Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və Türkiyə xarici işlər nazirləri Suriyadakı vəziyyəti müzakirə ediblər

© Sputnik / Алексей Филиппов / Mediabanka keçidTürkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla
Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla - Sputnik Azərbaycan, 1920, 23.01.2025
Abunə olmaq
Suriyada vəziyyətin nizamlanması üçün “xarici oyunçular” səylərinin birləşdirilməsinin vacibliyi qeyd olunub.
BAKI, 23 yanvar - Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyadakı vəziyyəti müzakirə edərək, ölkədəki vəziyyətin onun bütövlüyünün qorunması və bütün Suriya vətəndaşlarının qanuni hüquqlarının təmin edilməsi əsasında həllinin vacibliyini vurğulayıblar. Bu barədə cümə axşamı Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Söhbət zamanı Suriya və onun ətrafında vəziyyətin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. SƏR-in (Suriya Ərəb Respublikasının - red.) suverenliyinə, birliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz hörmət edilməsinin zəruriliyi təsdiqlənib. Xarici siyasət idarələrinin rəhbərləri siyasi baxışlarından, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün Suriya vətəndaşlarının qanuni hüquqlarının təmin edilməsi əsasında Suriyada vəziyyətin hərtərəfli nizamlanmasına həqiqətən töhfə verməyə qadir olan bütün “xarici oyunçuların” səylərini birləşdirməyin vacibliyini vurğuladılar”, - Rusiya Xarici İşlər Nazirliyinin saytında verilən açıqlamada deyilir.

Qeyd olunur ki, Lavrov və Fidan Suriya məsələsi və digər aktual regional məsələlərlə bağlı sıx əlaqə saxlamaq barədə razılığa gəliblər.
2024-cü il noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar, Bəşər Əsəd Suriya prezidenti vəzifəsindən istefa verib və ölkəni tərk edib.
Dekabrın 10-da İdlib vilayətində qondarma Qurtuluş Hökumətinə rəhbərlik edən Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək davam edəcək Suriya keçid kabinetinin rəhbəri təyin olunduğunu açıqlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0