CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah hava necə olacaq?

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçid Bakıda tutqun hava, arxiv
 Bakıda tutqun hava, arxiv - Sputnik Azərbaycan, 1920, 23.01.2025
Abunə olmaq
Gecə və axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacaq.
BAKI, 23 yanvar — Sputnik. Yanvarın 24-ə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-5° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0