https://sputnik.az/20250123/seferberlik-ile-bagli-yeni-cerimeler-gelir-470172308.html
Səfərbərlik ilə bağlı yeni cərimələr gəlir
Səfərbərlik ilə bağlı yeni cərimələr gəlir
Sputnik Azərbaycan
Müəssisələr, idarələr və təşkilatlar tərəfindən səfərbərlik üzrə tədbirlərin həyata keçirilməsinin təmin edilməməsinə görə 700 manatadək cərimə tətbiq... 23.01.2025, Sputnik Azərbaycan
2025-01-23T22:13+0400
2025-01-23T22:13+0400
2025-01-23T22:13+0400
səfərbərlik
cəmiyyət
cərimə
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1d/426567611_0:0:3080:1733_1920x0_80_0_0_a585723a304e0bd14f9682a5c0af3fd8.jpg
BAKI, 23 yanvar — Sputnik. Dövlət hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları, müəssisələr, idarələr və təşkilatlar tərəfindən səfərbərlik üzrə tədbirlərin həyata keçirilməsinin təmin edilməməsinə görə 700 manatadək cərimə tətbiq ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan Məcəlləyə əsasən, müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin, təşkilatların vəzifəli şəxsləri tərəfindən səfərbərlik elan edilərkən hərbi vəzifəlilərə vaxtında məlumat verilməməsinə və onların çağırış-toplanış məntəqələrinə və ya hərbi hissələrə gətirilməsinin təmin edilməməsinə görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. Layihəyə əsasən, bu cərimə dörd yüz manatdan altı yüz manatadək məbləğdə olacaq. Həmçinin layihəyə əsasən, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri tərəfindən "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" qanuna uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik sahəsində onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə ediləcək. Hazırda bu cərimə iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdədir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1d/426567611_349:0:3080:2048_1920x0_80_0_0_185895d6cb355227b79be82831b6b5dd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
səfərbərlik, cərimə, azərbaycan
səfərbərlik, cərimə, azərbaycan
Səfərbərlik ilə bağlı yeni cərimələr gəlir
Müəssisələr, idarələr və təşkilatlar tərəfindən səfərbərlik üzrə tədbirlərin həyata keçirilməsinin təmin edilməməsinə görə 700 manatadək cərimə tətbiq ediləcək.
BAKI, 23 yanvar — Sputnik. Dövlət hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları, müəssisələr, idarələr və təşkilatlar tərəfindən səfərbərlik üzrə tədbirlərin həyata keçirilməsinin təmin edilməməsinə görə 700 manatadək cərimə tətbiq ediləcək.
Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan Məcəlləyə əsasən, müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin, təşkilatların vəzifəli şəxsləri tərəfindən səfərbərlik elan edilərkən hərbi vəzifəlilərə vaxtında məlumat verilməməsinə və onların çağırış-toplanış məntəqələrinə və ya hərbi hissələrə gətirilməsinin təmin edilməməsinə görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. Layihəyə əsasən, bu cərimə dörd yüz manatdan altı yüz manatadək məbləğdə olacaq.
Həmçinin layihəyə əsasən, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri tərəfindən "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" qanuna uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik sahəsində onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə ediləcək. Hazırda bu cərimə iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.