_80_0_0_469dc688f779335484e35c6ce51e6657.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vladimir zelenski, nato, abş, vaşinqton, ukrayna, berlin
vladimir zelenski, nato, abş, vaşinqton, ukrayna, berlin
Ukrayna lideri ABŞ və Almaniyanı NATO məsələsində ittiham edib
Zelenski deyib ki, Almaniya və ABŞ Ukraynanın NATO-ya üzv olub-olmaması məsələsini onun yerinə qərarlaşdırıblar.
BAKI, 23 yanvar — Sputnik. Kiyev rejiminin rəhbəri Vladimir Zelenski xüsusən Almaniya və ABŞ-ı işarə edərək Qərb ölkələrini NATO üzvlüyü məsələsində Ukraynaya qarşı yalan və ədalətsiz münasibətdə ittiham edib. Zelenskinin fikrincə, guya bu iki ölkə Ukraynanın alyansa üzv olub-olmaması məsələsini onun yerinə qərarlaşdırıblar.
"Düzünü desəm, bəzi dövlətlər tərəfindən bu, ilk vaxtlar çox şəffaf olmayan bir siyasət olub və onlar bizi NATO-da dəstəkləməyiblər. Ukraynanın NATO-da olacağı sözlər yalan olub, çünki onilliklər keçib", - Ukrayna lideri söyləyib.
Zelenski bir sıra Qərb ölkələrinin "Ukraynaya və ukraynalılara qarşı ədalətsiz" olduğunu vurğulayıb. O, xüsusən ABŞ və Almaniyaya işarə edərək Kiyevin NATO-ya üzvlüyü ilə bağlı Moskva ilə ilə dialoqu itirdiyini qeyd edib.
"Həmişə deyirlər ki, onların nə vaxtsa rusiyalılarla bəzi razılaşmaları olub və mən ukraynalı olaraq sual verirəm: niyə bizimlə razılaşmadan bizim haqqımızda qərar verdiniz?", - Zelenski Berlini və Vaşinqtonu "ədalətsiz davranışda" ittiham edərək qeyd edib.
Siyasətçi həmçinin NATO-ya üzv olmaq məsələsinin ABŞ-dan asılı olduğunu hesab edir. Onun fikrincə, əgər ABŞ prezidenti Ukraynanı alyansda görməyə hazır olarsa, o zaman "hamı bunun tərəfdarı olacaq".
"Əgər Prezident Tramp bizi NATO-da görməyə hazır deyilsə, biz NATO-da olmayacağıq", - Zelenski fikrini yekunlaşdırıb.
Bu yaxınlarda bildirilib ki, NATO ölkələri Ukraynanın alyansa dəvət edilməsini rədd etməyə hazırlaşır. Qeyd olunub ki, Vaşinqton və Berlin Kiyevi alyansa dəvət etməkdən çəkinirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.