CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qeyri-leqal yollarla gətirilən 36 kq narkotik vasitə aşkarlandı

© Photo : State Border ServiceKülli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb
Külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb - Sputnik Azərbaycan, 1920, 23.01.2025
Abunə olmaq
Lənkəran rayonundan başlayan əməliyyata paytaxtın Sabunçu rayonu ərazisində yekun vurulub.
BAKI, 23 yanvar — Sputnik. Azərbaycana qeyri-leqal yollarla gətirilən 36 kq narkotik vasitə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə növbəti dəfə külli miqdarda narkotiklərin ölkəyə qeyri-leqal yollarla gətirildiyi barədə əməliyyat məlumatı daxil olub. Narkotiklərin ölkə ərazisində daşınması, ünvanlara çatdırılması və satış şəbəkəsini quran şəxsin müəyyən edilməsi məqsədi isə xüsusi əməliyyat planı hazırlanaraq həyata keçirilib.
Lənkəran rayonundan başlayan əməliyyata paytaxtın Sabunçu rayonu ərazisində yekun vurulub. Narkoşəbəkənin ölkə üzrə əsas üzvlərindən olan şəxs - əvvəllər də narkotik və digər cinayətlərə görə dəfələrlə məhkum olunmuş 31 yaşlı Elgün Əliyev bu əməliyyatın nəticəsi olaraq saxlanılıb. Onun evindən və sərnişin kimi əyləşdiyi avtomobildən 36 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.
Bu şəxs ifadəsində marixuananı şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının vasitəsi ilə əldə etdiyini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0